Xəbər haqqında
15 Noyabr 2017 - Çərşənbə 10:19 114 nəfər oxuyub
 
Venesuela prezidentindən həmkarına kokain təklifi
DÜNYA Xəbəri
Venesuela prezidentindən həmkarına kokain təklifi

Venesuela Prezidenti Nikolas Maduro ötən gün Kolumbiyalı həmkarı Xuan Manuel Santosu sərt tənqid edib.

 

Xeber365.com “RİA Novosti”ə istinadla yazır ki, Maduronun qəzəblənməsinə səbəb Kolumbiyanın dərman preparatları baxımında qıtlıq yaşayan Venesuelaya dərman ixracıyla bağlı qadağa qoyması olub. “Santos, biz artıq Kolumbiyadan dərman almayacağıq. Bu dərmanları özün at, biz isə Hindistana müraciət etmişik. Zəhmət çək bütün dərmanlarını özün ye, narkotiklərini, kokainini özün çək” deyə Maduro dövlət televiziyası ilə çıxışı zamanı bildirib.

 

Xatırladaq ki, Kolumbiya lideri artıq ikinci dəfədir ki, Maduronun qəzəbinə tuş gəlir. Bu ilin iyulunda Venesuela prezidenti Xuan Santosu Amerikanın əsiri adlandırmışdı.

Mənbə: Müəllif:
Venesuela, prezidentindən, həmkarına, kokain, təklifi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa