The document has moved here.
|
||
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var” | ||
Ümumiyyətlə, ƏDV-nə yenidən baxılmalıdır. Burda 2 problem var. Bir tərəfdən, həqiqətən də vergilərin ağırlıq məsələsi var. Elə biznes sahələri var ki, onlar tamamilə vergidən azad olunmalı, bu sahədə stimullaşdırma həyata keçirilməlidir. Digər tərəfdən, hökumət üçün vergi yığılması, büdcənin müəyyən faizinin vergiylə təmin olunma problemi var. Problemin həlli uzunmüddətli yanaşma tələb edir. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Bir müddət əvvəl bəzi iri supermarket sahibləri vergi dərəcələrinin aşağı salınması üçün təklif irəli sürmüşdülər. Onların təklifində yerli istehsal olan sosial əhəmiyyətli gündəlik tələbat mallarının pərakəndə satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması üçün qanunvericilikdə dəyişikliklər edilməsi yer alırdı. Ancaq Vergilər naziri Fazil Məmmədov supermarketlərin əlavə dəyər vergisi üzrə vergi güzəştləri ilə bağlı təkliflərinin həyata keçirilməsinin mümkün olmadığınl açıqladı.
Bu baxımdan vergi sisteminə yenidən baxılmasına, xüsusilə zəif inkişaf etmiş qeyri-neft sektoruna malik ölkələrin vergi sisteminə uyğunlaşdırılmasında islahatlar aparılmasına ehtiyac var. Ancaq ticarət sitemində vergi necə olmalıdır? Burda sadələşdirilmiş vergidə, ƏDV-nin tətbiqində elementlərin necə olması sual doğurur. Ona görə ki, xərclərin ödənilməsi məsələsi ilə bağlı zəncirin bütövlüyündə problemlər var. Söhbət ƏDV zəncirindən gedir. Təbii ki, buna görə də supermarket rəhbərlərinin təkilfləri araşdırılımalıdır. Narahatlıq yaradan məqamlar ortaya çıxarılmalıdır ki, onun həlli üçün addımlar atılsın.
Ümumiyyətlə, ƏDV-nə yenidən baxılmalıdır. Burda 2 problem var. Bir tərəfdən, həqiqətən də vergilərin ağırlıq məsələsi var. Elə biznes sahələri var ki, onlar tamamilə vergidən azad olunmalı, bu sahədə stimullaşdırma həyata keçirilməlidir. Digər tərəfdən, hökumət üçün vergi yığılması, büdcənin müəyyən faizinin vergiylə təmin olunma problemi var. Problemin həlli uzunmüddətli yanaşma tələb edir. Əgər hökumət hər hansı sahəyə güzəşt tətbiq edirsə, bunu əsaslandırmalıdır. Azərbaycanda uzun müddətdir ki, məmur sahibkarların vergiləri rəsmi olaraq ödəməməsi problemi yaranıb. Çünki neft gəlirləri buna imkan vermir. Ona görə də indiyədək vergi sisteminin nə dərəcədə səmərəli olduğunu dəyərləndirmək mümkün olmayıb. Problemə kompleks və yeni yanaşma tətbiq olunmalıdır. Həmçinin, ƏDV zəncirinin bütövlüyünün təminatına diqqət yetirilməli və onun azaldılması məsələsi gündəmə gəlməlidir”. |
||
|
||
“Vergi, sistemində, araşdırmaya, və, islahatlara, ehtiyac, var”, |
|