The document has moved here.
|
||
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi? | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirildi. Referendum nəticəsində “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Aktı qəbul edildi. Referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülmüşdü və onların arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri seçilməsi barədə düzəliş də yer alırdı. Lakin hələ də bu postlara təyinat olmayıb.
Mövzunu hələ də diqqət mərkəzində olmasına səbəb də elə bu məsələ ətrafında dolaşan söz-söhbətlərdir. Üstəlik, cəmiyyətin böyük hissəsi bu posta təyin ediləcək şəxslərin hansı hüquq və səlahiyyətlərə sahib olacaqları barədə məlumatsızdır. Ümumiyyətlə, vitse-prezidentlik məsələsi müzakirə ediləndən bəri bu postun yaradılmasının tərəfdarları nümunə olaraq əsasən Amerika Birləşmiş Ştatlarını göstərirlər. Bu da təbiidir. Çünki vitse-prezident postu daha çox bizə bu ölkədən tanışdır. Bəs görəsən, okeanın o tayında – dünyanın əsas siyasi və iqtisadi qütblərindən biri olan ABŞ-da vitse-prezidentlər bu posta necə yiyələnirlər, onların hansı səlahiyyətləri var və ölkəmizdəki anoloji institut bundan nə ilə fərqlənəcək?
Bir çoxlarına məlum olduğu kimi, ABŞ-da vitse prezident də xalq tərəfindən prezidentlə birlikdə seçilir. Hər bir prezidentliyə namizəd seçkilərdə qələbə qazanacağı təqdirdə kimi bu posta gətirəcəyini də öncədən elan edir. Təbii ki, namizədlərin qələbə şanslarının artmasında ölkənin ikinci şəxsinin kimliyi də mühüm rol oynayır. ABŞ qanunlarına görə vitse-prezident icraedici hakimiyyətdə ikinci şəxs hesab olunur və prezidentin ölümü, istefası və ya vəzifəsini icra etmək üçün yetərsiz olduğu hallarda onu əvəz edir (Bu hal Amerikada doqquz dəfə baş verib). Azərbaycan konstitutsiyasına edilmiş dəyişikliklərə görə isə, birinci vitse-prezident və vitse prezidentlər birbaşa prezident tərəfindən təyin ediləcək, ondan sonra ölkədə ikinci şəxs rolunda olacaq. Göründüyü kimi, elə ilk baxışdaca ABŞ vitse-prezidenti ilə azərbaycanlı analoqu arasında kifayət qədər böyük səlahiyyət fərqi var: Əgər birinci halda o seçilirsə, ikincidə təyin edilir. Təbii ki, ABŞ-ın vitse prezidentinin səlahiyyətləri bununla məhdudlaşmır. Bu postu tutan şəxs eyni zamanda dövlət senatının da başçısı hesab olunur. Ancaq o, yalnız senatda səslər bərabər olduğu halda bərabərsizliyi təmin etmək üçün səsvermə hüququna sahibdir. Senat daha çox qanunverici orqan hesab edildiyindən bəzi hallarda vitse-prezidentin də icraedici yoxsa qanunverici orqanda və ya hər ikisində təmsil olunduğu müzakirə obyektinə çevrilə bilir. Azərbaycan konstitsiyasina edilən dəyişikliklərdən isə belə aydın olur ki, birinci vitse-prezident ölkənin ikinci şəxsi olmaqla yanaşı dolayısı ilə baş nazirdən və parlament sədrindən daha yüksək vəzifə hesab olunur. Burada diqqəti çəkən daha bir məsələ isə vitse-prezidentlərin sayı və onların səlahiyyət bölgüsüdür ki, bu da hələ ki, qaranlıq olaraq qalır.
Ölkədəki mövcud iqtisadi çətinlik dövründə vəziyyətdən çıxış yolları aranmaqdadır. Xəbər365-də yayımlanan siyasi-iqtisadi təhlildə vitse-prezidentlik institutunun yaradılması ilə ölkədə yaşanan böhrana qarşı daha çevik mübarizə aparılacağı qeyd edilib: “Maraqlısı budur ki, bunu hələ heç bir müstəqil iqtisadçı dilə gətirməyib. Amma hökumətin mümkün “institusional islahatlar”ı sırasında ən real olanı budur və bundan artığını gözləmək əbəsdir...”
Xəbər365 sözügedən məsələni iqtisadçılarla müzakirə edib.
“Vitse-prezidentlik institutu Nazirlər Kabineti kimi fəaliyyətsiz olacaqsa...”
Fuad İbrahimov bildirir ki, vitse-prezidentlik institutunun hansı effekt verəcəyi konkret zaman və məkan çərçivəsində bilinəcək: “Ümumiyyətlə, vitse-prezidentlik idarəçiliyinə ən yaxşı misal kimi Amerikanı göstərmək olar. ABŞ-da bu institutun konkret idarəçiliyinin və mexanizminin effektivliyi haqqında onu demək olar ki, ABŞ iqtisadiyyatı bu gün dünyanın ən dayanıqlı, sürətlə inkişaf edən iqtisadiyyatıdır. Ancaq bizdə Nazirlər Kabineti institutu da var, parlament də var. Yəni demək olar ki, bütün idarəçilik institutları var. Əgər vitse-prezidentlik institutu Nazirlər Kabineti kimi fəaliyyətsiz olacaqsa, onda şübhəsiz ki, bu effekt verməyəcək. Bir də konstitusiya dəyişikliklərində bu institutun hansı mexanizmlərlə işləyəcəyi haqqında bir söz deməmişdilər. Buna görə, o haqda fikir demək çətindir, əslində. Onların fəaliyyətində hər-hansısa əngəllər olmayacaqsa, inanıram ki, vəziyyətindən çıxış yolu istiqamətində nəsə edə biləcəklər. Çünki Azərbaycan iqtisadiyyatının kifayət qədər potensialı var. Sadəcə bazar mexanizmləri şəffaf şəkildə hərəkətə gətirilməlidir”.
“Qarışıq idarəçilik strukturuna aydınlıq gətirmək əvəzinə bir az da mürəkkəbləşdirilir”
Azər Mehtiyev isə, ümumiyyətlə, Azərbaycanda dövlət idarəçiliyi strukturunda bir qarışıqlıq olduğunu söyləyir: “Bilirsiniz, Azərbaycanda dövlət idarəçiliyi prezident üsuli-idarəsidir. Ümumiyyətlə, belə ölkələrdə Nazirlər Kabineti demək olar ki, olmur. Azərbaycanda dövlət idarə edilməsi strukturunda bir qarışıqlıq var. İndi də bu struktura aydınlıq gətirmək əvəzinə bir az da mürəkkəbləşdirilir. Konstitusiya dəyişiklikləri zamanı vitse-prezident institunun dəqiq hansı işlə məşğul olması barədə məlumat verilmədi. Həm 1-ci vitse-prezident, həm də vitse-prezidentlər var. Onların öz səlahiyyətlərini prezident müəyyənləşdirəcək.Yəni bu baxımdan yaradılacaq institutun nə olması və necə olması barədə dəqiq təsəvvür yaratmaq olmur. İndiki halda vitse-prezidentlik institundan nə mənfi, nə də müsbət gözləntilərim yoxdur. Ona görə o gözləntini özümdə yarada bilmirəm ki, bu, nədən ibarət olacaq. Ümumiyyətlə, bir-birini təkrarlayan qurumlar ləğv olunmalı, daha optimal idarəçilik sistemi yaradılmalı, hər sahə üzrə səlahiyyətlər və məsuliyyətlər dəqiq müəyyən olunmalıdır. İdarə etmə sistemimizdə korparativlik yoxdur. Konkret məsuliyyətlərin yerinə yetirilməsi əvəzinə çoxlu komissiyalar, qruplar yaradılır. Bütün bunlar da işin effektivliyini aşağı salır və məsuliyyətin parçalanmasına aparıb çıxarır. Bütün bunlar da işin effektivliyini aşağı salır və məsuliyyətin parçalanmasına aparıb çıxarır”.
“Güclü vitse-prezidentlik institutu Nazirlər Kabineti lazımsız bir quruma çevirəcək”
Natiq Cəfərli vitse-prezidentlik institunun ən uğurlu modelinin ABŞ-da olduğunu bildirir: “Orda birinci vitse-prezident olur, o da əsasən xarici siyasətlə məşğul olur. Azərbaycanda bir neçə vitse-prezident olacaq, amma əsas birinci vitse-prezident olacaq ki, onun səlahiyyətləri danışıqlar aparmaq və müqavilələr bağlamaq olacaq. Bu, təsbitini tapıb. Ancaq digər vitse-prezidentlərin hansı işlə məşğul olacağı prezidentin səlahiyyətindədir və prezidentin verdiyi qərarlarla müəyyənləşdiriləcək. Əgər sırf iqtisadiyyatla məşğul olacaqsa və iqtisadiyyatın digər sahələri üzrə vitse-prezidentliklər yaradılacaqsa, bu, idarəetmənin ən azından optimallaşdırılmasına və daha da sürətli idarə etmənin effektiv həyata keçirilməsinə kömək ola bilər. Amma biz bu gün bilmirik neçə vitse-prezidentlik institutu olacaq və bunlar hansı sahələr üzrə iş görəcəklər. Ona görə də bu məsələ ilə bağlı dəqiq fikir bildirmək o zaman olacaq ki, vitse-prezidentlik institutları sahələr üzrə müəyyənləşsin, sayı dəqiqləşsin və hansı səlahiyyətlərə malik olacaqları bilinsin. Güclü vitse-prezidentlik institutu yaranacaqsa, o zaman Nazirlər Kabineti lazımsız bir quruma çevriləcək. Çünki iqtisadiyyatla vitse-prezidentlər məşğul olacaqsa Nazirlər Kabinetinin hansı funksiya daşıması sual doğuracaq. Burda hər şey prezidentin verdiyi qərardan və onun idarə etmə sistemini necə görməsindən asılı olacaq. Mənə görə, güclü vitse-prezidentlik institutları yaradıb islahatları sahələr üzrə konkret şəxslərə tapşırılsa ola bilər islahatların sürətində ciddi artım müşahidə olunsun”.
İlkin Qasımov Orxan Zaman |
||
|
||
Vitse-prezidentlər, ölkəni, böhrandan, çıxara, bilərmi?, |
|