301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
18 Mart 2016 - Cümə 19:25 1162 nəfər oxuyub
 
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
“AzTV dövlət büdcəsindən maliyyələşdiyi üçün tənqidə açıq olmalıdır. Hətta haqsız tənqidlərə belə.. O, bunu çox təbii qarşılamalıdır. Sovet dövründə dükanlarda belə bir şüar vardı “alıcı həmişə haqlıdır”. Bu baxımdan tamaşaçı həmişə haqlıdır. Üstəlik bu tamaşaçı bir peşəkar, televiziyanı araşdıran bir alimdirsə, onun fikirlərinə daha dözümlü yanaşmaq lazımdır. Düzü mən, AzTV rəhbərliyinin bu reaksiyasını heç cür anlamıram.
MÜSAHİBƏ Xəbəri
Vurğun Əyyub:

Son vaxtlar ölkəmizin gündəmi həftənin günlərindən daha tez-tez dəyişir. Az qala, hər səhəri yeni xəbər, hadisə ilə açırıq, onu sindirməyə macal tapmamış  yeni nəsə baş verir. Lakin onların arasında elələri var ki, ilk baxışda bəlkə ötəri təsir bağışlasa da, əslində unudularsa, bütün cəmiyyət üçün təhlükəli tendensiyaya, mənfi nümunəyə çevrilmək ehtimalı böyükdür. Ona görə də aktuallığını itirmir. Belə  hadisələrdən biri də tanınmış jurnalist, professor Qulu Məhərrəmli ilə AzTV (Azərbaycan Dövlət Tele-Radio Şirkəti) kanalının rəhbəri Arif Alışanov arasında yaranmış “münaqişədi”.

 

Unutmamısınızsa, AzTV-nin 60 illik yubileyi münasibətilə xəbər portallarından birinə müsahibə verən Qulu müəllim kanalın hazırkı fəaliyyətini, xüsusilə də, rəhbəri Arif Alışanovu son dərəcə sərt tənqid etmişdi. Hər şey də bundan sonra başlamışdı. Əvvəlcə “youtube”da AzTV   əməkdaşlarının iştirakı ilə təxminən, üç saatlıq bir video yayımlandı. Həmin videoyazıda aralarında Qulu müəllimin dost dediyi adamların da olduğu çıxışçılar onu, az qala, 7 ölümcül günahın “sahibi” edirdilər.   Amma məsələ bununla bitsə, nə vardı ki.. Videonun yayımlanmasından qısa müddət sonra mediada Arif Alışanovun Qulu Məhərrəmlini məhkəməyə verdiyi ilə bağlı xəbər yayıldı.

 

Məşhur rus və amerikan kinoşünası, filoloq, filosof və incəsənət nəzəriyyəçisi Mixail Yampolski deyir ki: “tənqidsiz mədəniyyət yoxsullaşır, inkişafdan qalır. Tənqidin böhranı birbaşa mədəniyyətin iflasına gətirib çıxarır».

 

Və bu gün Azərbaycanda bir vətəndaş, üstəlik mütəxəssis tərəfindən tənqid olunan dövlət qurumunun rəhbəri nəticə çıxartmaq əvəzinə səlahiyyətlərindən sui stifadə edir, tənqidə, az qala, inkvizisiya üsulları ilə cavab verir.  Bəs əslində necə olmalı idi?

 

Xeber365.com bu sualı tanınmış alimlərə və jurnalistika sahəsində möhürünü vurmuş insanlara ünvanladı.

 

Düşünürəm ki, Azərbaycanda özünü vətəndaş və ziyalı sayan  insanların hər biri  Qulu Məhərrəmlini müdafiə etməlidir”

 

Filologiya elmləri namizədi, Xəzər Universitetinin kafedra müdiri Vurqun Əyyub Qulu Məhərrəmlinin fikirlərinin nə qədər sərt olsa da, həqiqət olduğunu deyir:

“Mən hesab eləyirəm ki, Qulu Məhərrəmli Azəbaycanda televiziyanı ən yaxşı bilən peşəkarlardan biridir. O, mütəxəssis olmaqdan əlavə həm də gözəl ziyalı və çox fəal bir vətəndaşdır. Mən Arif Alışanovu da tanıyıram. O adamın yaradıcılığa, ümumiyyətlə, heç bir aidiyyatı yoxdur. Qulu Məhərrəmlinin fikirləri nə qədər  sərt olsa da, tamamilə həqiqətdir.  Qulu müəllimi kifayət qədər təvazökar, ləyaqətli və davranışında etikanı gözləyən bir insan kimi tanıyıram. Deməli, Qulu müəllimi elə bir həddə gətiriblər ki, o cür sərt münasibət bildirib. Məncə, qarşı tərəf bu haqda fikirləşməlidir. Düşünürəm ki, Azərbaycanda özünü vətəndaş və ziyalı sayan  insanların hər biri  Qulu Məhərrəmlini müdafiə etməlidir”.

 

"İstər Azərbaycan qanunvericiliyində olsun, istərsə də beynəlxalq praktikada, fikir heç zaman məhkəməyə sürüklənən bir predmetə çevrilməməlidir"

 

“Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri, jurnalist Arif Əliyev hesab edir ki, sözügedən müsahibənin məhkəmə predmetinə çevrilməsi gülüncdür:

"Qulu Məhərrəmli mənim ən yaxın dostlarımdan və əqidə yoldaşlarımdan biridir. Həmçinin Azərbaycan jurnalistikasında yüksək hörmətə və peşəkarlığa malik olan bir şəxsdir.  Konkret sözügedən müsahibəyə gəldikdə isə ifadələrin tərzi və sair barədə söhbət eləyə bilərik, amma  bunun hər hansı bir məhkəmənin predmetinə çevrilməsi gülüncdür. Yalnız bu prosesi başladan şəxslərin dözümsüzlüyündən, medianın funksiyasını və tutduğu vəzifənin məsuliyyətini dərk etməməsindən irəli gəlir. Düşünürəm ki, istər Azərbaycan qanunvericiliyində olsun, istərsə də beynəlxalq praktikada, fikir heç zaman məhkəməyə sürüklənən bir predmetə çevrilməməlidir. Qulunun bildirdiyi fikirlər faktiki əsası olan rəylərdir. Ona görə də mühakiməyə səbəb ola bilməz. Çox təəssüf ki, bu prosesi bir dövlət mediasının rəhbəri başlayıb. Çünki dözümlülük və bu prinsiplərə əməl etmək elə qanunda da ilk növbədə dövlət kütləvi informasiya vasitələrinə və onların nümayəndələrinə aid edilir.

 

Dözümlülük və ümumiyyətlə, məsuliyyət hissi geniş mənada mədəniyyətin göstəriciləridir. Azərbaycanda isə siyasi mədəniyyət, ö cümlədən, dövlət qulluqçusunun mədəniyyəti elə bərbad  vəziyyətdədir ki, ölkədə sanki düşmənçilik atmosferi hökm sürür. Hər hansı bir ictimai, yaxud yüksək dövlət vəzifəsini tutmuş şəxs ona faktiki atasının mülkü kimi baxır və hər hansı müdaxiləni,  ya da müzakirəni onun evinin  içinə soxulmaq kimi qəbul eləyir. Halbuki bu cür tənqidlərə cavab verməyin çox müxtəlif formaları var. Bununla bağlı ictimai müzakirə də açmaq olardı. Bilirsiniz ki, ümumiyyətlə, televiziyanın səviyyəsi nəinki cəmiyyət, hökumətin özünü də çox maraqlandıran bir məsələdir. Hətta yadımdadır ki, 2009-cu ildə  Ramiz Mehdiyev bir məqaləsində Azərbaycanda telekanalların səviyyəsinin dizdən də aşağı olduğunu yazmışdı. Yəni bu mövzuda dəfələrlə söhbətlər qaldırılıb. Arıf Alışanov da Qulunun müsahibə verdiyi həmin kütləvi informasiya vasitəsinə qanunauyğun  şəkildə öz cavabını göndərə bilərdi. Əllinin altında  o boyda televiziya kanalı var. Ölkənin ən böyük teleşirkətidir. Lap elə Qulunu dəvət eləyib məsələni orda müzakirə eləmək olardı. Çünki bu, hər bir şəxsə, fərdə aid olan bir  mövzudur və onu  müzakirə eləmək üçün həm siyasi, həm jurnalist mədəniyyəti lazımdır. Təəssüf ki, biz bunun şahidi olmadıq”.

 

"Alışanov, Qulu Məhərrəmlinin əleyhinə danışdırmaqla orda çıxış edən adamları alçaldıb"

 

“Zerkalo” qəzetinin baş redaktoru, jurnalist Elçin Şıxlı da Qulu Məhərrəmlinin hamıya məlum həqiqətləri danışdığını söyləyir:

“Qulu Məhərrəmli öz müsahibəsində yeni və qeyri-adi heç nə deməyib. Hamıya məlum olan, illərdir hamının dediyi, danışdığı, ara-sıra elə Qulu müəllimin özünün də dilə gətidiyi sözlərdir. Sadəcə olaraq, görünür, həmin müsahibəni verən zaman kefi yox imiş, daha sərt danışıb. Və Görünür, Alışanov da vəziyyəti o qədər də sabit olmadığından, yaxud özü-özündən xoflandığı üçün təşvişə düşüb və ona elə gəlib ki, belə bir çirkin kampaniya aparmaqla Qulu Məhərrəmlinin ya sözünü, ya da səsini  kəsəcək. Yaxud da məhkəməyə verib onu tutduracaq.  Mən belə düşünürəm ki, Arif Alışanov öz vəzifəsindən sui-istifadə eləyir. O mənada ki, televiziyanın resurslarından istifadə eləyib, təxminən, iki saat yarımdan artıq gedən murdar bir şey çəkib. Mənə elə gəlir ki, Alışanov, Qulu Məhərrəmlinin əleyhinə danışdırmaqla orda çıxış edən adamları alçaldıb. Onlar da özlərini  onda alçaldıblar ki, belə hərəkətə yol veriblər. Sadəcə olaraq başqa rəsmi vəzifə tutan adamların əlində televiziya yoxdu. Teleiziya olsa, onların böyük əksəriyyəti elə Arif  Alışanov kimi davranar. Düşünürəm ki, bu, çox biyabırçı bir haldı. XXI əsdə yaşayırıq, amma orta əsrlərin inkvizisiya üsullarından istifadə  eləməyə çalışırıq.

 

AzTV kim dövlət qurumunun başçısının cavabı əslində başqa cür olmalıydı. Ya elə həmin media resursa, ya da başqa bir yerə özü müsahibə verməliydi. Deməliydi ki, mən sizin bütün suallarınıza cavab verməyə hazıram. Sivil yol budur. Təbii ki, məhkəməyə vermək hüququ da var. Bizdə məhkəmələr və hakimlər müstəqil olsaydı və ədalətli qərar çıxartsaydı, Qulu Məhərrəmli üçün heç bir qorxusu olmazdı.

 

Mənim üçün çox maraqlı olar, görüm, Qulu Məhərrəmlini tutdursalar, nə  baş verər? Belə şey olsa, onu müdafiə komitəsi yaradacam, özüm də gedib oturacam yanında ki, məni də tutsunlar”.

 

"Cənab İlham Əliyevin özü belə barəsində olan çox sərt tənqidlərə  dözümlü, təmkinli yanaşır. Əgər bu ölkənin prezidenti haqqında səslənən tənqidlərə təmkinli yanaşmağı bacarırsa, mənə elə gəlir ki, onun siyasətinin ardıcılı olan Arif Alışanov da cənab prezidentdən örnək götürməlidir"

 

Əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrət AzTV kimi bir qurumun rəhbərliyi ilə Qulu Məhərrəmli kimi sayılıb-seçilən bir jurnalist arasınde belə bir münaqişənin yaranmasının təəssüf doğurduğunu bildirir:

 

“Biz istəməzdik ki, AzTV kimi bir qurumun rəhbərliyi ilə Azərbaycanın çox tanınmış, sayılıb-seçilən jurnalisti arasında belə bir münaqişə yaransın. Ikinci tərəfdən də Qulu müəllim sərbəst insandır. Həmişə onun öz mövqeyini sərbəst şəkildə ifadə etdiyinin şahidi olmuşuq. Ola bilsin, bu dəfə barıtı bir az çox eləyib, amma düşünmürəm ki, bu fikirlərinə görə ona qarşı böyük kampaniya başlamağa, hətta onu məhkəməyə verməyə gərək vardı. Əgər söhbət konkret Arif Alışanovun mövqeyindən gedirsə, əlbəttə, biz onun özünü müdafiə etməsinə, yaxud da öz mövqeyini ifadə etməsinə sayğı ilə yanaşırıq. Yəni onun bu haqqını gözardı edə bilmərik. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin özü belə barəsində olan çox sərt tənqidlərə  dözümlü, təmkinli yanaşır. Əgər bu ölkənin prezidenti haqqında səslənən tənqidlərə təmkinli yanaşmağı bacarırsa, mənə elə gəlir ki, onun siyasətinin ardıcılı olan Arif Alışanov da cənab prezidentdən örnək götürməlidir, onun kimi dözümlü, təmkinli yanaşmalıdı. Amma biz müşahidə edirik ki, o, nəinki təmkinli yanaşmır, əksinə Azərbaycanın dövlət televiziyası olan AzTV-nin resurslarından istifadə edərək Qulu müəllimə cavab verməyə cəhd göstərir. Bu isə təbii ki ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

 

Alışanov Qulu müəllimin müsahibəsini oxuyandan sonra ya özü bir açıqlama verə bilərdi, ya da hansısa kütləvi informasiya vasitəsində müsahibə verərək cavabını ictimaiyyətə çatdırmış olardı.  Əfsuslar olsun ki, o bu yolu seçməyib Qulu müəllimi gözdən salmaq kampaniyasına üstünlük verdi. Bu da, şəxsən mənim fikrimcə, döğru addım deyil”.

 

"Qulu Məhərrəmli jurnalistdir, intellekt daşıyıcısıdır, dərin zəkalı alimdir"

 

Jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasının professoru, filologiya elmləri doktoru Alxan Məmmədov deyir ki, Qulu Məhərrəmlini məhkəməyə verməklə qarşı tərəf ondan zəif olduğunu təsdiqlədi:

 

“Qulu Məhərrəmli jurnalistdir, intellekt daşıyıcısıdır, dərin zəkalı alimdir. Onu məhkəməyə verən qarşı tərəf bu addımı ilə özünün Qulu Məhərrəmlidən zəif olduğunu bir növ təsdiqləmiş oldu. Mən Qulunu yaxşı, savadlı alim, peşəkar jurnalist, səmimi insan kimi taınıyıram. Özüm Elmlər Akademiyasında Dissertasiya Müdafiə Şurasının üzvüyəm. Qulu Məhərrəmli doktorluq dissertasiyasını müdafiə edəndə ona səs verənlərdən biri olmuşam. Bu gün də peşman deyiləm və verdiyim səsin arxasında dururam”.

 

"Üç saata yaxın bir  video buraxmaqla, bütün əməkdaşlarını bu işə cəlb etməklə... bu işə dövlət vəssiti sərf olunub. O video hansı texnika ilə çəkilib, hansı enerji işlədilib, hansı işıqlarla, harda. Istər-istəməz dövlət vəsaiti xərclənib buna"

 

Tanınmış media eksperti, jurnalist Zeynal Məmmədli hesab edir ki, dövlət büdcəsindən maliyyələşən Azərbaycan Dövlət Televiziyası hər növ tənqidə açıq olmalıdır:

“AzTV dövlət büdcəsindən maliyyələşdiyi üçün tənqidə açıq olmalıdır. Hətta haqsız tənqidlərə belə.. O, bunu çox təbii qarşılamalıdır. Sovet dövründə dükanlarda belə bir şüar vardı  “alıcı həmişə haqlıdır”. Bu baxımdan tamaşaçı həmişə haqlıdır. Üstəlik bu tamaşaçı bir peşəkar, televiziyanı araşdıran bir alimdirsə, onun fikirlərinə daha dözümlü yanaşmaq lazımdır. Düzü mən, AzTV rəhbərliyinin bu reaksiyasını heç cür anlamıram. Onun hazırkı davranışı heç bir sağlam məntiqin, sağlam düşüncənin nəticəsi deyil. İmpulsiv bir qəzəbin nəticəsidir ki,  o da həmişə haqsız tərəfə aparır. O intervyuda təhqir yox idi. Amma bunu ictimai rəyə  o şəkildə təqdim etmək - üç saata yaxın bir  video buraxmaqla, bütün əməkdaşlarını bu işə cəlb etməklə... Hətta ciddi araşdırsan, bu işə dövlət vəssiti sərf olunub. O video hansı texnika ilə çəkilib, hansı enerji işlədilib, hansı işıqlarla, harda. Istər-istəməz dövlət vəsaiti xərclənib buna. Əksinə, bütün bunlar məhkəməlikdir, nəinki  televiziyanın, ya da bir şəxsin ünvanına deyilən hər hansı ifadə. O cür qurumun başçısı hər addımını ölçüb-biçməlidir, heç nəyi şəxsi qarşılamamalıdır. Üstəlik AzTV ilə bağlı tənqidlərin çox ciddi əsasları var. Bunun üçün reytinq məlumatlarına baxmaq kifayətdir. Mən inanıram ki, AzTV-nin rəhbəri elə davrandığına görə, yəqin ki, artıq peşman olub”.

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
Vurğun, Əyyub:, "Azərbaycanda, özünü, vətəndaş, və, ziyalı, sayan, insanların, hər, biri, Qulu, Məhərrəmlini, müdafiə, etməlidir”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı