The document has moved here.
|
||
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır” | ||
Mən Sarayda yaşayıram. Iki il idi, TV dən uzaqlaşmışdım. Bir cavan oğlanla bir yaşlı kişi, bir də taksi şoferi gedirik. Heç biri məni tanımır. Yaşlı kişinin də gözlərinə baxanda bildim ki nəsə problemi var, adam yaxşı görmür. Yola nərdivan salmaq üçün söhbət edirdik. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Son bir neçə ildə Azərbaycan Televiziya və Radio şirkəti - AzTV kanalı yaydığı xəbərlər, ölkədə baş verənlərə qarşı sərgilədiyi münasibət sayəsində “- fenomenə” çerilib. Bəs bu kanalda işləyənlər öz işləri, oxuduqları xəbərlər haqqında nə düşünürlər? Suallarımıza AzTV-nin keçmiş diktoru Nəsimi Nəbizadə cavab verir.
- Nəsimi bəy, öz sənətinizə münasibətiniz necədir? Ümumiyyətlə, bu peşə haqqında nə düşünürsünüz? Gördüyünüz işin faydalılıq əmsalı, məsələn... - Ümumiyyətlə, diktor anlayışını bir az dərindən araşdırsaq, görərik ki, diktorluq totalitar rejimlərə xidmət edən bir sahədir. Mən hətta düşünürdüm ki, diktor sözü diktator sözündəndir, kiminsə ağzı ilə danışmaq deməkdir. Az qala, dünya xəritəsinin üçdə birini tutan sovet ölkəsinin televiziya kanalı sayla olub. 15 qardaş respublikanın hərəsinin bir dövlət kanalı olub. RSFSR-də də 3-4 kanal vardı. O kanalllarda da diktorlar dövlətin siyasətinə uyğun mətnləri oxuyurdular. Mənim yadıma gəlmir ki, o vaxt təyyarə qəzası barədə xəbər eşidim. Yəni diktor dövlətin danışan ağzıdır. Elə indiki tam totalitar rejimlərdə, məsələn, Şimali Koreyada TV-lərdə dili anlamasan belə, diktorların intonasiyasından o pafosu görmək olur. Hətta mimikada xırda bir cizgi də önəmlidir. Adama deyərlər ki, niyə belə etdin, mətnə hər hansı münasibətin var yoxsa? Etiraf edirsən nəyisə sanki? -Bir vaxtlar işlədiyiniz AzTV-də efirdə və iş prosesində hansısa belə şərtlər var idi? -AzTV dövlət kanalıdır, müəyyən edilmiş qaydaları var idi. Mən eşitmişdim ki, o vaxtlar DTK tərəfindən yoxlanılmış mətnləri oxuyublar. Əlbəttə, bizim vaxtımızda elə şeylər yox idi. Amma yenə də və indi də orada efir üçün müəyyən çərçivələr var. Əsas da xəbər proqramlarında. Səhər proqramları nisbətən sərbəst olur. - Deməli, diktor ona verilmiş və hansısa seçilmiş faktlar barədə xəbərlər olan mətni təqdim edən adamdır? - Ümumiyyətlə, analiz analitiklərin işidir, xəbər aparıcısının əsas işi isə xəbər çatdırmaqdır. Analitika tamam başqa sahədir. Ayrıca politoloqlar və sair mütəxəssislər var. Diktor, ya da xəbər aparıcısı deyək, xəbərləri çatdırır. -Amma həmin seçilmiş xəbərləri inandırıcı etmək üçün diktorun səsi, görkəmi, ciddiyyəti rol oynayır... - Əlbəttə. Dünyanın ən ciddi xəbərini 20 yaşlı qız və ya 20 yaşlı oğlan oxusa, mən ona inanmaram. Müəyyən yaş həddi, ciddi görkəmi olan adam lazımdır. Mənə bir dəfə dedilər ki, niyə xəbərlər aparırsan, bir dəfə də şou apar. Yəni şou pis şey deyil, mən bilmirəm, bizim camaata şou deyəndə niyə dəli olurlar. Şounun ciddi növləri də var və ən ciddi növü də elə xəbərdir. Xəbər başdan ayağa şoudur və şoumen də, diktor da öz görkəmindən istifadə edib adamları oxuduğu xəbərə inandırmalıdır. -Bəli. Mən də bunu deyirəm. Bəs, bu məqamda xəbər aparıcısı nə qədər məsuliyyət hiss edir? Oxuduğu xəbərlərdən danışıram.. - Peşəkar tərəfdən yanaşanda bu, mənim işimdir. - Bəs məsələn, vətəndaş, insan məsuliyyəti baxımından? - Mən bilmirəm, bu diktorların üstünə niyə belə çox gedirlər, mən, axı, əvvəldə bu peşənin nəyə xidmət etdiyini dedim. Diktorlar üçün bu məsuliyyətdən qaçmaq çox asandır, hamı qəbul edib ki, diktorun əlinə nə verilib onu oxuyur. O, dövlətin - hakimiyyətin də demək olar - mövqeyini insanlara çatdıran adamdır. - Mənə elə gəlir ki, sizin hardasa buna ironik münasibətiniz var. Bu müsahibəni almaq fikrinə düşəndə ORT-nin şoumeni İvan Urqantın fotosunu görmüşdüm. Mikrofonu kloun burnu kimi taxmışdı. Bir də qrim etmişdi. Düşündüm ki, bizdə belə ironik yanaşma bəlkə də Nəsimidə var. Sizin işə qarşı məsuliyyətsizliyiniz haqda lətifələr oxumuşdum. Mənə elə gəlmişdi ki, bu məsuliyyətsizlik mənim dediyim məsuliyyətdən qaçmaqdır. -Bunlar artıq fərdi məsələlərdir. Həm də bu mənim öz işimə ironik yox, tənqidi yanaşmamdır, bunun içində ironiya da ola bilər... Ümumiyyətlə, heç kəs peşəsinə ironik yanaşmasın. Tənqidi yanaşa bilər. Amma mən bunları ironiya kimi qəbul etmirəm. Sadəcə Nəsimi Nəbizadə özünü tənqid edir. Fərdi həyatımdasa heç nəyə tənqidi yanaşmıram, səhvi də, düzü də mənimdir, mənim yaşantımdır. -Siz işi həyatdan bir şəkildə ayırırsınız? -Ümumiyyətlə, işi həyatdan ayırmaq lazımdır. Iş tamam başqa prosesdir. -Hansı prosesdir yəni? -İş çörək qazanmaq prosesidir. Amma bu, o demək deyil ki, peşəmi sevmirəm. Mən peşəmi çox sevirəm. Tanınmış adamın coğrafiyası bir azca geniş olur. Mən də geniş coğrafiyanın nümayəndəsiyəm. Və mənim sıravi vətəndaşdan fərqli olaraq sevənim də sevməyənim də çox olar. -AzTV də sizi bezdirən nə oldu? Mən bezmədim AzTV-dən. Ondan niyə bezim ki... Istiqaməti bəlli, yolu bəlli kanaldır. Mən də ömrümün 16-17 ilini orda keçirmişəm. Amma həddindən artıq dar çərçivələrdə sıxılıram. Müəyyən yaş keçdikdən sonra insanın içində azacıq azadlıq varsa, o hiss edir ki, darıxır. Amma lap azad adam ol, axı iş lazımdır. Bir də mənim başqa sənətim də yoxdur, axı. - Maraqlıdır, oxuduğu mətnə diktorun hansısa münasibəti olurmu, ya olur və bunu gizləyir, ya da ümumiyyətlə, heç nə hiss etmir, sadəcə vərdiş edir və mətni oxuyur... - Məsələn, mənim əvvəl işlədiyim Dövlət Televiziyasında xəbərdən əvvəl təqdimat olurdu. Mənə o təqdimat lazım deyildi. Sadəcə rəqəmlər filan olurdu, ən azı, ona baxmaq lazımdır. Bir də suflyor deyilən şey olur, kameranın üstündə ekran kimi ona baxırsan, ən azı. İnsan nə qədər şeyi yadda saxlayar, axı... İndi işlədiyim APA TV-də özüm yazıram o təqdimatları. - Tutalım ki, diktor mətni oxuyur. Amma əlinin içi kimi bilir ki, xəbərdəki fakt gerçəkliyi əks etdirmir. Fakt özü də tutalım, düzdü, Məsələn, filan rayonda həqiqətən adamlar filan nazirlə görüşdə, öz razılıqlarını bildiriblər. Süjetdə də bu əks olunub. Amma gerçəklik başqadır. Filan rayonda həmin sahədəki problemlə bağlı çox ciddi faktlar, hadisələr var. Yəni xəbər üçün seçilən faktlar əsl gerçəkliyi əks etdirmir. Aparıcı da bunu bilir. Bunu bilə-bilə oxuduğu mətnə necə münasibət göstərməlidi? - Normal. Hər şeyi araşdırmaq aparıcının işi deyil. TV məkanı bir kanaldan ibarət deyil, axı?! Alternativlər var. Məsələn, media azadlığı imkan verir ki, hadisələri alternativ kanallardan izləyəsən. -Sizi tanıyıb maraqlı reaksiya verən tamaşaçı olubmu? - Mən Sarayda yaşayıram. Iki il idi, TV dən uzaqlaşmışdım. Bir cavan oğlanla bir yaşlı kişi, bir də taksi şoferi gedirik. Heç biri məni tanımır. Yaşlı kişinin də gözlərinə baxanda bildim ki nəsə problemi var, adam yaxşı görmür. Yola nərdivan salmaq üçün söhbət edirdik. Birdən o yaşlı kişi dedi ki, ay oğul, sən hardasan, səsin nə vaxtdı gəlmir? O kişi məni səsimdən tanımışdı. - Reportajlarınız maraqla qarşılandı. Kinostudiyadan, nəşriyyatdan. AzTV-dən reportaj etmədiniz? - AzTV-dən reportaj etdim. Mən müxbir olmamışam. Tv aparıcısı olmuşam. Bilirsiniz, bizim insanlar TV-də gördüyü adamlardan çəkinir, rahat danışa bilmir. Ona görə asan deyil onlara. Amma mən heç vaxt reportaja gedəndə mətn yazmamışam, eləcə alınıb. - Deyirlər ki, Nəsimi istedadlı adamdır. Nədədir istedadınız?
|
||
|
||
“Xəbərə, münasibət, bildirmək, aparıcı, üçün, qeyri-peşəkarlıq, sayılır”, |
|