Xəbər haqqında
06 Dekabr 2017 - Çərşənbə 17:40 190 nəfər oxuyub
 
Xəzər dənizi bu prinsiplərlə bölünüb
GÜNDƏM Xəbəri
Xəzər dənizi bu prinsiplərlə bölünüb

"Konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur".

 

Xeber365.com bildirir ki,  bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.

 

Nazir müavini qeyd edib ki, dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünür: "Ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırlacaq. Dənizlərin sektorlara bölünməsi ilə bağlı beynəlxalq hüququn müvafiq anlayışları var. Burada materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə alınır. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq".

 

"Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür. Mübahisəli yataqlarla bağlı danışıqlar hələ nəticə verməyib, buna görə də hələ bu barədə danışmırıq. Əsas məsələ İran və Türkmənistanla delimitasiyadır. Gələcəkdə onların istifadəsi beynəlxalq hüquq normaları əsasında həll olunacaq. Su məkanı baxımından Konvensiyada hər şey aydın göstərilib və beştərəfli razılaşma olacaq" - deyə o vurğulayıb.

 

Mənbə: Müəllif:
Xəzər, dənizi, bu, prinsiplərlə, bölünüb, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı