Xəbər haqqında
22 Dekabr 2017 - Cümə 14:21 207 nəfər oxuyub
 
Xəzər Universitetində “Türk Dünyası Bilgi Şöleni” keçirildi
YARADICI Xəbəri
Xəzər Universitetində “Türk Dünyası Bilgi Şöleni” keçirildi

Dekabrın 21-də Xəzər Universitetinin Mərmər zalında universitetin Təhsil fakültəsinin Azərbaycan dili və ədəbiyyatı departamentində tədris olunan Türkologiyaya giriş, Türk ləhcələrinin müqayisəli qrammatikası fənlərinin müəllim və tələbələri tərəfindən hazırlanmış və Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının yubileyinə həsr olunmuş “Türk Dünyası Bilgi Şöleni” adlı ədəbi-musiqili tədbir keçirilib.

 

Xeber365.com bildirir ki, tədbirdə professor Hamlet İsaxanlı başda olmaqla universitetin rəhbərliyi, əməkdaşları və tələbələri, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Adem Keleş, AMEA Folklor İnstutunun xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri, professor Əli Şamil, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli, AMEA Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri Qətibə Quliyeva, Xeber365.com-un təsisçisi Anar Əsədli və media mənsubları iştirak ediblər.

 

 

 

 

 

Tədbirin məqsədi 200 milyondan çox insanın daxil olduğu böyük Turan ailəsinə diqqəti cəlb etmək, türk dünyasının dil yadigarları və folklor nümunələrini iştirakçıların nəzərinə çatdırmaq idi.

 

 

Tədbir tələbələrdən ibarət xorun ifasında türk xalqlarının birliyini tərənnüm edən “Turan marşı”nın ifası ilə başlanıb.

 

 

Azərbaycan dili və ədəbiyatı departamentinin müəllimi Dr. İlahə Qurbanlı və Təhsil fakültəsinin dekanı Dr. Elza Səmədli çıxış edərək, tədbirin ideyasını və əhəmiyyətini açıqlayıblar.

 

 

Tədbirin kompozisiyası türk xalqlarının formalaşması, eramızdan əvvəlki dövrdən başlayaraq yazılı abidələrin tələbələr tərəfindən müvafiq ləhcədə səsləndirilməsi, folklor nümunələrinin ifası, sənədli filmlərdən fraqmentlərin nümayişi və türk xalqlarının adət - ənənələrinin, geyimlərinin, həmçinin mətbəxlərinin təqdimatından ibarət idi.

 

 

Böyük Hun imperatoru Metenin eramızdan əvvəl 176-ci ildə Çin imperatoruna göndərdiyi məktubdan başlayaraq sonrakı müxtəlif tarixi dövrlərə aid mətnlər də yazıldıqları ləhcədə səsləndirilib Türk xalqlarının adət - ənənələri tələbələrin hazırladıqları səhnəciklər vasitəsilə nümayiş etdirildi, mahnılar ifa olunub.

 

 

AMEA Folklor İnstutunun xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri, professor Əli Şamil, AMEA Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri Qətibə Quliyeva türk xalqlarının tarix və mədəniyətinin müxtəlif cəhətlərindən bəhs edərək tələbələrin çıxışlarını yüksək qiymətləndiribər.

 

 

Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı geniş çıxışında türk xalqlarının tarixi inkişafına, folkloruna və türk dillərinin formalaşmasına dair fikir və mülahizələrini söyləyib, tədbirin təşkilatçılarına və tələbələrə təşəkkürünü bildirib.

 

 

Tədbir Xəzər Universitetinin tələbələrdən ibarət xorunun və rəqs ansamblının ifası ilə başa çatıb.

 

 

Mənbə: Müəllif:
Xəzər, Universitetində, “Türk, Dünyası, Bilgi, Şöleni”, keçirildi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı