301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
27 Fevral 2017 - Bazar ertəsi 18:53 1380 nəfər oxuyub
 
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
BAXIŞ Xəbəri
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?

 

 

 

İçi mən qarışıq  Xocalı faciəsinin ildönümü yaxınlaşanda çırmanırıq konfranslar verməyə, başımıza gətirilən bu müsibətləri anlatmağa… Bəlkə də, Azərbaycanın bu məsələnin üstünə getməsi təbliğati baxımdan  çox yaxşıdır, çünki məsələn, qardaş Türkiyədə belə bu konularla bağlı bilgi əskikliyi var. Onları anlatmağın, əlbəttə, önəmi var. Amma nə olsun?  İndimi dərk etməyə başlamışıq dünyaya Erməninin nə demək olduğunu anlatmağa ehtiyac olduğunu? Ən azından ona görə ki, indiyəcən dünya “bizim ermənilərə zülm etməyimizdən və Dağlıq Qarabağı onların əlindən almaq istədiyimizdən” narahat olub, hətta bir çox ölkələrdə Xocalı faciəsinin  o dəhşətli  video-görüntüləri, fotoları ermənilər tərəfindən ermənilərə edilmiş soyqırımı kimi yayılıb. Ermənilər hər zaman bizi qabaqlayırlar. Və apardığımız təbliğatın heç bir mənası olmur.

 

Biz uzun zaman erməni iddialarını  sadəcə təkzib etməklə məşğul olmuşuq. Bəzi hallarda isə Xocalı ilə bağlı erməni iddialarını yalanlamaqda gücsüz qalmışıq, çünki “özümüzünkülər” ermənilərin əlinə  elə imkan veriblər ki, bu gerçək soyqırımından danışa bilməyək, onu gündəmə gətirə bilməyək. Ermənilərin Xocalı soyqırımında məhz bizim günahkar olduğumuzu önə sürən dəlilləri də var… Və zaman-zaman bundan istifadə edirlər   

 

 

 

Jurnalist həmkarımız Eynulla Fətullayevin bu günlərdə səsi çıxmır, bəlkə,  yenə də bu fikrinin üstündə dayanır ki, ermənilər Xocalının dinc əhalisinə  buradan çıxmaq üçün koridor vermişdilər. Ermənilər bir zamanlar onun yazdığı məqaləni bütün dünya dillərinə tərcümə edib yayırlar. Niyə imtina etmir o məqaləsindən?

 

Hanı eks-prezident Ayaz Mütəllibov, guya onu yıxmaq üçün “AXC bu faciəni törətdi”, fikrini deyərkən erməni dəyirmanına necə su tökdüyünü, nəhayət, anlayıbmı? Heç olmasa, indi anlayırmı nə qədər günah işlədib xalqı qarşısında? Deyə bilərsiniz ki, mən köhnə palan içi tökürəm. Qətiyyən. Amma ermənilərə və onların Xocalı ilə bağlı apardıqları siyasətə nə qədər dəyər verdiklərinin fərqində olduğuma görə belə deyirəm.  

 

 

 

Xocalıyla bağlı ermənilərin bütün saytlarda yerləşdirdikləri materiallarda məhz adını çəkdiyim və çəkmədiyim adamların yazdıqlarına istinad olunur. Ermənilərin uzun müddət bu tutalqalardan yapışaraq məsuliyyətdən yaxa qurtarmağa çalışmaları təbiidir. Onun da fərqindəyəm ki, ermənilər Xocalıda törətdikləri gerçək soyqırımı faktından qorxurlar. Amma  bu da bir gerçəkdir ki, biz bu 25 ildə onların üzərinə qərarlı şəkildə getməmişik. Bizim bu sahədə təbliğatımız, içi mən qarışıq , Türkiyədən ötəyə getməyib. Əlbəttə, qardaş Türkiyədə də bu gerçəkləri anlatmağa ehtiyac var, amma bu təbliğatların, yürüşlərin, mitinqlərin, konfransların bir sonucu olmalıdır. 

 

Biz nə etmək istəyirik?

 

 

 

 

 Keçən il   Milli Məclisimizdə Xocalı ilə bağlı bir konfrans keçirildi və burada çox adam danışdı. “Dejurnu” fikir və ifadələrdən o yana keçməyən bu toplantıda millət vəkili Fazil Qəzənfəroğlu özünəxas orijinallıq nümayiş etdirib təxminən belə bir fikir söylədi ki, Xocalı qətliamının soyqırımı olaraq qəbul elətdirmək fəaliyyətlərinin heç bir perspektivi yoxdur, yəni bu, o demək idi ki, Azərbaycan bu dəhşətli cinayəti soyqırımı olaraq qəbul etdirmək üçün boşuna zəhmət çəkməməlidir.

 

Məncə, bu çox yanlış fikirdir və  bu faciəni dünyanın hüquqi müstəvisinə çıxartmaq lazımdır.  Mən isə belə bir sual qoyardım: “Məgər 1915-ci il hadisələri soyqırımmıdırmı ki, ermənilər bütün dünyada onun üzərinə gedir və bir çox aparıcı ölkələrin parlamentlərində bu yalanın “erməni soyqırımı” olaraq qəbul edilməsinə çalışırlar?” Məncə, bir millət vəkili və hüquqşünas  olaraq  Fazil bəy oturub  bununla bağlı sənəd  hazırlasa, millətinə əsil xidmətini etmiş olar. Avropa İnsan Haqları Məhkəməsi sənəd istəyir bəyanat yox!

 

Xocalı Qırğını Beynəlxalq Cinayət kateqoriyasına aiddir. Bu cinayətlərin əsas məzmunu II Dünya müharibəsindən sonra  qurulmuş Beynəlxalq Hərbi Məhkəmə (Nürnberq və Tokio) əsas konvensiyalarında açıqca göstərilib.

Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aşağıdakıları müəyyən edib:

1. Soyqırımı reallaşdıran kəslərin cəza mühakiməsi və cəzaya məhkum edilməsi qaçınılmazdır.

 

2. Bu cinayəti təkçə işləyənlər  deyil, qırğını reallaşdırmaq üçün  sui-qəsd, dolayısı və açıq təhrik etmə, qırğına təşəbbüs  göstərmək və  onda iştirak etmək belə cəza  cəza məsuliyyəti üçün əsas səbəblərdir.

 

3. Qırğını reallaşdıran şəxslərə qarşı beynəlxalq hüququn qanunları tətbiq olunmalıdır.

 

4. Qırğının həyata keçirilməsində əmri  verən şəxs cəza məsuliyyətindən xilas ola bilməz.

 

5. Ölkə rəhbəri qırğının qarşısının alınması istiqamətində heç bir tədbir görmədiyi üçün günahkardır.

 

6. Soyqırımı gerçekleştirenleri cinayət məsuliyyətinə  cəlb etmək üçün o tələb edən dövlətə təslim edilməlidir.

 

 

Hər yerə əlimiz boş getsək, əlbəttə, heç bir şeyə nail ola bilmərik

 

 

 

 

Əlimizdə olan bu unikal faktlardan istifadə edərək Xocalı faciəsini soyqırımı olaraq qəbul etmək üçün “Qanun layihəsi” hazırlanmalıdır. Bu layihənin içərisində soyqırımı kimi qəbul olunan  bütün sənədlər qoyulmalıdır.  Hərbi prokurorluğumuzda bu cinayət üzrə qalın-qalın qovluqlar var. Hər il Xocalı günlərində onlardan bəhs edərək bu cinayətkarların adlarını çəkib onları söymək heç nə vermir. Orada adı çəkilənlərdən tək bircəciyi  məsuliyyətə cəlb edilibmi?  O tərkibdə başqa  millətlərdən olan cinayətkarlar da var. Məgər onlar da əlimiz yetişməyən  məkanda – işğal ərazilərində yaşayırlar? Tutaq ki, Koçaryana, Sarkisyana, Ohanyana əlimiz yetişmir. Bəs o birilər? Hərbi prokuror Xanlar Vəliyevin diqqətinə: Onlardan biri Yuri Zarviqorov RF-nun Pskov şəhərində yaşayır.  Yevgeni  Nabokov isə Argentinaya qaçıb… Azərbaycanın Argentinadakı səfirinin işinin adı nədir?

 

Xatırladım ki, Xocalı qətliamında cinayət etmiş 287 şəxs haqqında həbs-qətimkan tədbiri seçilmişdir. Onların bircəciyini həbs etmək gücümüz  yoxdur?

 

 

Bunları etməsək faciənin 100-cü ilində belə heç nəyə nail ola bilməyəcəyik. Məsələnin beynəlxalq həllinə nail olmaq üçünsə ayrıca fəaliyyət lazımdır. Ortada Bosniya nümunəsi var, Serebrenitsa soyqırımının qəbul edilməsi praktikasından faydalana bilərik. Pis örnək də olsa, ermənilərin qondarma “1915 soyqırımı” və onun 21 ölkə parlamentlərindən keçirməsi nümunəsi də var. O layihənin içinə nələri qoyurlar ermənilər? “Mavi kitab”dakı iddiaları, Morgentaunun xatirələrini, saxtalaşdırdıqları onlarca digər “sənədləri”, yalan-palan hər şeyi. Amma bizim sənəd saxtalaşdırmağa ehtiyacımız yoxdur. Hər şey ortadadır. Soyqırımı törədənlər də məlumdur: Koçaryan, Sarkisyan, Ohanyan – yaşayırlar, hamsının ünvanı da bəllidir. Onlarla bağlı cinayət işi açılmasına türkiyəli vəkil Kemal Kerinçsizin ciddi çalışmaları vardı. Onu da “erkenokoncu” deyə həbs etdilər, yaxşı yadımdadır, ermənilər Kerinçsizi yamanca qaralamışdılar, onu Tələt paşanın davamçısı adlandırıdılar, qorxurdular onun Xocalı ilə ilgili fəaliyyətindən.  Xocalının bir soyqırımı olaraq qəbul edilməməsi üçün dərhal əks fəaliyyətə keçdilər, ortaya bir “layihə” də qoyduqlarını bizim səlahiyyət sahibləri bilməlidirlər. “1988-1993- cü illərdə Azərbaycanda ermənilərə qarşı edilmiş soyqırımlar” 2010- cu ildə “Jarangutyun” (“Miras”) partiyası hazırlayıb,  hələ də parlamentin müvafiq komissiyasındadır. Biz isə 25 ildir danışırıq, danışırıq, göstəririk,  lənətləyirik, ağlaşmalar qururuq. Bütün bunların hamısının bir nəticəsi olmalı deyimli?

 
Mənbə: Müəllif: XƏBƏR365
Xanlar, Vəliyevin, diqqətinə:, Yuri, Zarviqorovu, niyə, həbs, etmirsiniz?,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı