301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
06 Avqust 2017 - Bazar 18:00 1957 nəfər oxuyub
 
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
MÜSAHİBƏ Xəbəri
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...

 
Bir neçə illik fasilədən sonra Azərbaycan, nəhayət, yenə də peşəkar kino festivalına ev sahibliyi edəcək. Oktyabr ayında keçirilməsi planlaşdırılan “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalının özəlliyi yalnız tilsimi sındırması deyil. O, həm də tamamilə yeni formatda olacaq. 
“DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalının ideya müəllifi və direktoru, rejissor İmam Həsənovla söhbətimiz də elə bu barədədir.   
 
 
 
- İmam, festival keçirmək ideyası necə yarandı? Sizi buna nə təşviq elədi? 
 
 
- Bildiyiniz kimi mən çoxlu xarici festivallarda oluram və hər dəfə tanış olduğum hər kəs məndən bizdəki kinofestivallar barədə soruşur. Mən də özümdən utana-utana deyirdim ki, bizdə festival yoxdu. Hərdən bu dialoq bir gecədə üç-dörd dəfə təkrarlanırdı. İkinci sualları da “niyə keçirmirsiniz?” idi. Cavab verirdim ki, yaxşı fikirdi, gərək keçirək.  Amma kim eləsin, necə eləsin? Hamı oturub bir-birini gözləyir. Ən əsası isə o festivallarda Azərbaycan filmləri iştirak eləmir. Məsələn, qonşu Gürcüstandan üç layihə olur, Ermənistandan iki, Azərbaycandan sıfır. Bütün ustad dərslərində, filmmarketlərdə niyə Azərbaycandan layihə olmadığı ilə maraqlanırlar. Ya da məsələn, Gürcüstanda Avropa ölkələrindən gəlib sənədli filmlə bağlı ustad dərsləri, treninqlər keçirirlər, onlarda Azərbaycandan bir layihə iştirak edir, ya etmir. Festival ideyası bütün bunların əskikliyinin yaratdığı bir ehtiyac idi və onu ödəmək lazım idi. Mən də fikirləşirdim ki, belə əli-qolu bağlı oturub nə qədər gözləyəcəm? Neçə illərdi gözləyirik. Bütün bu fikirlər içimdə yetişdi və bütün düşüncələrim bir istiqamətə yönəldi: mütləq sənədli film festivalı keçirmək lazımdı. Əlbəttə ki, bu bədii film festivalı da ola bilərdi, ancaq mənim getdiyim festivallar, tanış olduğum insanlar daha çox sənədli film sahəsi ilə əlaqəlidilər. Bir dəfə bu barədə prodüserimlə danışdım. Yəqin ki, o, məni dəstəkləməsəydi, ruhlandırmasaydı, mən də cəsarət eləməzdim. Soruşa bilərsiniz ki, bir əcnəbi niyə Azərbaycanda festival keçirmək istəsin? Çünki o da burda olub, vəziyyətlə tanışdı. Sadəcə bizdən fərqli olaraq xaricilər heç bir mənfəət güdmədən sənə yardım eləyə bilirlər, xüsusilə də mədəniyyət və incəsənətlə bağlı layihələrdə. Təbii ki, onların da müəyyən mənfəətləri var, bunu inkar eləmirəm. Amma bütün hallarda Azərbaycanda yeni bir şey yaranırsa, bu bizim üçün daha çox faydalıdı, nəinki onlar üçün. Adını Gürcüstanda festivalda olarkən fikirləşdik. Qərara gəldik ki, festivalın adı “DokuBaku” olsun. Poetik.. Elə o vaxtdan da bu ideya üzərində işləməyə başladıq.
 
 
- Layihəyə kimlər dəstək verir? Bildiyim qədərilə siz, mədəniyyət və turizm nazirliyinə müraciət eləmişdiniz...
 
 
- Festivalın keçirilməsi üçün icazə məktubu lazım idi. Onun üçün müraciət eləmişdim, uzun fasilədən sonra verdilər, amma verdilər, yenə sağ olsunlar, verməyə də bilərdilər. Maddi dəstək barədə soruşanda dedilər ki, büdcələri yoxdu və heç nə eləyə bilməzlər. Mən yenə soruşdum ki, bəlkə heç olmasa, qonaqların yolpuluna kömək edə bilərlər? Dedilər ki, mümkün deyil. Ümumiyyətlə isə bizim heç bir maliyyə dəstəyimiz yoxdu, sıfır büdcə ilə işləyirik. Sadəcə ətrafımızda yaxşı insanlar var. Beş-on nəfərdən ibarət komanda qurmuşuq. Onlar heç bir maddi mənfəət güdmədən bu işi görmək istəyirlər. Əksəriyyəti xaricdə təhsil almış gənclərdi və çalışırlar ki, burda da nəsə baş versin. Bu il yerli qısametrajlı sənədli filmlər üçün müsabiqə eləmişik ki, festivalda iştirak eləmək istəyən rejissorların film çəkməyə gücləri çatsın.  Heç bir mövzu məhdudiyyəti yoxdu. Xarici filmlərin isə yarısının müəllifləri Bakıya gələ bilirlər.
 
 
 
 
- Öz hesablarına? 
 
 
- Öz hesablarına da gələn olacaq, bizim hesabımıza da. Bundan ötrü səyahət fondlarına, həmin ölkələrin burdakı səfirliklərinə müraciət eləmişik. Bir-ikisi razılıq verib. Həmçinin Avropa Birliyinin Bakıdakı nümayəndəliyi  ilə də görüşdük və məlum oldu ki, onlar da  burda festival keçirmək istəyirlər. Siyahılarında, təxminən, on altıya yaxın film var. Eləcə də ustad dərsləri, mühazirələr olacaq və məşhur rejissorlar iştirak eləyəcəklər. Onların festivalı “İmagine Euro Tolerance Festival” adlanır. Bir neçə gün əvvəl razılığa gəldik ki, əsas festival “DokuBaku” olsun. Çünki biz burda qalacağıq, hər il keçirmək istəyirik. Bizdə də ustad dərsləri olacaq. Məsələn, polşalı məşhur dokumentalist Pavel Lozinskini dəvət eləmişik. Onun sonuncu filmi ən məşhur festivallarda iştirak eləyib, çoxlu mükafatlar qazanıb.
 
 
- Və siz bütün bunları heç bir maliyyəniz olmadan eləyəcəksiz?
 
 
- Tanışlarımız, səfirliklər və səyahət agentliklərinin köməyi ilə... Məsələn, heç bir satış agenti sənə havayı film verməz. Bir filmi öz ölkəndə ilk dəfə göstərirsənsə, hardasa 200-300 avro ödəməlisən, filmlərin nümayiş hüquqlarını almalısan. Biz bu məsələləri tanışlarımız vasitəsilə həll eləməyə çalışmışıq. Sağ olsunlar, siyahımızda olan filmlərin prodüserlərinin heç biri bizə problem yaratmadı. Yalnız bir filmlə problem oldu, pul istədilər. Bax, belə bir şəraitdə işləyirik və hələlik davam eləyirik. Artıq gələn il üçün də planlar qururuq.
 
 
- Festival hansı bölmələrdən ibarət olacaq? 
 
 
- İki əsas müsabiqəmiz olacaq: yerli və beynəlxalq. Beynəlxalq müsabiqədə 18 tammetrajlı film iştirak eləyir. Bunlar dünyanın müxtəlif festivallarında iştirak eləmiş əsərlərdi. Yerli filmlər üçün müsabiqədə qısametrajlı filmlər nümayiş olunacaq. Qalibə pul mükafatı vermək imkanımız yoxdu, əvəzində  Çexiyada keçirilən “Jihlava Internation Documentary Film Festival”ına göndərəcəyik, yolpulu bizlikdi. “Jihlava” bizim festival bitən kimi başlayır. Qalibimiz orda iki gün qalacaq, dincələcək, filmini göstərəcək, insanlarla tanış olacaq.
 
 
- Hər iki müsabiqəni eyni münsiflər dəyərləndirəcək, yoxsa iki münsif heyəti olacaq? 
 
 
- Hələlik maliyyəsizlik ucbatından hər iki müsabiqə üçün eyni münsiflər heyətinin olmasını nəzərdə tutmuşuq. Ancaq ola ilsin ki, bu prosesi online şəkildə həyata keçirək. Yəni münsiflərin bura gəlməyinə ehtiyac qalmayacaq. Filmləri onlara göndərəcəyik, online baxacaqlar və qiymətləndirəcəklər. Münsiflərimiz xarici mütəxəssislərdi, amma yerli münsiflər də axtarırıq. Sənədli filmlə bağlılığı olan bir insan olmalıdı və istəyərdik ki, filmlər haqda resenziya, məqalələr yazmağı da bacarsın. Ola bilsin ki, mütəxəssis kimi kinoşünasları dəvət elədik. Məsələn, hər hansı bir filmin rejissoru gələ bilməyib. Onun əvəzində filmi tamaşaçılara mütəxəssis təqdim eləyir, fikirlərini paylaşır. Bizim üçün çox vacibdi ki, filmlərimiz həm də tamaşaçıları maarifləndirsin, onlarda suallar yaratsın və istədiklərini soruşa bilsinlər. Əgər filmin müəllifi yoxdusa, başqa mütəxəssislər, məsələn, kinoşünaslar onların suallarını cavablandırsınlar.  Tamaşaçıları, müzakirələri daha rahat eləmək, qeyri-rəsmi atmosfer yaratmaqdan ötrü filmləri publarda, kafelərdə göstərəcəyik. ... Həm də ona görə ki, kinoteatrlar bizdən çox pul istəyirlər.
 
 
 
 
- Deməli, “DokuBaku” anderground festival olacaq.
 
 
- Bəli. Insanlar rahat atmosferdə filmlərə baxıb, sonra da müzakirə eləyəcəklər, nümayişlərdən sonra konsertlər olacaq.
 
 
- Böyükmiqyaslı bir tədbir keçirməyi planlaşdırırsınız. Maliyyə dəstəyi olmadığına əminsiz? 
 
 
- Doğrudan, yoxdu. Ancaq dost-tanışın köməyi ilə işləyirik...
 
 
- Deməli, belə tədbirlərə kömək eləmək istəyənlər var? 
 
 
- Var və çox işıqlı, enerjili insanlardılar. Məsələn, Nazakət, Aysel, Ərtoğrul, Subhan və bir çoxları var ki, könüllü şəkildə bizə qoşulmaq istəyirlər. Əminəm ki, qoşulacaqlar da və bizim işıq dünyanı saracaq. Nazim Hikmət demiş: 
Ben yanmasam,
sen yanmasan,
biz yanmasak,
nasıl çıkar karanlıklar aydınlığa... 
Bu insanların kinemotagrafiya ilə heç bir bağlılığı yoxdur, amma nə olsun. Onların içindəki işıq, sevgi hər şeyi əvəz edir. Bu işıq və sevginin sayəsində bizə elə gəlir ki, böyük, faydalı, lazımlı işlər görürük.  Həm də  biz bu festivalla bünövrə qoyuruq. Bünövrə nə qədər möhkəm olsa, gələcəkdə onun üzərində daha dayanıqlı bina tikə bilərsən. Bu, çox vacibdi. İstəyirik, hər şey o qədər şəffaf olsun ki, heç kəs heç kəsdən şübhələnməsin. Yəni "Azerbaijan style"  işləmirik. Biz öz işimizi görürük və bunda çox qərarlıyıq.
 
 
- Beynəlxalq müsabiqə üçün filmləri özünüz dəvət eləyirsiniz. Bəs yerli müsabiqəyə filmlər hansı şərtlərlə qəbul olunur, seçim prosesi necə baş verir? 
 
 
- Birinci onu deyim ki, hər il keçirilməsi nəzərdə tutulan “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı Azərbaycanda və onun xaricində yaşayan azərbaycanlı film istehsalçılarını qısametrajlı sənədli filmlərilə festivalda iştirak etməyə dəvət edir. Yerli müəlliflər tərəfindən göndərilən filmlər arasından seçilənlər festival çərçivəsində nümayiş olunacaq. Maraqlananlar filmlərin təqdim olunması ilə bağlı məlumatlarla facebook səhifəmizdə tanış ola bilərlər.
Şərtlərin bəzilərini sadalayım: Təqdim olunacaq filmlər 2015-2017-ci illərin istehsalı olmalıdı və uzunluğu 15 dəqiqədən artıq olmamalıdır. Mövzu sənədli film janrı çərçivəsində sərbəstdir. Filmlər Full-HD formatında və ingilis dilində subtitrlərlə təqdim olunmalıdır.
Filmləri dəyərlərləndirməyə təqdim etmək üçün rejissorlar festivalın saytındakı müraciət anketindən istifadə edə bilərlər. Həmçinin filmlər YouTube, Vimeo və s. kimi video paylaşım saytlarına yüklənib, link şəklində göndərilməlidir. Dəyərləndirmədə aşağıdakı kriteriyalardan istifadə olunacaq:
Mövzunun aktuallığı və sosial əhəmiyyəti və hekayənin vizual və orijinal həlli
Filmlərin təqdimatı üçün son tarix 10 Sentyabr 2017-dir. Dəyərləndirmənin nəticələri sentyabrın sonunda iştirakçılara email vasitəsilə bildiriləcək. Qeyd etdiyim kimi, Avropa Birliyi Nümayəndəliyi ilə də əməkdaşlıq edirik və mən bu barədə də məlumat vermək istərdim. “İmagine Euro Tolerance Festival”ının iki bölməsi var: “Foto-video” sərgisi və tammetrajlı sənədli filmlər bölmələri. Bundan başqa onlar da bizim kimi konsertlər, masterklasslar və leksiyalar keçirəcəklər. Biz yerli underground ifaçıları cəlb edirik, onlarsa Avropa və digər ölkələrin musiqiçilərini. “İmagine” bölməsindəki  peşəkar filmlər müsabiqədənkənar göstəriləcək. “Foto-video” bölməsi isə sırf yerli həvəskar rejissorlar üçün nəzərdə tutulub, yəni tələbələr, şagirdlər və sairə. Yəni kim istəyir, kimin həvəsi var, başlamaq istəyir, amma risk etmir və ya lazım bilmir, çəkinmədən işlərini bu bölməyə göndərə bilər. Hətta telefonla çəkdiyin videonu və ya fotonu müsabiqənin reglamentinə uyğun olaraq, göndərə bilərsən. Mövzu da tolerantlıq və müxtəliflikdir. Orda texniki keyfiyyətə, səsə fikir verilməyəcək. Bu bölmə insanlarda həvəs yaratmaq üçündü. Təşkilatçılar bunu dəstəkləyir və sonda qaliblərə  kamera və başqa hədiyyələrlə  mükafatlandıracaqlar. 
 
 
 
 
- Festivalların ikisi də eyni vaxtda keçiriləcək? 
 
 
- Bəli, paralel.  Məsələn, bir gündə üç film göstəriləcək. Ancaq yerli peşəkar kinematoqraflarçılar üçün keçirilən əsas müsabəqə “DokuBaku”dadır deyə - mən bunu yenidən qeyd etmək istəyirəm və heç bir festivalı bir-birindən ayırmadığımı vurğulayıram - elanlarda, afişalarda belə yazılacaq: “DokuBaku” və İmagine Beynəlxalq Sənədli Film Festivalı. Aşağıda da bölmələrin adları: “DokuBaku” əsas müsabiqə, “DokuBaku” qısa film  müsabiqəsi, “İmagine”, foto-video sərgisi və müsabiqədənkənar filmlərin siyahısı. Böyük bir proqram olacaq. Həm müsabiqədə, həm də müsabiqədənkənar filmlərin hamısı çox maraqlı insan hekayələrindən bəhs edir və bir çox "double  AA" festivallarda müxtəlif mükafatlar qazanıblar. İnanıram ki, bizim festivala qatılan hər bir tamaşaçı vaxtını hədər keçirməyəcək və çox vacib həyati məlumatlar əldə edəcək.
 
 
- Bu vaxta qədər Azərbaycandan nə qədər film qəbul eləmisiniz?
 
 
- Hələlik 15 film. Bədii film göndərən də var, sosial çarxlar da, sənədli filmlər də. Onların arasında üç-dörd film bizim şərtlərimizə cavab verir. Müsabiqədə iştirak edəcək filmləri festivalın proqram üzrə komitəsi seçəcək. Hər şeyin dürüst olması və qərəzli fikirlərin yaranmasına imkan verməməkdən ötrü festivalın direktoru olaraq düşündüm ki, belə daha yaxşı olar, yəni filmlərin seçilməsində mən özüm iştirak etməyəcəyəm. Dediyim kimi, hər şey şəffaf olmadır və olacaq da! Əminəm! Çünki şəffaflıq bizim alınyazımızdır.
 
 
- İmam, anladığım qədərilə “DokuBaku” Azərbaycan üçün ilk olan bir formatda olacaq. Festival oktyabrda keçiriləcək, amma siz artıq film nümayişlərinə başlamısınız. Bunlar festivalda iştirak eləyən filmlərdi, yoxsa...
 
 
- Yox, deyil. Biz bu nümayişləri  tamaşaçılarımızı yoxlamaq, qüsurlarımızı aradan qaldırmaqdan ötrü başlamışıq. Nəzəri olaraq bilirik, amma bu yolla həm də təcrübədə yoxlayırıq. Məsələn, artıq biz də bir problemlə üzləşdik, nümayişin keçirildiyi kafenin sahibi də. Bildi ki, bu işə qoşulmaqla ziyan eləyəcək, ya əksinə. Ancaq əsas məqsədimiz tamaşaçının diqqətini cəlb eləmək, ona sənədli filmin nə oldğunu göstərmək, bir növ bu istiqamətdə tərbiyələndirməkdi. Bir sözlə, tamaşaçını festivala hazırlayırıq. Istəyirik ki, artıq bu barədə söhbət eləsinlər, müzakirə aparsınlar. Yəni festival onların  gündəlik həyatına daxil olsun. Bunun üçün də hər həftə filmlər göstəririk. Avqust ayının filmləri artıq hazırdı, sadəcə məkan sahibləri ilə danışmalıyıq. Bu filmlər festivaldan kənardı. Məsələn, ilk göstərdiyimiz film Venesiya festivalının “ən yaxşı sənədli film” nominasiyasında “Qızıl şir” qazanıb.  Əslində bunun tamaşaçılar üçün heç bir əhəmiyyəti yox idi, amma mənim üçün vardı. Qəhrəmanın həyat haqqında, uşaqlığı haqqında danışdıqları, keçdiyi yol, gördüyü işlər və s.  Filmdən çıxan nəticə çox vacib idi.  Bu bizim tamaşaçılarla ilk kontaktımız idi. Onların arasında sadəcə kino həvəskarları yox, pivə içmək üçün bara girmiş sadə insanlar da vardı.  Ancaq onlar da filmə diqqətlə baxırdılar. Hər halda mənə elə gəlir ki, bu film onların həyatında nəsə bir iz buraxdı. Bu nümayişlər biletsizdi. Amma festivaldaxili nümayişlərin biletli olmasını planlaşdırmışıq. Qiyməti 5 manat olacaq.  Festivalın hazırlıq işlərinə yardım eləyən könüllülər üçün güzəştlər nəzərdə tutmuşuq. Məsələn, bir biletlə iki nəfər baxa bilər. Üstəlik bilet alanlar üçün bir içki də pulsuz olacaq. Bundan başqa biletlə birlikdə kuponlar verəcəyik.  Əlavə hədiyyələr vermək barədə də fikirləşirik.  Məsələn, üzərində “DokuBaku” və "İmagine"nin logosu, yaxud “Mən kinonu sevirəm”, ya da hansısa məhşur bir rejissordan sitat və s. yazılmış t-shirtlər, kepkalar. Onu da deyim ki, “Park Cinema” da bizim tərəfdaşımızdı. Məsələn, festivaldan öncə keçirəcəyimiz online kino müsabiqəsində qaliblərə, “Park Cinema”da yayımlanan filmlərə iki pulsuz bilet və başqa hədiyyələr təqdim edəcəyik. Festivalın bağlanış mərasimində kuponlarla lotereya kimi bir oyun keçirəcəyik, beş, ya da on nəfər “ən yaxşı tamaşaçı” seçəcəyik və onlara hədiyyələr bağışlayacağıq. Bunların hamısı ruhlandırıcı hədiyyələrdi: həm bizə dəstəkdi, həm də tamaşaçılarımıza. Əgər filmlərimiz çox olsa, yəqin ki, festivala qədər həftədə bir dəfə yox, daha tez-tez nümayişlər təşkil elədik və bunu festivaldan sonra da davam edəcəyik.
 
 
 
 
- Dediniz ki,  nümayiş olunan filmlər beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif mükafatlar almış və hüquqları qorunan filmlərdi. Onları necə əldə eləyirsiz?
 
 
- Bu sahə üzrə işləyən adamlar var - "sales agent"lər (satış agentləri - red). Onlarla əlaqə saxlayırıq. "Sales agent"lər razı olmasalar, rejissor dostlara müraciət edirik vən onlar bizim dadımıza yetişirlər. Deyirik ki, nümayiş üçün ödəməyə pulumuz yoxdu, çünki birinci dəfədir və maliyyə baxımdan sıfırdayıq. Kinosevərlər, dostlar bizə  yox demirlər, çünki rejissor həmrəyliyi və kino sevgisi var.  Sadəcə bir problem var: çox istəyərdim ki, festivaldan öncə göstərdiyimiz filmləri Azərbaycan dilində subtitrlərlə göstərək. Ancaq maliyyəsizlik ucbatından onları tərcümə eləyib yaza bilmirik və ingilis subtitləri ilə göstərməyə məcbur oluruq. Ona görə də birinci nümayişimizdə ingilisdilli insanlar da vardı. İtalyan filmi olduğuna görə Bakıdakı İtalyan mərkəzindən -"Centro İtalia"-dan də gəlmişdilər. Hətta onlar bizim "event"-i bölüşmüşdülər və bizə dəstək olmuşdular. Əslində, bu çox yaxşı haldı. Çünki o gələnlər də bizə öz bildikləri maraqlı filmləri təklif eləyirlər, belə-belə çərçivə genişlənir. Biz həm tamaşaçı, həm də insan qazanırıq, həm onlar bizim rəğbətimizi qazanırlar, həm də biz onların rəğbətini. Elə filmlər var ki, toxunduqları problemlər bizim ölkə ilə səsləşir. Onları gətirməyə çalışırıq ki, tamaşaçıya baxmaq maraqlı olsun.  Alındıra bilsək, filmlərin rejissorları ilə online dialoq qurmaq, ya da filmlərdə qaldırılan mövzular üzrə mütəxəssislər dəvət edib müzakirələr təşkil etmək istəyirik. 
 
 
- Söhbətimizin əvvəlində dediniz ki, festival çərçivəsində ustad dərsləri də olacaq. Pavel Lozinskidən başqa kimlər dəvət olunub? 
 
 
- Pavel Lozinski sənədli filmlər haqqında danışacaq.  Ondan başqa Berlin Film Festivalının münsiflərindən biri, həm də Dünya Film Fondunun əməkdaşı İsona A. Font olacaq. İstəyirik ki, bu, həm Dünya Film Fondunun təqdimatı olsun, həm də fondla bağlı mühazirə. Onun özünə də çox maraqlıdı. O dərəcədə ki, biz maliyyə tapmasaq, öz hesabına gəlmək istəyir. Çox güman ki, bir də beynəlxalq  Doc Alliance Films platformasının şöbə müdiri, çexiyalı Diana Tabakovun  mühazirəsi olacaq. Paralel olaraq “İmagine” bölməsində ustad dərsləri keçiriləcək, performanslar göstəriləcək. Cüzeppe Tornatore ilə işləmiş səs dizayneri filmlərdə səsdən istifadə haqqında danışacaq. Başqa mütəxəssislərin mühazirələri də nəzərdə tutulub. Hələlik danışıqlar gedir.
 
 
- Əməlli başlı kino bayramı hazırlayırsınız. 
 
 
- Bəli, bu bayramdır. İstəyirik, nümayişlərdən sonra konsertlər olsun, underground qruplar, ifaçılar çıxış eləsinlər.
 
 
- Festivalla bağlı demək istədiyiniz başqa nəsə varmı? 
 
 
- Demək istədiyim... Heç kimdən əl açıb kömək istəmirəm. Sadəcə bacaran hər kəs dəstək olsa, sevinərik.  Və əlbəttə, istərdim ki, yerli rejissorlar öz filmlərini göndərsinlər, bu barədə daha çox insan xəbər tutsun, iştirak etmək istəyənlər daha çox olsun. İstərdim ki, peşəkar rejissorlarımız büdrəməyimizi, yıxılmağımızı gözləməsinlər. Əgər bacarırsınızsa, dəstək olun. Həyatdı, başımıza hər şey gələ bilər. Nə qədər ki sağıq, nə qədər ki, içimizdə bu sevgi var, bir-birimizə mütləq dəstək olmalıyıq. Oturub gözləsək ki, kimsə gəlib bizim üçün festival keçirəcək, ya yaxşı kino çəkəcək, ya yaxşı kinoşünas olacaq, ya yaxşı tamaşa quracaq, mədəniyyəti inkişaf etdirəcək, heç vaxt heç nə olmayacaq.  Əslində bunu hər kəs özü bilir, ancaq bir dost kimi xatırlatmaq istədim.  Və nəhayət, komandamızdakı insanların hər birinə öz təşəkkürümü bildirmək istəyirəm. Nə yaxşı ki, belə işıqlı insanlar var. Onların arasında sən daha çox işıq saçmağa başlayırsan, çünki onlar var. Bu, çox vacibdi.  Mən bu işığı bütün insanlardan gözləyirəm.
 
 
 
 
- İmam, festival çox gözəl bir təşəbbüsdü, amma siz həm də yaradıcı insan, sənədli filmlər çəkən rejissorsunuz. Film layihələrinizlə vəziyyət necədi? Bildiyim qədər “Səbət” adlı yeni bir layihəniz vardı.
 
 
- Əslində bu layihəyə çox həvəslə başlamışdım, uğur işartısı da vardı. Məsələn, “Hubert Bals Fund” adlı kino fondunun müsabiqəsində 202 layihənin içindən seçilib on beşliyə düşmüşdü. Ssenari üzərində işi (development-red) davam etdirməkdən ötrü vəsait ala bilmək üçün səkkizliyə düşməliydi, keçmədi. Ya prodüserim kifayət qədər yaxşı deyildi, ya da mən hardasa səhv buraxmışdım. Yaxud prodüserim inkişaf etmiş ölkələrin birindən olsaydı, bəlkə layihəyə daha çox diqqət yetirərdilər, çünki xaricdə adlar çox vacibdi. Bir alman xanım prodüseri vardı. Bütün işlərimiz yaxşı gedirdi, amma mən ona aşiq oldum və deyəsən, bir az ağ elədim. O da dedi ki, burda dayansaq, yaxşıdı. Əməkdaşlığımız da dayandı. Yəni ssenari orda ilişib qaldı, mən də ilişdim, depressiyaya düşdüm. Zaman, məkan, yaşadıqlarımız... Vaxt keçir və sən heç nə eləyə bilmirsən, heç nəyin yoxdu. Indi rumıniyalı rejissor-ssenarist dostumla işləmək istəyirəm, qoy, səhvlərim varsa, düzəltsin. Əslində, doğru zaman, düşüncə yetişməlidi ki, “aha, vaxtı çatdı, başlayım” deyəsən, ya da hansısa filmdən, yaxud elə adi həyatdan, ya da aşiq olub, sevdiyin qadından ilham alasan. Yəqin ki, mən hələ o layihəni işləməyə tam hazır deyiləm. Ancaq başqa ssenarilərim var. Hazırda bir ideya üzərində işləyirəm. Nə olduğunu deməyəcəm, amma çox incə və əcaib bir mövzudu. Bəlkə bütün dünyanı şoka salacaq bir şeydi, özüm eşidəndə sarsıldım. Mənə kömək eləyəcək adamı gözləyirəm, gələn kimi gedəcəyik kəşfiyyata. Maliyyəmiz yoxdu, ancaq hər şeyimi meydana qoyub, kamera, səs avadanlıqları tapıb çəkəcəm. Sonra da fondlara müraciət eləyib borclarımı qaytaracam. Bir də “Əsa” teatrında tamaşa qoymağa hazırlaşıram. Sentyabr üçün hazır eləmək istəyirik. Hələki belə.. Mən əlimdən gələni eləyirəm, həyat nə göndərsə, sürpriz olacaq. Vim Vendersin “Palermoda çəkiliş” adlı bir filmi var. Orda da baş qəhrəman eyni problemləri yaşayır, həyatın mənasını axtarır, üstəlik ölüm də onu izləyir. Sonda ölümlə üzbəüz qalır. Ölüm ona deyir ki, insanlar məni çox eybəcər təsvir eləyirlər, qorxurlar, halbuki mən elə sizin simanızdayam, içinizdəyəm. Ölümdən qorxmaq lazım deyil, sadəcə rahat yaşamaq lazımdı. Onda görəcəksən ki, zaman necə yavaş keçir. Çox gözəl filmdi. Ona baxandan sonra fikirləşirəm ki, doğrudan da, vaxt daraldıqca adam özünü itirir, gələcək, daha doğrusu, ölüm üzərimizə ox kimi gəlir, bizə nə vaxt sancılacağını, öldürəcəyini heç kim bilmir. Ona görə də sadəcə rahat yaşamaq lazımdı. Qoy, zaman rahat keçsin. Həyatdan zövq alaq, filmlərə, tamaşalara baxaq.
 
 
Mənbə: Müəllif: Aygün Aslanlı
Xaricdə, hər, kəs, bizdəki, kinofestivallar, barədə, soruşanda, utanırdım...,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı