Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 11:53 39 nəfər oxuyub
 
Xarici ticarət əməliyyatlarının həcmi 16 milyardı ötüb
GÜNDƏM Xəbəri
Xarici ticarət əməliyyatlarının həcmi 16 milyardı ötüb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 mlrd. 012 mln. 583 min dollar təşkil edib.

 

Xeber365.com bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. Qurumun açıqladığı statistikaya görə bu, ötən ilin müvafiq dövrünə nisbətən 13,13 faiz çoxdur.

 

 

Bu ilin on ayında idxal əməliyyatları 6 mlrd. 958 mln. 381,25 min dollar olub ki, bu da 2016-cı ilin 10 ayı ilə müqayisədə cüzi artım deməkdir.

 

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 9 mlrd. 054 mln. 201,75 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 25,82 faiz çoxdur.

 

Nəticədə 2 mlrd. 095 mln. 820,50 min dollar məbləğində müsbət saldo yaranıb. Başqa sözlə, illik müqayisədə xarici ticarət üzrə müsbət saldo 8,8 dəfə artıb.

 

 

 

 

 
Mənbə: Müəllif:
Xarici, ticarət, əməliyyatlarının, həcmi, 16, milyardı, ötüb,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı