Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 11:11 40 nəfər oxuyub
 
Xocalı soyqırımı Los-Ancelesdə anılıb
GÜNDƏM Xəbəri
Xocalı soyqırımı Los-Ancelesdə anılıb

Los Ancelesdə Xocalı və  Holokost soyqırımları anılıb.

 

Bu barədə Xeber365.com-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat daxil olub.

 

 

Məlumata görə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin yəhudi mənşəli əməkdaşlarının yaratdığı “Bir Ürək Xilas Et” Fondunun birgə təşkilatçılığı ilə Nasist Almaniyasında yəhudilərə qarşı soyqırımının (Holokost) başlanğıcı hesab edilən, 1938-ci ilin “Kristal Gecə”sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

 

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, 20-ci əsrdə iki dəfə soyqırıma məruz qalmış Azərbaycan xalqının yəhudiləri yaxşı anladığını və Holokost faciəsi ilə bağlı yəhudi xalqının ağrılarını duya bildiyini qeyd edib. 1918-ci ilin Mart Soyqırımı haqda məlumat verən baş konsul, bu soyqırımı zamanı erməni daşnaklarının bolşeviklərlə əlbir olaraq on minlərlə mülki Azərbaycan vətəndaşını amansızlıqla qətl etdiklərini, bu soyqırımı faktlarının 1919-cu ilin “Nyu York Times” qəzeti də daxil olmaqla müstəqil mənbələr tərəfindən təsdiqləndiyini, eləcə də Qubada həyata keçirilən soyqırımı zamanı erməni daşnaklar tərəfindən azərbaycanlılar ilə yanaşı yəhudilərin də qətliama məruz qaldıqlarını diqqətə çatdırıb.

 

 

Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin bununla bitmədiyini qeyd edən baş konsul N.Ağayev, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, tədbir iştirakçılarını 1992-ci ilin Xocalı Soyqırımı haqda da məlumatlandırıb. Baş konsul bildirib ki, bu faciə tarixini və Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı çoxəsrlik qardaşlıq münasibətlərini nəzərə alaraq, hər iki xalq dünyada belə faciələrin bir daha təkrarlanmaması üçün birlikdə səylər göstərməlidir.

 

 

Holokost barədə danışan N.Ağayev həmçinin qeyd edib ki, II Dünya Müharibəsi dövründə Azərbaycan Avropadan qaçan on minlərlə yəhudiyə qucaq açaraq, onları bu soyqırımından xilas edib.

 

 

 

 

 

 

 

Mənbə: Müəllif:
Xocalı, soyqırımı, Los-Ancelesdə, anılıb,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı