301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
23 Fevral 2021 - Çərşənbə axşamı 11:20 140 nəfər oxuyub
 
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Elçibəy İnstitutunun Açıqlaması
BAXIŞ Xəbəri
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Elçibəy İnstitutunun Açıqlaması

 Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Elçibəy İnstitutunun Açıqlaması

 

   Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı xalqımıza qarşı həyata keçirilmiş Xocalı soyqırımından 29 il keçir. Gələn il XX əsrin bəşəriyyətə qarşı işlənən ən dəhşətli cinayətlərindən biri olan bu hadisənin 30 ili tamam olacaq. 1992-ci il fevralın 26-da baş vermiş hadisə zamanı döyüş zonasından kənarda 613 nəfər dinc sakin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. 487 nəfər şikəst olub, 1275 nəfər mülki şəxs- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə məruz qoyulub. 150 nəfərin taleyi hələ də məlum deyil.

 

    Xocalı qətliamı baş verdiyi ilk vaxtlardan Azərbaycan milli dövlət orqanları və müstəqil beynəlxalq Hüquq müdafiə təşkilatları tərəfindən soyqırım aktı kimi qiymətləndirilib. Hadisənin ilk müstəqil beynəlxalq ekspertizasını həyata keçirən, Azərbaycana dost münasibətdə olmayan, Qarabağ münaqişəsinə münasibətdə açıq ermənipərəst mövqe tutan D.Saxarov adına Memorial təşkilatının 1992- ci ilin mart-iyun aylarında hazırladığı rəydə törədilən hadisədə genosid əlamətlərinin müəyyən edildiyi qeyd olunub. Azərbaycan Xalq Cəbhəsi və Müstəqil Azərbaycan Deputat Blokunun səyi və iştirakı ilə Azərbaycan Ali Sovetinin “Azərbaycan Respublikasının Qarabağın dağlıq hissəsində vəziyyət, Xocalı genosidi və respublikada ictimai-siyasi şərait haqqında” 25 mart 1992-ci il tarixli qərarı ilə “1988-ci ildən başlayaraq Ermənistan ərazisindəki tarixi torpaqlarından, sonra isə Azərbaycan Respublikasının Qarabağın dağlıq hissəsindən milli mənsubiyyətinə, yəni yalnız azərbaycanlı olduqlarına görə dinc əhalinin qovulması, insan hüquqlarının pozulması, Qarabağın dağlıq hissəsində: Malıbəylidə, Qaradağlıda, Meşəlidə, Kərkicahanda və digər yaşayış məntəqələrində, xüsusilə Xocalı şəhərində minlərlə dinc əhalinin, qoca, qadın və uşaqların ən dəhşətli, amansız üsul və vasitələrlə kütləvi qırğını ilə nəticələnən Ermənistan Respublikasının düşünülmüş hərəkəti genosid kimi qiymətləndirilib”, bu barədə beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət qəbul edildi. Həmin soyqırımda Müstəqil Dövlətlər Birliyinin ordu hissələrinin iştirakı xüsusi qeyd olundu. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırım hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün səlahiyyətli deputat istintaq komissiyası yaradılıb, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və toxunulmazlığını, Qarabağın dağlıq hissəsinin əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbir görməmiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi və onların ciddi cavabdehliyə cəlb edilməsi tələb olundu. Həmin qərarla yaradılmış deputat istintiq komissiyasının materialları hadisənin, xüsisilə dinc əhalinin döyüş zonasından kənarda xüsusi vəhşilik və qəddarlıqla qətl edilməsi, meyitlər üzərində zorakılıq aktı hərəkətlərinin ermənilər tərəfindən qəsdən törədilməsini toplanmış təkzibedilməz, açıq- aşkar dəlillərlə sübut etmiş, ermənilərin və onların havadarlarının özlərini müdafiə etmə cəhdlərinin əsassızlığını ortalığa qoymuşdur. 17 fevral 1993- cü ildə Dağlıq Qarabağda, o cümlədən Xocalıda Soyqırımı hadisələrinin təfsilatını araşdıran deputat istintaq komissiyasının işi yekunlaşdırıldı. Bununla əlaqədar keçirilmiş xüsusi iclasın qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisi Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırım hadisələrinin təfsilatını araşdıran deputat istintaq komissiyasının məlumatını dinləyərək Xocalıda baş vermiş hadisələrin Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 25 mart tarixli qərarı ilə soyqırımı kimi qiymətləndirilməsini təsdiq edib, məhkəmə istintaqının aparılması üçün Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını araşdıran Deputat istintaq komissiyasının topladığı təhqiqat materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildi. Həmin qərarla Baş Prokurorluğa tapşırıldı ki, Xocalı hadisələri ilə əlaqədar aparılan cinayət işinin istintaqının təşkili və gedişi barədə bir həftə ərzində, sonra isə ayda bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə məlumat versin. Bundan əlavə Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları və millətlərarası münasibətlər, Xarici işlər komissiyalarına tapşırıldı ki, Xocalı soyqırımı barədə həqiqətləri Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə çatdırsınlar. Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komissiyasına tapşırıldı ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 169-cu maddəsinə əlavə edilməsi barədə deputat istintaq komissiyasının təklifini Milli Məclisin müzakirəsinə versin; Azərbaycan Respublikasının hökumətinə tapşırılsın: deputat istintaq komissiyasının təklifini nəzərə alaraq Xocalı soyqırımında həlak olanların xatirəsini əbədiləşdirmək üçün xatirə abidəsinin qoyulması yerini və müddətini müəyyənləşdirib inşasını təmin etsin; Xocalı soyqırımı ilə əlaqədar daimi yaşayış yerlərini tərk etmiş və ailə başçılarını itirmiş məcburi köçkünlərin maddi və mənəvi tələbatını müntəzəm öyrənib hərtərəfli təmin etmək üçün tədbirlər proqramı hazırlayıb həyata keçirsin.

  1993- cü ilin iyun ayında Azərbaycanda hərbi qiyam nəticəsində baş vermiş siyasi dəyişiklikdən sonra hakimiyyətə gəlmiş qüvvələrin Xocalı soyqırımı hadisəsindən öz daxili siyasi məqsədləri və opponentlərinə qarşı mübarizədə istifadə hallarına baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətin ölkədə, dünyada tanıdılması üçün mühüm tədbirlər də həyata keçirilmişdir. 1994- cü ildə Xocalı gününün keçirilməsi haqqında AR Prezidentinin fərmanı verilmiş, hər il Xocalı yürüşlərinin keçirilməsi, tədris müəssisələrində, təşkilatlarda bu hadisənin qeyd olunması, bu mövzuda elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin keçirilməsi, məktəblərdə tədris proqramına daxil edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində geniş təbliğ və tətbiq olunması qeyd edilməlidir. Xarici ölkələrdə aparılan “Xocalıya ədalət” kampaniyasının səmərəli nəticələri vardır. Xocalı hadisəsinin hər il dövlət tədbirləri səviyyəsində, dövlət rəhbərliyinin iştirakı ilə qeyd olunması bu məsələnin diqqət mərkəzində saxlanmasında diqqətəlayiq cəhətlərdəndir. Nəticədə dünyanın bir sıra ölkələrinin parlamentlərində, özünüidarə orqanlarında Xocalı soyqırımının tanınması baş tutmuş və bu proses davam edir.

 

   Keçən müddətdə Xocalı soyqırımı üzrə cinayət işi materialları əsasında hazırlanmış mürəciətlərin baxılmaq üçün beynəlxalq təşkilatlara, o cümlədən Avropa insan Haqları Məhkəməsinə göndərilməsi də qeyd olunmalıdır. Qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edildikdən sonra Xocalı soyqırımı üzrə cinayət işi AR Baş prokurorunun 30 mart 2009-cu il tarixli əmrinə əsasən, respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin tərkibində Xüsusi istintaq şöbəsi yaradılaraq yuxarıda göstərilən cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilib. Həmin Xüsusi istintaq şöbəsi tərəfindən beynəlxalq hüquq normalarına uyğun soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılıb, nəticədə 2011-ci il yanvarın 1-dək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və digər cinayətlər törətmiş 48 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb. Məhkəmə qərarlarına əsasən, onların barəsində həbs qəti imkan tədbiri seçilib, axtarış elan edilib, bununla bağlı müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin olunub.

 

   Cinayət işi araşdırlarkən müəyyən edilib ki, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, keçmiş müdafiə naziri Sehran Ohanyan Xocalı soyqırımının birbaşa təşkilatçıları və iştirakçılarıdır. S.Sarkisyan mətbuata açıqlamalarında azərbaycanlılarda qorxu, vahimə yaratmaq məqsədilə Xocalı soyqırımını törətmək ideyasının ona məxsus olduğunu təsdiq və etiraf edib. Hazırda Azərbaycana qarşı terrorçuluq fəaliyətini davam etdirən qondarma “Artsax”ın Təhlükəsizlik Şurasının rəhbəri V. Balasanyan və qeyriləri də Xocalı cinayətkarları arasındadır. Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməyib. 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxslər kimi istintaqa cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs qəti imkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna göndərilib.

   Lakin 1993-cü ildən sonra Xocalı soyqırımı hadisəsinə görə qaldırılmış cinayət işi məhkəməyə göndərilmək üçün hazır və bu cinayətin kimlər tərəfindən təşkil olunub, həyata keçirilməsinin məlum olmasına baxmayaraq, yekunlaşdırılmamış qalmaqda, əsassız olaraq uzadılmaqda davam edir. 30 il keçməsinə baxmayaraq XX əsrdə müddətin keçməsinin şamil edilmədiyi insanlıq əlehinə törədilmiş ən qəddar cinayətlərindən biri olan Xocalı soyqırımına görə hələ də məhkəmə hökmü və təqsiri məhkəmə hökmü ilə təsdiq edilmiş bir təqsirkar belə yoxdur.

 

    Xocalı hadisələrinin beynəlxalq hüquq tərəfindən soyqırım cinayəti aktı kimi tanınmasının hüquqi nəticələrinin müstəsna əhəmiyyətini qəbul edərək və buna nail olmaq üçün beynəlxalq məhkəmə və tribunallarda baxılması və qərar çıxarılmasına nail olmaq istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyətini qəbul edərək, Elçibəy institutu Xocalı hadisəsinin təqsirkarlarının Azərbaycan milli məhkəməsində mühakimə edilməsi və müvafiq hökm çıxarılmasını mümkün və zəruri hesab edir. Qüvvədə olan beynəlxalq hüququn soyqırım cinayətlərinə görə əsas mənbəyi olan “Genosid cinayətinin qarşısının alınması və cazalandırılması haqqında” Konvensiyanın 6- cı maddəsinə görə “Soyqırımında, yaxud 3-cü maddədə sadalanan əməllərdə ittiham olunan şəxslər həmin əməllərin törədildiyi dövlətin ərazisindəki səlahiyyətli məhkəmədə, yaxud yurisdiksiyası onun yurisdiksiyasını tanımış bu Konvensiya Tərəflərinə şamil olunan beynəlxalq cinayət məhkəməsində mühakimə edilməlidirlər”. Beləliklə Azərbaycan Məhkəməsi Xocalı soyqırımı üzrə toplanmış istintaq materialları əsasında məhkəmə prosesi təşkil etməli,əgər təqsirli şəxs qismində cəlb edilmiş şəxslərin məhkəmədə birbaşa iştirakını təmin etmək obyektiv səbəblərdən mümkün deyildirsə, bu məhkəmə onların iştirakı olmadan keçirilməli, prosesin tam şəffaf olması təmin edilməli, bu məqsədlə ittiham edilən şəxslərə hər cür müdafiə şəraiti və imkanları yaradılmaqla, beynəlxalq hüquq ictimaiyyəti arasında tanınan mütəxəssis və ekspertlərin iştirakı təmin edilməlidir.

 

  Elçibəy İnstitutu hesab edir ki, 2020- ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin erməni təcavüzkarları üzərində qazandığı qələbə, işğalçılara, terrorçulara, qadın və uşaq qatillərinə vurduğu sarsıdıcı zərbə Xocalı qurbanlarının qisasının alınması, bu məsələdə ilahi və tarixi ədalətin təcəllisi kimi qəbul olunduğu kimi, Xocalı Məhkəməsinin ədalətli hökmü də bu baxımdan anlamlı və əhəmiyyətli olacaqdır.

 

 

 

Mənbə: Müəllif:
Xocalı, soyqırımının, 29-cu, ildönümü, ilə, əlaqədar, Elçibəy, İnstitutunun, Açıqlaması,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Hər bir türkün minnətdarlıq və sevgi ilə andığı Böyük Türk...
“Barmaq basmaq”dan “düymə sıxmağ”a gələn yol...
AY Partiya Başqanı: "Rusiyanın düzələcəyinə ümidi azdır"
Anar Əsədli: “Öz ərazisində əmin-amanlığı təmin edə bilməyən...”
Anar Əsədli: "Səfir dediyin Azərbaycan xalqı adından danışa bilərmi"
Anar Əsədli: “Rusiya burada sahib deyil, tərəfdir”
Politoloq: Zəngəzur dəhlizində Rusiyanın da marağı var
Oqtay Qasımov:"Balasanyanın həbsi prinsip məsələsi olmalıdır!"
Anar Əsədli: "Zəfəri siyasi həyatımıza inersiya edək"
Səngər qazıntısından rahatsız olanlara
"Meyit alverçisi”ndən növbəti terror siqnalı
Dövlətə inam əsasdır!
Abutalıbın ümidinə qalan Rusiya
Nail Çelebi: ‘‘Kafkasya’da güçlenen Azerbaycan ve dengeleyici güç Türkiye var’’
Bəhrəm İsmayılov: “Sülhməramlıların fəaliyyət və səlahiyyətlərinin sərhədlərini biz müəyyənləşdirməliyik"
"44 günlük Vətən savaşının qürurlu anları" - "Səsimizi dünyaya çatdırdıq"
AY Partiyası başqanından Türkiyə-Azərbaycan əməkdaşlığına dair yeni təkliflər
Saatın əqrəbləri xeyrimizə işləyir
Anar Əsədli: “Sizi xristian təəssübkeşliyiniz çökdürəcək”
Anar Əsədli: “İnterpol axtarışda olan Araiki niyə Moskvada həbs etmədi?”
Qarabağın taleyi
Anar Əsədli: "Muxtariyyət söhbətlərinin müzakirəsi zərərlidir"
E.Mirzəyev: "İlham Əliyev milli liderə çevrilib"
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı