Xəbər haqqında
03 Dekabr 2017 - Bazar 15:11 132 nəfər oxuyub
 
Yəməndə üsyançılar telekanalın binasını ələ keçirdilər
DÜNYA Xəbəri
Yəməndə üsyançılar telekanalın binasını ələ keçirdilər

Yəmənin "Ənsərullah" (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan "Yemen El-Yevm" telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.

 

Xeber365.com  Report-a istinadən bildirir ki, bu barədə "Yemen El-Yevm" telekanalının əməkdaşı "Anadolu" agentliyinə xəbər verib.

 

O, bildirib ki, telekanalın mühafizəçiləri ilə husilər arasında baş vermiş atışma zamanı üsyançılar telekanalın binasını partladıblar.

 

"Yemen El-Yevm" saytı isə xəbər verib ki, telekanalın yayımı dayandırılıb.

 

Husilər həmçinin "Yemen.net" internet provayderinə də nəzarəti ələ alıblar və sabiq prezident Əli Abdullah Salihə məxsus portalın xəbərlərinə girişi məhdudlaşdırıblar. 

 

Mənbə: Müəllif:
Yəməndə, üsyançılar, telekanalın, binasını, ələ, keçirdilər,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı