Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 19:28 33 nəfər oxuyub
 
Yaponiya Azərbaycanda təhsil sahəsinə yardım edəcək
DÜNYA Xəbəri
Yaponiya Azərbaycanda təhsil sahəsinə yardım edəcək

"Azərbaycanla təhsil, turizm, kənd təsərrüfatı və digər alternativ sahələrdə əməkdaşlığı genişləndirməyə çalışacağıq".


 
Xeber365.com
APA-ya istinadən bildirir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib. Azərbaycanın bir çox sahələrdə  inkişaf etdiyini söyləyən səfir bildirib ki, Yaponiya və Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələri daha da inkişaf edib və bundan sonra da bu əməkdaşlıq davam etdiriləcək.


 
T. Katori qeyd edib ki, Yaponiya bundan sonra Azərbaycanda bacarıqlı insan resurslarının yetişdirilməsinə, təhsil sahəsinə yardım edəcək: "Yaponiya ilə Azərbaycan arasında kino sahəsində əməkdaşlıq üçün isə yeganə maneə dildir. Gələcəkdə Azərbaycanda ingilis dilini bilən insanların sayı çoxalsa, yapon filmlərinin Azərbaycana daxil olması mümkün ola bilər".

Mənbə: Müəllif: XƏBƏR365
Yaponiya, Azərbaycanda, təhsil, sahəsinə, yardım, edəcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı