301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
21 Yanvar 2015 - Çərşənbə 07:57 1238 nəfər oxuyub
 
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
Bolonya sistemi Avropanı birləşdirmək üçündü. Mənim bu barədə çoxlu məqalələrim var. “Azərbaycan Bolonyanı unudub, bu sistemə qoşulmaq lazımdı” deyə hay-küyü bir zamanlar mən qaldırmışdım. O vaxt Avropa Şurası “Country report” adlı bir məruzə istədi- yəni ölkədəki vəziyyətin təhlili.
MÜSAHİBƏ Xəbəri

 

Müsahibimiz Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlıdı. Hamlet müəllim rəhbərlik elədiyi təhsil müəssisəsi, Azərbaycanda elm və mədəniyyətin hazırkı vəziyyəti və dünyanın gündəmində olan aktual mövzularla bağlı suallarımızı cavablandırır. 

 

-    Hamlet müəllim, Xəzər Universiteti  -Azərbaycan mustəqilliyini elan etdikdən qısa müddət sonra fəaliyyətə başlayan bir neçə özəl universitetlərdən biridi. Bu müddət ərzində nəinki rəqiblərini geridə qoyub, hətta günü gündən böyüyür. Dünya məktəbi, kitabxana.. 
-    Kampus tikmişik. Orda olmusuz?
-    Yox, amma kadrları gördüm. Doğrusu, kitabxananın dizaynına valeh oldum. Başqa nələr var və nələr olacaq?  
-    Universitetin böyüməsi həm də elmi-yaradıcı gücünün artması və maddi bazasının genişlənməsi deməkdi. Bizim hazırda yeddi binamız var: ikisi burda- indi olduğumuz yerdə, biri şəhər mərkəzində. Dörd dənə də yeni kampus tikirik- biri səkkiz, biri altı, biri də dörd mərtəbəli olacaq. İdman kompleksimiz olacaq. Orda üzgüçülük hovuzu, basketbol meydanı, güləş və digər döyüş növləri üçün salonlar nəzərdə tutmuşuq. Yeni tikilən binalardan biri uşaq bağçası üçündü, biri ibtidai, biri də orta məktəb üçün. Orda həm də laboratoriyalar quracağıq. Əcnəbi müəllimlərimizin yaşaması üçün də yer düzəltmişik. Faktiki olaraq, ilk baxışda universitetimizin funksional fəaliyyəti üçün bütün şərtlər var. Amma bunlarla kifayətlənmirik, daha da genişlənmək istəyirik. Əgər bizim toplantılarımızda iştirak etsəniz, yalnız narazılıq eşidərsiniz. Çünki keyfiyyətli nəticə əldən etməyin yollarından biri kiçik də olsa, gözə görünən nöqsanları aradan qaldırmaqdı. 
-    Mətbuat konfransında universitetin maddi büdcəsindən danışanda dediniz ki,  nə vaxtsa imkanlı insanların da təhsil sahəsinə diqqət yönəldəcəyinə ümid eləyirsiz. Azərbaycanda belə insanlar heçmi yoxdu, yoxsa onlara mane olan nəsə var?
-    Azərbaycanda imkanlı insanlar var və onlar qətiyyən insafsız deyillər. Sadəcə biz elə bir dövr yaşamışıq ki, orda həm qanunlar, həm də digər baxımdan insanların böyük xeyriyyəçi işlər görmələrinə mane olublar. Onda “sən bu pulu hardan almısan, necə almısan” deyə suallar və qorxular vardı. Amma düşünürəm ki, bu sürətlə dəyişəcək. Artıq dəyişir. Bəzi imkanlılar, böyük pullarla yardım eləməsələr də,  müəyyən işlərimizə kömək eləyirlər. 
-    Dünyanın başqa yerlərində bu tip fəaliyyətlər qanunla tənzimlənir, xeyriyyəçilər vergilərdən azad olunur...
-    Doğrudu, bizdə də olacaq. Bu yaxınlarda Diplomatiya Akademiyasının rektoru ilə bu məsələni müzakirə eləmişik, təkliflərimizi Milli Məclisə göndərmək istəyirik ki, insanlar vergi güzəştləri hesabına universitetlərə yardım edə bilsinlər. Mən bir az nikbinəm. İslahata meylli insanlar həmişə tələsirlər, nəticə görməyə, hər şeyi irəli dartmağa çalışırlar. Dövlət isə həmişə bir az sabitlik istəyir. Dövlət bir az mühafizəkardı. Ola bilsin, biz başqa ölkələrdən daha çox mühafizəkarıq. Bununla belə gözümüzün qarşısında bəzi dəyişikliklər, yeniliklər baş verir. Məsələn,  xeyli vaxtdı deyirdik ki, pulu məktəblərə yox, tələbələrə verin, onları maliyyələşdirin. İndi Xəzər Universitetində tələbə gəlib pulsuz oxuya bilir. Magistraturada da, bakalavrda da. İmtahandan yüksək bal topla, dövlət sənin pulunu ödəyəcək. Düzdü, o, istədiyimizdən az pul verir, amma biz etiraz etmirik, çünki universitetimizə çoxlu savadlı tələbələrin gəlməyini istəyirik. Elə özümüz də  onlara güzəşt eləyirik. Daha bir yenilik: dövlət, universitetlərdən əlavə dəyər vergisini götürdü. Bunun üçün çox çalışdıq, vuruşduq, əlləşdik və  istəyimizə çatdıq. Yəni müəyyən addımlar atılır. Məsələn, indi mən müraciət eləmişəm ki, kampus tikmək üçün bizə əlli hektar yer verin. Cavab gözləyirəm. Ümid eləyirəm ki, müsbət cavab olacaq.  Yaxud bizim təhsil fakültəmiz xeyli müəllimə təlim keçib. Hazırda Xəzər universiteti 90 məktəbin direktoruna və direktor olmaq istəyənlərə  təhsilin idarəetməsi mövzusunda üç aylıq təlim verir. Onların hamısının pulunu dövlət ödəyir.
-    Düzü, mətbuat konfransının mövzusu mənə bir az qəribə gəldi. Siz artıq dunya universitetlərinin reytinq cədvəllərində yeri olan müəssisəsiniz. Yerli mətbuatın bir rəqəm yuxarı, bir rəqəm aşağı yazmağı sizə niyə təsir edib?
-    Məlumat doğru olmalıdı, əks halda insanları çaşdıra bilər. Media bəzən bu məlumatları başa düşmədiyi üçün yanlış verir, bəzən də qəsdən. Ola bilsin ki, sabah biz o reytinq cədvəllərindən çıxaq, çünki bu sahədə böyük rəqabət var. Sabah başqa bir universitet bizdən daha güclü ola bilər. Olsun. Lakin hər şey doğru, olduğu kimi yazılsa, daha yaxşıdı. Bu çox vacibdi.  
-    Təxminən, iki, ya da üç il əvvəl sizinlə bir layihə çərçivəsində söhbət eləmişdik. O zaman Azərbaycan dilinə qarşı laqeyd münasibətdən şikayətlənmişdiz.  Deyəsən, təhsil komissiyasına “Azərbaycan və dünya dillərinin inkişafı” adlı layihə təklif etdiyinizi demisdiz. Necə oldu o layihə?
-    Heç nə olmadı. O vaxt xarici dillərin, xüsusilə də rus dilinin inkişafına kömək məqsədilə bir toplantı keçirilmişdi. Onda biz də “Azərbaycan və dünya dillərinin inkişafı” variantını təklif elədik. Həmişəki kimi heç bir qərara bağlanmadı. Ancaq mən indi də o fikirdə qalıram: Azərbaycan dilinin qayğısına qalmağa çox ehtiyac var. Çıxın, küçələrimizə baxın. Bir çox müəssisələrin, idarə və təşkilatların adı ingiliscə, hətta bəzən türkcə yazılır. Türkiyə dost, qardaş ölkədi, amma bizim “ə” hərfimiz var və ondan istifadə olunmalıdı. Yəni dilin qayğısına qalınmalıdı, əks halda ana dilimiz unudulacaq. Dilçilik dövlətin qayğısını tələb edən sahədi. Düzdü, hazırda Azərbaycan dilində çoxlu kitablar nəşr olunur. Ancaq son vaxtlar ingilis, rus dillərinə rəğbət xeyli artıb. Bu, Azərbaycan dilinin hesabına olmamalıdı. Söhbət təkcə danışıqdan getmir. Azərbaycanlı uşaq birinci sinifdən ingilis, ya da rus dilində oxuyanda bu onun təfəkküründə, millətinə münasibətində özünü göstərir. O, folklorunu başa düşmür,  musiqisini anlamır. Çünki tədris prosesində ona ingilis, rus mahnısı öyrədirlər. Yaxşı olar ki, insan əvvəlcə öz dilini və mədəniyyətini, sonra da  onunla paralel dünyanı öyrənsin. Dünya məktəbinə uşaqlarını gətirən valideynlər bəzən məndən soruşurlar ki, Hamlet müəllim, uşağımızı hansı bölməyə qoysaq yaxşıdı - Azərbaycan, Rus, yoxsa Ingilis?  Deyirəm ki, mütləq Azərbaycan bölməsinə qoyun. Çünki Azərbaycan bölməsində ikinci dil ingilis dilidi. Bakıda böyüyən uşaq rus dilini də öyrənəcək. İmkan verin, övladınızda yaxşı bir ruh olsun, cəmiyyət içində, ya da dağlara gedəndə, ya da kitab oxuyanda özünü yaxşı hiss eləsin. Dil öyrənmək problem deyil, amma insan kimi formalaşmaq ağır prosesdi. 
-    Xəzərdə Azərbaycan dilinin inkişafı üçün nələr edilir? 
-    Burda çox iş görülür. Hər yerdə olduğu kimi burda da Azərbaycan dili fənni var. Amma biz bu fənni başqa cür qurmuşuq, Azərbaycan dilində gözəl yazmaq öyrədirik. Yazmağın üslubları var: adi dəftərxana dili, qəzet dili, yaradıcı yazı, esse, akademik yazı. Bunların hamısı haqqında məlumat veririk. Bundan əlavə Xəzər yeganə ali məktəbdi ki, Azərbaycan ədəbiyyatı məcburi fəndi. Heç bir ali məktəbdə belə şey yoxdu. Biz bu fənni, uşaqların düşüncəsini və dilini inkişaf etdirmək üçün proqrama daxil eləmişik. Uşaqlar mütləq Nizaminin “Xosrov və Şirin”ini, Fizulinin “Leyli və Məcnun”unu, Axundovun əsərlərini oxuyurlar, Vaqifin şeirlərini əzbərləyirlər, XX əsr ədəbiyyatını, müasir ədəbiyyatı öyrənirlər. O fənni bir dəfə mən özüm demişəm. Bu dərsdə müəllimlərə proqrama əlavələr etmək imkanı yaradılır. Məsələn, Ramiz Rövşənin adı varsa,  onun hansı əsərini öyrədəcəyinə müəllim özü qərar verir. 
-    Bəs Ramiz Rövşəndən sonrakı mərhələ? Ondan sonra da Azərbaycan ədəbiyyatı var axı... 
-    Ramiz Rövşəndən sonrakı mərhələ o qədər də tədris olunmur. Əvəzində kitab klubumuz var. Müəllimlər gənc şairləri, yazıçıları dəvət eləyirlər, onlarla tanış olurlar. Çünki ədəbiyyat heç vaxt dayanmır. Amma mədəniyyətin bütün sahələri kimi ədəbiyyatın da renessans dövrü olur. Biz indi qısa zamanda yeni Qara Qarayevin, Fikrət Əmirovun yetişəcəyini gözləyə bilmərik, bu mümkün deyil. Ancaq proses də dayanmır. Mən özüm müasir müəlliflərin əksəriyyətini tanıyıram. Çünki bir neçə il ardıcıl keçirilən Milli Kitab Mükafatı müsabəqisində münsiflər heyətinin üzvü olmuşam və bizə gələn son on əsərin onunu da oxumuşam.Onların hər biri haqqında özüm üçün rəy hazırlayırdım: mən bu bədii əsəri hansı meyarlara görə qiymətləndirirəm? Dili, intriqası, süjeti, bədii dəyəri və sair haqqında yazırdım.  Bunu ona görə eləyirdim ki, sonra müəllif məndən ona niyə, məsələn, doqquz yox, səkkiz bal verdiyimi soruşanda izahım olsun. Qabiliyyətli, istedadlı yazanlar var. Amma yazıçılıq, şairlik inkişaf tələb edir. Çoxlu adamlar olur ki, gənc yaşlarında parlayırlar, sonra isə sönüb gedirlər. Ya da əksinə. Ona görə də gözləmək lazımdı. 
-     İki il əvvəl demişdiz ki, Azərbaycan elmi dəhşətli dərəcədə zəifləyib, mədəniyyətin, təhsilin, hətta ziyalılığın zəifləməyinə səbəb elmin zəifləməsidi. Keçən müddət ərzində fikriniz hansı tərəfə dəyişib? Azərbaycan elmində nə baş verir?
-    Bəlkə cüzi dəyişikliklər baş verib, amma böyük mənada həmin fikrimdə qalıram. Bir misal çəkim: Tehran Universitetinin bir ildə çap etdirdiyi məqalələrin sayı Azərbaycandakı bütün universitetlərin və Elmlər Akademiyasının bütün alimlərinin çap etdirdiyi məqalələrdən beş dəfə çoxdu. Başqa bir misal: Finlandiyanın əhalisi Azərbaycandan iki dəfə azdı. Azərbaycan beş ildə beynəlxalq jurnallarda, təxminən, 2000-2500 məqalə çap etdirib, Finlandiya 80 000. Xahiş eləyirəm, rəqəmlərə fikir verin, fərqə baxın. Heç müqayisə eləmək mümkün deyil. Bu faciədi.
-    Bu nədən irəli gəlir? Dünyada elm inkişaf edir, uçan kometaya cihazlar endirilir. Bu, sanki alimləri inkişafa ruhlandırmalıdı. Amma azərbaycanlı alim dinə meyl edir, mələyin uçma sürətini ölçür...
-    Sovet döründə Azərbaycanda elmi məktəblər yaranırdı. Ancaq o dövrdə də xeyli şişirtmələr vardı. Məsələn, Azərbaycanın bütün riyaziyyatçılarını yığsan, Moskva universitetinin bir kafedrası onlardan daha güclü idi. Bunu demək lazımdı. Ancaq yenə də o vaxt insanlar Moskvaya gedirdilər, oxuyub gəlirdilər. Elm adamının bir qədər nüfuzu var idi, maaşı var idi. Ona görə alim olmaq istəyənlər də çox idi. İndi isə elm nüfuzunu itirib. Hərçənd insanların bir hissəsi yenə də “mən alim olum, diplom alım” xülyası ilə yaşayırlar. Buna görə plagiat baş alıb gedir. Mənim tanıdığım bir adam, ortadan aşağı səviyyəli bir alim deyir ki, bir ildə beş adama eyni mövzuda dissertasiya yazır. Hərəsini 5 dəyişir, adlarını dəyişir, 95 eyni qalır. Hamısı gedir, müdafiə eləyir. Azərbaycanda alim belə yetişir. Elm isə fanatikləri sevir. Necə ki, bir qız bir oğlandan, bir oğlan bir qızdan ötrü ölür. Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü.Ondan dərin və gözəl heç nə yoxdu. 
- Hamlet müəllim, burdan çeynənmiş bir sual yaranır: niyə bizdə belədi? 
-    Tək bizdə belə deyil. Sovet İttifaqı dağılanda dəyərlər də dəyişdi. Sovet hökuməti insanların ayıbını örtmüşdü. Necə ki qar yağanda hər tərəf dümağ olur və altındakı kələ-kötürləri görmürük, sosializm də qar kimi idi. İnsanların pis xasiyyətlərinə, bəd niyətlərinə üzə çıxmağa imkan vermirdi. Çünki insanları imkan dairəsində işlə təmin eləyirdilər. Maaş alırdın, ev alırdın, səni oxutdururdu, səhiyyə də müəyyən dərəcədə var idi. Buna görə də insanlar həyatlarına qismən qane olurdular. Hökumət incəsənətlə, elmlə məşğul olanları da qiymətləndirirdi. Şairin hər misrasına pul verirdi. Düzdü, o şair də sistemi təbliğ eləyirdi... Amma indi şair kitab çıxartmaq üçün özü pul axtarmalıdı. Bu sistem çökəndə hər şey dəyişdi, viran oldu. Mənim bir amerikalı dostum deyir ki, sovetlər təzə dağılanda gəldim, buranı gördüm və artıq başa düşürəm ki, Roma imperiyası dağılanda vəziyyət necə olub. Yəni sosializm sistemi çökəndən sonra dəyərlər dəyişdi, insanlar acgözləşdi. Bu bir tərəfdən pozitivdi- insanlar daha çox qazanmağa, inkişaf etməyə çalışırlar. Ancaq bizdə mənfi istiqamətdə getdi proses. Dəyərlər- ədalət, humanizm, insaf bir az arxa plana keçdi. Belə yerdə isə elm cücərmir.  Lakin ən geridə qalmış cəmiyyətdə, ən böhranlı dövrlərdə belə həmişə parlaq insanlar olub və olacaq. 
-    Siz Azərbaycanda dünyəvi və demokratik təhsil sistemi ilə fərqlənən bir universitetin rektorusuz.  Bu səbəbdən hazırda dünyanın əsas mövzularından biri olan “Şarli Hebdo”ya hücum və karikaturaçıların qətli barədə fikrinizi öyrənmək istəyirəm. Dünyanı bir kənara qoysaq, Azərbaycanda iki münasibət oldu- hadisəni qınayanlar və söz azadlığına təhlükə kimi görənlər. İkinci, günahın karikaturaçılarda olduğunu deyənlər...
-    Bu asan deyil. Birinci, onu deyim ki, terror varsa, insan ölürsə, buna heç cür bəraət qazandırmaq olmaz. Biz də hər şeyi görürük, başa düşürük, qınayırıq, amma gedib heç kimi öldürmürük. İnsan öldürmək qorxunc əməldi, ondan dəhşətli cinayət yoxdu. Birmənalı şəkildə! Bu, işin bir tərəfi.  Digər tərəfdən bir hadisə baş verəndə mütləq səbəblərini araşdırmaq, təhlil eləmək lazımdı. Belə bir şey niyə baş verdi? Mən düşünürəm ki, söz azadlığı, ümumiyyətlə, azadlıq çox gözəl şeydi. Amma  azadlıq “mən hər şeyi edə bilərəm” demək deyil. İnsan- kişi və ya qadın küçədə çılpaq gəzə bilərmi? Halbuki bu da azadlıqdı. Lakin gəzə bilmərik. Çünki yaşadığımız cəmiyyət qarşısında məsuliyyətimiz var. Onun müəyyən dəyərləri var- hətta səhv də olsa, ona qarşı çıxmaq olmaz. Ona görə də kefimiz istəsə belə, küçədə çılpaq gəzmirik. Məsələn, geylər parad keçirirlər. İnsansan, necə istəyirsən, yaşa. Ancaq bunu nümayiş etdirmək nəyə lazımdı? Bununla “mən sizdən yaxşıyam, üstünəm” deyirsən, axı?!
-    Niyə məhz, “mən sizdən yaxşıyam”?  Sadəcə öz yaşamaq hüququnu tələb etmək kimi baxa bilmərikmi?  
-    Yaşamaq hüququndan istifadə eləsin. Ancaq çıxıb nümayişkaranə surətdə insanlara meydan oxumaq, qıcıqlandırmaq, təbliğ etmək yaxşı deyil. Mən düşünürəm ki, bu, cəmiyyətə hücum etməkdi və doğru deyil. Ya da məsələn, mən ateistəm. Ancaq bu o demək deyil ki, inanclı bir adama hücum eləməliyəm. Buna ixtiyarım yoxdu. Eləcə də onun mənə hücum eləməyə ixtiyarı yoxdu. Son hadisələrdə də...  Əgər onlar Məhəmməd  peyğəmbərin karikaturasını çəkməklə milyonlarla insanların özlərini təhqir olunmuş hiss edəcəklərini bilirdilərsə, bunu etməməli idilər. Ola bilsin, belə deyil,  ola bilsin, onların heç kimi təhqir etmək fikri yox idi... Ancaq nəticə budu ki, onlar  həmin karikaturalarla kimlərisə təhqir etmiş oldular, yəni qisasa əsas verdilər. Ekstremist düşüncəli adamlar onlara öldürməklə cavab verdilər. Baxın, mən təhlil elədim. Birinci onu dedim ki, hər nə olur-olsun, insan öldürmək olmaz. Amma izah eləyirəm ki, bunun səbəbi milyonlarla insanın inancını təhqir eləməkləridi. Qafqazlının anasını söyəndə durub səni öldürəcək, bu onun üçün böyük təhqir hesab olunur. Ruslarda isə ana söyüşü adi sözdü. Ona görə də azərbaycanlının anasına söyməməlisən. Bunu nəzərə almaq pis deyil.      
-    Bu hadisəyə Aydın Talibzadə “Avropa daha çox birləşdikcə” adlı məqalə ilə münasibət bildirib və orda baş verənlərin alt qatında dayanan səbəblərdən biri kimi Bolonya sistemini göstərib. O, bu sistemin əslində Avropanı birləşdirmək üçün yaradıldığını, digər insanlara, qeyri-avropalıya qarşı rasizmi təbliğ etdiyini bildirir. Doğrudanmı, Bolonya sistemi bu qədər təhlukəlidi?
-     Aydın müəllimin birinci fikri ilə tamamilə razıyam: Bolonya sistemi Avropanı birləşdirmək üçündü. Mənim bu barədə çoxlu məqalələrim var. “Azərbaycan Bolonyanı unudub, bu sistemə qoşulmaq lazımdı” deyə hay-küyü bir zamanlar mən qaldırmışdım. O vaxt Avropa Şurası “Country report” adlı bir məruzə istədi- yəni ölkədəki vəziyyətin təhlili. Avropa Şurası üçün o mərüzəni mən hazırlamışdım. Bolonya sistemini imzalamaq üçün də 2005-ci ildə Norveçə Misir Mərdanovla mən getmişdim. O sənədi imzalayırdı, mən də məruzə edirdim. Yəni mən Bolonya sisteminin təbliğatçılarından biriyəm. Bəli, Bolonya Avropanı birləşdirən elementlərdən biridi. Avropa Şurası, Şengen zonası, avro kimi... Ancaq Aydın Talıbzadənin fikirlərinin ikinci hissəsi ilə qətiyyən razı deyiləm. Bolonya sisteminin hədəfi təhsilin keyfiyyətini qaldırmaqdı. Deyir ki, bundan ötrü gücümüzü birləşdirməliyik.  Avropanın Bolonyaya qoşulmayan ölkələr üçün də külli miqdarda proqramları vardı və bu gün də var. Avropa bu gün  qonşu ölkələrin təhsil sisteminin, mədəniyyətinin inkişafı üçün böyük maliyyələr sərf eləyir. Deyir ki, mənim dəyərlərim - demokratiya, humanizm və s- doğrudu. Qoy, qonşularımın da onlardan xəbəri olsun. Hazırda Azərbaycan həmin proqramlar üzrə xaricə xeyli tələbə göndərir,  onlardan bizə tələbələr gəlir. Hamısının pulunu Avropa Şurasının xüsusi komissiyası verir. Bolonya sisteminin rasizmə heç bir dəxli yoxdu. Əksinə, Bolonya sistemi Avropanın digər ölkələrlə münasibətlərinin hamarlaşmasına kömək eləyir. 
-Və sonda məni maraqlandıran sual. Universitetin nəzdində animasiya mərkəzi yaradacağınızı demişdiz. Bu layihənin taleyi necə oldu? 
-    Animasiya mərkəzini yaratmışıq. Hətta ola bilsin, bununla bağlı bir ixtisasın tədrisinə də başlayaq. Yavaş-yavaş bu sahəyə daxil olmaq istəyirik. Dünyanın hər yerində partnyorlarımız olduğundan bu sahəni inkişaf etdirmək üçün lazımi mütəxəssisləri gətirmək imkanımız var. Gərəkli bütün texnikanı almışıq. Prinsipcə, məşğul olmaq istəyən olsa, müraciət edib bizimlə işləyə bilər.

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
"Yaradıcılıq, ehtirası, sevgidən, qat-qat, böyükdü",
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı