The document has moved here.
|
||
Yaralıların durumu ilə bağlı TƏBİB-dən açıqlama - Birinin vəziyyəti ağırdır | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.
Bu barədə TƏBİB-dən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib.
2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər. |
||
|
||
Yaralıların, durumu, ilə, bağlı, TƏBİB-dən, açıqlama, -, Birinin, vəziyyəti, ağırdır, |
|