The document has moved here.
|
||
“Yaraşıqlı futbolçulara baxırdım” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Daha bir Avropa Çempionatı tarixə qovuşmaq üzrədir. Bu çempionat yaddaşlarda necə qalacaq, AVRO-2016-nın digər çempionatlardan fərqi nə oldu, final oyununun qalibi kim olacaq? “Xeber365”, bu suallara cavab tapmaq üçün məşhurlara üz tutub, onlardan bir neçə saniyəlik futbol şərhçisi olmağı xahiş etdi. Səslənən fikirləri təqdim edirik:
“AVRO-2016-nın “Yunanıstan”ı Portuqaliya olacaq” Elnur Astanbəyli: “Sadəcə iki, ya üç oyunu izləmək imkanım olmadı. Yerdə qalan bütün oyunlara baxdım, əksəri darıxdırıcı, həyəcan dozası az olan oyunlar oldu. Açığı, mən daha həyəcanlı, qolları ilə göz və könül oxşayan bir çempionat gözləyirdim. Bu mənada AVRO-2016 bir xəyal qırıqlığıdır. Bir neçə saat fərqi ilə təxminən eyni günlərə təsadüf edən Amerika Kubokunun oyunları daha qızğın, texnikalı, sürətli, bol qollu idi, zövq verirdi. Bu çempionat öz darıxdırıcılığına görə mənə 2004-cü ildə keçirilən, Yunanıstanın heç kimin gözləmədiyi halda çempion olduğu Avropa birinciliyini xatırlatdı. Hollandiya azarkeşi olduğum, onlar isə seçmə mərhələni adlaya bilmədikləri üçün AVRO-2016-da favoritim yox idi. Amma çoxları kimi mən də Almaniyanın çempion olacağını təxmin edirdim. Görünən odur, AVRO-2016-nın “Yunanıstan”ı Portuqaliya olacaq. Düzü, bu, həm də mənim arzumdur...”
“Mən yaraşıqlı futbolçulara baxırdım” Nərmin Kamal: “Avro-2016-nı izləmədim. Evdəkilər baxanda mən hərdən bir yaraşıqlı futbolçulara baxırdım. Futbolçular çempionat vaxtı işləyirlər – işdə, iş başında olurlar. Onlara baxanlar isə baxdıqları vaxt işləmirlər. Mən isə işlədim”.
“Ən bəyəndiyim komanda Macarıstan yığması oldu” İbrahim Nəbioğlu: “Futbola olan marağım, deyəsən, əvvəlki illərə nəzərən azalıb. Əvvəlki həyəcan, ötən illərdəki intriqa qalmayıb, məncə. İspaniyanın La liqası futbolu fərqli istiqamətə yönəldib son 10 il ərzində. Barselona kimi klubların ``dantel futbolu`` artıq milyonlarla futbolsevəri bezdirib.
“Portuqalların qələbəsi sürpriz olmaz” Yadigar Sadıqov: “Öncə diqqətimi çəkən o oldu ki, ilk dəfə 24 komandanın iştirak etməsinə baxmayaraq, aralarında “hədiyyə” adlandıra biləcəklərimiz yox idi. Avropa futbolu bərabərləşir, böyük hesablı qələbələr minimuma enib. Çox az sayda komandanı Avropanın autsayderi saymaq olar. Təəssüf ki, onlardan biri də Azərbaycan millisidir. Digər tərəfdən məhsuldarlıq aşağı oldu. Hələ 2010-cu ilin dünya çempionatında müşahidə etmişdim ki, yüksək səviyyəli hücumçu çatışmazlığı mövcuddur. Cari Avropa çempionatı da istisna olmadı. Eləcə də taktiki yeniliklər baxımından zəngin olmadı. Əvəzində hakim xətaları xeyli azalıb. Kobud oyun, qırmızı kartlar da həmçinin. Finala Fransa və Portuqaliya yığmaları çıxıblar. Fransızların cüzi üstünlüyü var. Lakin portuqalların da qələbəsi sürpriz olmaz”.
“Mən Ronaldoya pərəstiş edirəm” Elza Seyidcahan: “Finala Portuqaliya və Fransa komandaları qalıb. Mən Portuqaliyanı dəstəkləyirəm. Çoxları deyirlər ki, Fransa qalib gələcək. Amma mən Ronaldoya inanıram. Ona pərəstiş edirəm. İstəyirəm ki, finalda Portuqaliya udsun və inanıram ki, qalib gələcəklər. Ümumiyyətlə, mənim proqnozlarım düzgün çıxır. Mən Portuqaliyaya çox inanıram”.
“Avara Çaçiç Xorvatiyanı məhv etdi” Xalid Bağırov: “Ötən dünya çempionatında yazmışdım. Konseptli futbol bitdi. İspaniyanın “tiki-tak” konsepti ilə getdi. Yerinə yeni hansısa konsept gələcəkmi, bu da hələ ki, görünmür. Hazırda hər bir oyuna fərdi yanaşma və hazırlıq tələb edən futbol gəlir. Bunun üçün hər komandanın çox uğurlu məşqçiyə və oyuna hazır çıxmış optimal tərkibə ehtiyacı var. Optimal tərkibli oyunçuları olsa da, avara Çaçiç Xorvatiyanı məhv etdi. Uels yığmasının düsturu təxminən belə idi: bütün komanda müdafiə olunur, yalnız iki nəfər hücum qurur. Ramsey arxadan, Beyl bir az öndən. Ramsey olmayanda Beyl həddən artıq böyük sahədə işləməli oldu. Müdafiədən hücum xəttinə kimi. Son oyunu xatırlasanız, görərsiniz, Beyl ön stoper mövqeyinə gəlib, topu müdafiədən çıxardırdı, növbəti anda isə artıq pleymeyker mövqeyindən hücumun istiqamətini müəyyən edirdi, yaxud vinqer olaraq ya sağ, ya da soldan topu cərimə meydançasına qaldırmağa çalışırdı. Bir müddət sonar cərimə meydançasında hücumu zərbə ilə yekunlaşdırmağa çalışırdı. Adam komandada rəsmən hücumçu olan iki oyunçudan biridir. O isə gəlib müdafiədən topu götürüb aparır və üstəlik, o topu da qapıya vurmağa çalışırdı. Beyl əjdaha olsa da, belə qələbə qazanmaq çox ağ olardı”.
“Finalı sadəcə final xətrinə izləyəcəyəm”
“Mən Portuqaliyaya azarkeşlik edirəm”
“Türkiyə yığması öz oyunu ilə bizi məyus etdi” Anar Məmmədli: “Avropa Çempionatının bütün matçlarını izləmək imkanım olmadı. Qrup mərhələsində daha çox Türkiyə və Almaniyanın bütün oyunlarını izlədim. Ancaq Türkiyə yığması öz oyunu ilə bizi məyus etdi. Almaniyanın finalda oynayacağını gözləyirdim, təəssüf ki, bu baş vermədi. Finalçılardan Fransanı daha şanslı hesab edirəm, çünki həm yer amili var, həm də heyət fiziki cəhətdən güclü oyunçulardan təşkil edilib. Ancaq finalda azarkeşlik edəcəyim komanda yoxdur. Bu çempionatda Xorvatiya, İslandiya və Uels yığmalarının oyunu xüsusi həyəcan yaratdı. Bu ölkələri təmsil edən yığmaların uğuru Avro-2016-da təmsil olunmayan kiçik ölkələrin futbol yığmaları üçün örnək sayıla bilər. Demək ki, futbolu yaxşı oynamaq üçün hansı ölkədən olmağın heç bir əhəmiyyəti yoxdur. Bunun üçün iradə, istək və dəstək lazımdır”.
“Ronaldonun komandasına azarkeşlik edəcəm” Nura Suri: “Favoritim hər zaman – bütün çempionatlarda İspaniya yığması olub. Heyif, bu il İtaliyaya uduzdular, halbuki ötən illərdə, bundan əvvəlki yarışlarda onlara neçə dəfə qalib gəliblər.
“Məncə, Fransa qalib olacaq” İntiqam Hacılı: “Əhəmiyyətli çempionatların bütün oyunlarını izləmək sırf bu sahə ilə məşğul olanların işidir. Məşqçilərin, futbolçuların, idman jurnalistlərin və s. Bütün oyunları izləmək həqiqətən başqa sahələrin insanları üçün vaxt itkisidir. Amma futboldan başım çıxır, fəlsəfəsindən, gedişatından, düşüncəsindən xəbərim var. Bütün çempionatların hansı əsaslarla keçirildiyindən tutmuş qaydalarına qədər bilirəm. Türkiyənin bütün oyunlarını izləyirəm, bu, başqa bir xəstəlikdir. Bir də final oyunlarında Avropanın böyük futbol yığmaları (İngiltərə, Fransa, İtaliya, Portuqaliya, Almaniya, İspaniya, Hollandiya) üzbəüz gəlirsə, izləyirəm. Yoxsa Almaniya-Şimali İrlandiya oyununun nəticəsi bəri başdan 99 faiz bəllidir, mənim üçün belə oyunları izləmək vaxt itkisi olar. Builki Avropa Çempionatını da dediyim formada izlədim. Keçən çempionatlardan fərqi 24 yığmanın iştirakı və 4 ən yaxşı 3-cü yer məsələsi idi ki, həyəcanı daha da artırdı. Baxılası oyunların sayı çoxaldı. Favoritim yox idi. Maraqlı oyunları izləyirdim. Məncə, Fransa qalib olacaq, futbolun özü də siyasətdi. 24 komandalı ilk çempionatın Fransada keçirilməsi də təsadüf deyildi. Seçim vaxtı UEFA-nın rəhbəri rüşvətxor və vicdansız (rüşvətxor həm də vicdansızdı) Mişel Platini idi. Türkiyəyə 1 səs fərqi ilə qalib gəlmişdilər. Seçki qutuları, püşkatmalar, hamısı boş şeylərdi”.
“Portuqaliyaya azarkeşlik edəcəyik, Fransa çempion olacaq” Xalid Kazımlı: “Təbii ki, fanatikcəsinə olmasa da, mötədil bir biçimdə futbol azarkeşi olduğum üçün Avro-2016-nın da demək olar ki, bütün oyunlarını izlədim. Əvvəlki çempionatlarla elə bir ciddi fərq görmədim. Əslində, bu cür fikirlər keçmişə nostalji hissindən qaynaqlanır, psixoloji məsələdir. Bizə elə gəlir ki, uşaq vaxtı izlədiyimiz oyunçular daha möhtəşəm idi. Amma əmin edirəm ki, bir zamanların super oyunçuları indi oynasalar, rəqibləri onlara ayaq açmağa imkan verməzlər. Hazırda futbol çox sürətlənib. Saniyənin onda biri qədər vaxt ölçüsündə düzgün qərar verməlidirlər, əks təqdirdə topu itirəcəklər. Favoritimə gəlincə, bunlar Türkiyə, Ukrayna, İslandiya, Uels, Almaniya, Albaniya, Macarıstan idi. Deyim ki, mən və dostlarım hansı komandaya azarkeşlik etdiksə, mütləq uduzdular. Finalda da Portuqaliyaya azarkeşlik edəcəyik və Fransa çempion olacaq”.
|
||
|
||
“Yaraşıqlı, futbolçulara, baxırdım”, |
|