Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 19:37 240 nəfər oxuyub
 
Yaşar Aydəmirov erməni nazirə cavab verdi
GÜNDƏM Xəbəri
Yaşar Aydəmirov erməni nazirə cavab verdi

“İşğalçı Ermənistan Azərbaycanın hərbi potensialının artmasından təşvişə düşür”.

 

Xeber365.com-un məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Viqen Sarkisyanın ermənilərin pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı açıqlamasına cavab olaraq hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib:  

 

“Ermənistanın iqtisadi durumu və hərbi sənayesinin hazırkı acınacaqlı vəziyyəti bizə çox yaxşı bəllidir. Düşmən ölkənin istifadəsində olan PUA-ların kustar üsulla hazırlandığı, başqa ölkələrdən ucuz qiymətə alındığı və onların aşağı keyfiyyətli olması da sirr deyil. O ki, qaldı Viqen Sarkisyanın bu kimi əsassız və absurd fikirlərinə, o ilk dəfə deyil ki, belə çıxışlar edir və bununla da artıq heç kimi təəccübləndirmir. Bu cür çıxışları o, əsasən Azərbaycan tərəfi hər hansı bir ölkə ilə hərbi-texniki əməkdaşlıq istiqamətində uğurlu addım atdıqdan dərhal sonra səsləndirir. Bu isə Azərbaycanın hərbi potensialının artmasından işğalçı dövlətin narahat olaraq təşvişə düşməsi ilə əlaqədardır”.

Mənbə: Müəllif: XƏBƏR365
Yaşar, Aydəmirov, erməni, nazirə, cavab, verdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı