The document has moved here.
|
||
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Gürcüstan Milli Kino Mərkəzi 2001-ci ildə yaradılıb. Gürcüstan Milli Mədəniyyət Mərkəzinin binasının dördüncü mərtəbəsində, “Azərbaycanfilm” kinostudiyasının uzun dəhlizlərinin yarısı qədər bir məkanda yerləşir. Mərkəzin otaqlarının bəziləri şirma, bəziləri də divarla bir-birindən ayrılır. Dəhlizində bir divan, bir də masa var. Masanın üzərinə Mərkəzin dəstəyi ilə ingilis və gürcü dillərində nəşr olunan jurnallar, Mərkəzin maliyyələşdirdiyi layihələr haqqında məlumat toplanmış sadə, amma gözəl tərtibatlı kataloqlar düzülüb. Kataloqlar hər il təzələnir. İstəyən hər kəs jurnallardan da, kataloqlardan da havayı götürə, Mərkəzin fəaliyyəti ilə yaxından tanış ola bilər. Müsahibim, kinoeksport və distryubyusiya departamenitinin direktoru David Vaşadze də mən kataloqları vərəqləyərkən gəlib çıxır. Az əvvəl bir neçə əcnəbinin oturduğu konfrans zalında əyləşib bu balaca yerdə Gürcü kinematoqrafiyasının inkişafı naminə görülən böyük işlərdən danışırıq.
- David, yəqin ki, kino mərkəzinin necə yarandığı, hansı işləri gördüyü barədə dəfələrlə danışmısınız. Amma istəyərdim ki, bir dəfə də bizim oxucularımıza məlumat verəsiniz - həm də öz departamentinizin fəaliyyəti haqqında. Sizin mərkəzin təcrübəsi Azərbaycan kinopeşəkarlarına son dərəcə maraqlıdı. Gürcüstan Milli Kino Mərkəzi hansı ehtiyacdan yarandı? - Mən özüm həm kinoeksport və distryubyusiya departamentinin direktoruyam, həm də kinokomissionerəm. Birinci vəzifəmin missiyası aydındı – gürcü filmlərini festivallara aparıram, onlara lobbiçilik eləyirəm, təqdimatını keçirirəm, həmçinin xaricdə qeyri-gürcü filmlərinin istehsalı ilə məşğul oluram. Film-kommissioner isə Gürcüstanda əcnəbilərə bilavasitə yardım edən, dövlətin adından onlarla ünsiyyətdə olan şəxsdir. Yəni mən onlara burda çəkiliş hüquqları almaqdan tutmuş bir çox işlərdə kömək eləyirəm. İndi keçək mərkəz haqqında danışmağa. Söhbətə gürcü kinosunun tarixindən, ilk filmin necə çəkildiyindən yox, Sovet Ittifaqının dağılmasından başlayacam. Sovet İttifaqı dağılandan sonra bizdə on il staqnasiya dövrü oldu- heç nə baş vermirdi ölkədə. Kinoindustriyada da həmçinin. “Gürcüstanfilm” kinostudiyası vardı, ancaq heç bir film istehsal eləmirdi, ya da başlayırdı, amma bitirmirdi. Buna görə də 2001-ci ildə biz kinematoqrafiyanın dəstəklənməsi ilə bağlı qanun qəbul elədik- Avropa analoquna uyğun olaraq. Və elə həmin il fransız “CNC”-nin modeli əsasında Gürcüstan Milli Kino Mərkəzini yaratdıq. Mərkəz ilk növbədə fond kimi fəaliyyət göstərir, müsabiqələr keçirir, layihələri seçir və onları maliyyələşdirir.
- Bəli, bizdə kinematoqrafiyaya aid bütün işlərlə Milli Kino Mərkəzi məşğul olur. Müsabiqələr həddindən adrtıq şəffaf şəraitdə və ildə bir dəfə keçirilir. Hər müsabiqədən əvvəl münsiflər heyətinin tərkibi dəyişdirilir. Lakin indi müsabiqələri iki ildən bir eləmək istəyirik. Çünki bizim büdcəmiz illikdir və qalib gələn layihələr maliyyəni alandan sonra onu ilin axırına qədər istifadə eləməlidirlər. Müsabiqələr iki mərhələdə keçirilir. Birinci mərhələdə sənədlər üzrə seçim, ikinci mərhələdə müsahibə - kino dilində buna “pitching” deyilir- olur. Həmişə 20-25 layihə iştirak edir, onlardan 2-3-ü keçir. Bizim yalnız bir fondumuz olduğundan tammetrajlı filmləri ayrıca maliyyələşdiririk. Uyğun olaraq, debüt filmlər üçün ayrı, sənədli filmlər üçün ayrı, qısametrajlı və animasiya filmləri üçün ayrı müsabiqə olur. - Büdcəmiz çox balacadı və bu qədər imkan verir. Hər şey üçün cəmi 2 milyon avro ayrılır. - Filmin ümumi büdcəsinin maksimum 70-72-i nəzərdə tutulur. Qalan maliyyəni layihə müəllifləri özləri tapırlar. Əsasən, Avropada. Tammetrajlı filmlərimizin əksəriyyəti Avropa ilə rəsmi co-produksiyadı (co-produksiya – başqa ölkələrin kinoşirkətləri ilə müştərək çəkilən filmlər-red). Bu- birinci o deməkdir ki, layihənin keyfiyyəti yüksəkdi, avropalı prodüserlərin xoşuna gəlir və onlar maliyyələşdirməyə razıdırlar, ikinci isə layihənin uğuruna zəmanət var.
- Biz müəyyən qədər kömək eləyirik, amma bu iş əsasən prodüserdən asılıdı. Onlar çox aktiv olmalıdılar. Bizim layihələrimiz həmişə xarici co-produksiya platformalarında iştirak eləyirlər. O platformaların hamısında mütləq, ən azı, bir gürcü layihəsi olur. Buna görə də gürcü filmlərinə Qərbdə artıq böyük maraq var. Köhnə kinostudiyamız- həmin “Gürcüstanfilm” hələ də mövcuddu, ancaq müsabiqələrimiz də hamı üçün açıqdı, heç kimə məhdudiyyət qoyulmur. Məncə, sizdə də köhnə kinostudiya hələ qalmaqdadı. - Bizim təkcə kinostudiyamız var. - Sizdə maliyyələşmə kinostudiya vasitəsilə həyata keçirilir? Bizdə elə deyil, hər şey açıqdı. Hətta heç nəyi- nə ofisi, nə binası olmayan prodüser şirkətləri də maliyyə ala bilər. Yəni “Gürcüstanfilm” üçün hansısa özəl şərait yaratmırıq, digər şirkətlər kimi münasibət göstəririk. Çünki bizdə bazar iqtisadiyyatıdı. - Bəs layihələr üçün hansısa şərtlər qoyulurmu? Dövlət maraqlarının qorunması, vətənpərvərlik və s kimi. - Bəs layihələri hansı meyarlar əsasında seçirsiniz? - Hər müsabiqədə dəyişir. Qısametrajlı üçün ayrıca münsiflər heyəti olur, tammetrajlı üçün ayrıca və sair və ilaxır. - Münsiflər heyətinə kimlər daxildi? - Əsasən, kinoindustriyanın nümayəndələri - rejissorlar, ssenaristlər, operatorlar... Kinoşünaslar da var.. Ola bilər ki, onlar bir müsabiqədə istirakçı olublar, amma digər müsabiqədə münsiflik eləyirlər. Ən böyük problemimiz prodüserlərdir. Çünki bizdə prodüser azdı. Hamısı da fəaldı, işləri çoxdu. - Gürcüstanda nə qədər prodüser və prodüser mərkəzi var? - O qədər də çox deyil. Sənədli film prodüserləri ilə birlikdə götürsək, 30-40 nəfər. Beynəlxalq səviyyədə fəal olanlar isə 10 nəfər ancaq olar. Yeri gəlmişkən, co-produksiyalar üçün ayrıca müsabiqəmiz var. Orda pul azdı, amma həmin müsabiqəyə hətta qeyri-gürcü vətəndaş da müraciət eləyə bilər. Mən həmişə deyirəm ki, biz artıq Avropa Şurasının həqiqi üzvləriyik, çünki Avropanın bütün kino layihələrində, tədbirlərində iştirak edirik. Bu, qarşılıqlı anlayış və dəstək nəticəsində baş verir. Əgər gürcü rejissor, prodüserlərini Fransa, ya da Almaniyada dəstəkləyirlərsə, onda biz də gürcü olmayan rejissoru- fransızı, ya da almanı dəstəkləyə bilərik, nə olsun ki, büdcəmiz azdı. Məsələn, keçən il iran rejissoru Möhsün Mahmalbaf Gürcüstanda idi. Bizim fond onun layihəsini maliyyələşdirdi. Ondan əvvəl də bir ispan rejissoru gəlmişdi. Yalnız bir şərtimiz var – çəkilişlər burda- Gürcüstanda aparılmalıdı.
- Bir neçə ay əvvəl gürcü kinosu haqqında oxuduğum bir xəbərdə deyilirdi ki, Milli Kino Mərkəzi əcnəbi rejissorları, prodüserləri Gürcüstana dəvət eləyir. Üstəlik onların burda çəkilişlərə sərf etdikləri vəsaitin müəyyən faizi özlərinə qaytarılacaq. - Sizdə qonorar necə müəyyənləşdirilir? Əvvəlcədən təyin olunmuş standartlar var, yoxsa... - Burda da hər şeyi bazar tənzimləyir. “Əmək haqları yüksəkdi” deyəndə hər halda Şərqi Avropadakından az deyil. Ona görə yüksək adlandırıram. - Təbii ki, debutantlara alternativ maliyyə tapmaq çətindi. Çünki ilk filmə çoxları etibar eləmir. Amma əlimizdə artıq bir neçə nümunə var - debutantlarımız başqa fondlardan maliyyə alıblar. Məsələn, Məryəm Katçvaninin “Dede” filmi xarici fondlardan maliyyə alıb və bu il istehsalatı başa çatıb. Çox gözəl film alınıb, indi onun üçün yaxşı bir festival axtarırıq. Burda bir nüans var - rejissorun qısametrajlı filmi, təxminən, qırxa yaxın festivalda iştirak eləyib və yaxşı qarşılanıb, üstəlik Avropa kinoakademiyası tıərəfindən “ən yaxşı qısametrajlı debüt filmi” nominasiyasında namizəd olub. Ona görə də onun üçün xaricdə maliyyə tapmaq çətin deyildi. Qısametrajlısı uğurlu olanlara kömək eləmək asandı. Amma bu maliyyəni tapmayanlar da var və onlar öz resursları ilə işləməyə məcburdurlar. Bir şey yaxşıdı ki, biz, hardasa, 3-4 ildi, tammetrajlı debüt filmlər üçün ayrıca müsabiqə elan eləyirik, hər il 3-4 filmi maliyyələşdiririk. - Növbəti sualım birbaşa sizin sahəyə aiddi. Filmlərin prokatı, distryubyusiyası üçün reklam işi necə təşkil olunur? - Bax, bu bizim ən zəif yerimizdi. Bizdə kinoteatrlar azdı. Tbilisidə dörd kinoteatr var - ikisi şəhər mərkəzində, ikisi də ticarət mərkəzlərində. Biri də Batumidə var, vəssalam. Əvəzində piratçılıq yüksək səviyyədədi. Yəqin, elə sizdə də belədi. Amma insanlar gürcü filmlərini sevirlər, kinoteatrlara gedən çox olur. Nümayişlərdə gürcü filmləri rekordsmendi. Təbii, əsasən, daxili bazar üçün çəkilmiş komediyalar - kommersiya filmləri. Hərçənd “Oskar”a namizəd olan “Mandarinlər” filmi daxili bazarda son dərəcə uğurla nümayiş olunmuşdu. “Son dərəcə uğurla” deyəndə, təxminən, 40 min adam baxmışdı ona. Bizim kimi bazar üçün bu çox yaxşı rəqəmdi. “Mandarinlər” art-hausla meynstrim arasında bir film idi. O ki qaldı filmlərin reklamına, onu müəlliflər özləri təşkil eləyirlər. Əsasən, televiziya kanalları premyera üçün bir az pul verir. Təxminən, 4-5 min dollar. Bu, premyera üçündü, adi halda məbləğ 200-300 dollar olur. Bu necə baş verir? Kanallar bu pulu verirlər, amma bu reklam vaxtı deməkdi. Ona görə də prodüserlər həmin vaxtdan filmlərinin reklamı üçün istifadə edirlər və ona görə pul almırlar. Filmlərin istehsalı üçün ayrılan büdcədə reklam nəzərdə tutulmur və o, artıq müəlliflərin kreativliyindən asılı olur. Məsələn, ən yaxşı reklam kampaniyalarından biri “Çiçəklərin arasında” (“In bloom” rej.Nana Ekvtimishvili, Simon Gros) filmi üçün təşkil olunmuşdu. Hətta foks qruplar da vardı və bu filmlə daha çox maraqlanan qrupu seçib reklama çəkmişdilər. Çünki “Çiçəklərin arasında” art-haus filmdi, ancaq reklam sayəsində daha çox gəlir götürdülər. Əgər onu reklamsız nümayişə çıxartsaydılar, o qədər gəlir götürə bilməzdilər, reklam işə yaradı. Filmin hər nümayişini hadisəyə çevirirdilər, mütləq kimsə dəvət olunur, ya da başqa bir tədbir keçirilirdi. - Nadir hallarda olub. Gürcü rollarına isə heç vaxt heç kim dəvət olunmayıb. - Sizcə, bu nə ilə bağlıdı? - Azərbaycan və Gürcü kino məktəblərini müqayisə eləmək çətindi, ona görə də dəqiq bilmirəm. Bəlkə də aktyorluq gürcülərin qanındadı. Ümumiyyətlə, məncə, kino sənəti bizə çox yaxındı. Küçədə-bayırda müşahidə eləsəniz, görərsiniz ki, bizim insanlar kinodakı kimi fikirləşirlər, danışanda sanki rejissor kimi kino çəkirlər: “mən belə eləyərdim, elə eləyərdim” və s. Buna görə də çox güclü aktyorlarımız olub. Digər tərəfdən yaxın xalqlarıq. Təkcə sizdə deyil, gürcü aktyorları erməni filmlərində də çox çəkilib. Yəqin, bizimkilərin ifası xoşunuza gəlir. Özümüz nadir hallarda aktyor dəvət eləyirik. Tez-tez operatorlar dəvət olunur - Rusiyadan, Ispaniyadan. - Bəs gürcü operatorları buna etiraz eləmirlər? - Yox, etirazla heç nə eləmək mümkün deyil, sən işinlə sübut eləməlisən ki, başqasını çağırmağa ehtiyac yoxdu. Etiraz eləyəndə qapanırsan, sanki təkcə özün üçün çəkirsən. Gürcüstanın kino bazarı balaca olduğundan burda filmlərimizin tamaşaçısı az olur, amma xarici festivallarda uğur qazanırlar. Elə filmlər var ki, 100 festivalda iştirak eləyib, Fransada, başqa ölkələrdə kinoteatrlarda nümayiş olunur. Heç kimi yaxın buraxmayıb təkcə özününkülər üçün çəkəndə, alınmır. Məsələn, Gürcüstan, dörd ildi ki, “Eurimages”-in (Avropa Kinematoqrafiyaya Dəstək Fondu-red) üzvüdü. Bu dörd il ərzində ora ödədiyimizdən daha çox pul almışıq, hətta növbəti üç ildə ödəyəcəyimizdən də çox. “Eurimages”- hər şeydən əvvəl maliyyə dəstəyi deməkdi. Bizim layihələr orda tez-tez seçilir və maliyyələşdirirlir. Fondun verdiyi ikinci üstünlük- co-produksiyalardı. Bu, artıq sizin xaricə açılmağınız deməkdi. Üçüncü isə əgər film “Eurimages” tərəfindən maliyyələşdirilibsə, daha çox uğur qazanır. Mən qapalı, yalnız daxili bazar üçün istehsalata, proteksionizm siyasətinə inanmıram. Dünyaya açılmaq lazımdı. Bazar özü hər şeyi tənzimləyəcək. Yeri gəlmişkən, deyəsən, siz hələ də “Eurimages”-ə üzv olmaq istəmirsiniz?! - ...
Söhbətləşdi: Aygün Aslanlı
|
||
|
||
Yaxın, gələcəkdə, Gürcüstan, Şərqi, Avropanın, kino-məkanına, çevriləcək, |
|