Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 23:33 151 nəfər oxuyub
 
Yunanıstanın şəriət haqqında qanunu Türkiyə ilə mübahisəyə səbəb oldu
DÜNYA Xəbəri
Yunanıstanın şəriət haqqında qanunu Türkiyə ilə mübahisəyə səbəb oldu

Yunanıstanın Frakiya əyalətində müsəlman azlıqlar üçün müqəddəs İslam qanunlarının tətbiqini məhdudlaşdıran şəriət haqqında qanunu Türkiyə və bu ölkənin xarici siyasət idarələri arasında qarşılıqlı sərt bəyanatların səsləndirilməsinə gətirib çıxarıb.

 

Xeber365.com “Report”a istinadən məlumat verir ki, bu həftə Yunanıstan parlamenti böyük səs çoxluğu ilə şəriət qanunlarının tətbiqini əhəmiyyətli dərəcədə məhdudlaşdıran qanunun qəbuluna səs verib.
Qanuna görə, ailə məsələləri ilə bağlı müftiyə müraciət etmək məcburi olmayacaq və tərəflər öz istəkləri ilə məhkəməyə müraciət edə biləcəklər.

 

Ölkənin baş naziri Aleksis Sipras bunu tarixi addım adlandırıb.

 

Rəsmi Ankara öz növbəsində Afinanı tarixdən dərs çıxarmağa və Yunanıstanın türk icmasına təzyiq göstərməkdən imtina etməyə çağırıb.

Afina cavabında Ankaranı digər ölkənin daxili işlərinə qarışmamağı və öz işi ilə məşğul olmağı təklif edib.
Frakiyanın Yunanıstana düşən hissəsində 100 minə yaxın müsəlman yaşayır. Şəriət məhkəmələri onlar üçün 1923-cü ildən fəaliyyət göstərir. Bu, Yunanıstanın 1919-1922-ci illərdə yunan-türk müharibəsində məğlubiyyətdən sonra imzalanan Lozanna sülh müqaviləsinə əsasən üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq yaradılıb. 

 

Mənbə: Müəllif: XƏBƏR365
Yunanıstanın, şəriət, haqqında, qanunu, Türkiyə, ilə, mübahisəyə, səbəb, oldu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı