Xəbər haqqında
02 Dekabr 2017 - Şənbə 12:02 253 nəfər oxuyub
 
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
BAXIŞ Xəbəri
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH

ABŞ-da davam edən Rza Zərrab məhkəmələri dünya gündəminin əsas xəbəri olmaqda davam edir. İstər okeanın o tayında istərsə də Türkiyədə məhkəmə prosesləri çox ciddi izlənilir. Hər məhkəmədə iş adamı yeni etirafları edir və hər dəfə də Türkiyədəki yüksək vəzifəli şəxslərin adını çəkir.

 

Artıq proses hüquqi müstəvidən daha çox siyasi məna daşıyır. Maraqlıdır, Fətullah Gülənin Türkiyəyə təhvil verilməməsi, ABŞ-ın Suriyadakı terror qruplaşmalarına silah verməsi fonunda onsuz da gərgin olan münasibətləri məhkəmə prosesləri çərçivəsində hansı perspektivlər gözləyir? Xeber365.com Rza Zərrab işinin ABŞ - Türkiyə münasibətlərinə təsiri barədə azərbaycanlı politoloqların fikrini öyrənib. 

 

“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin analitiki  Nazim Cəfərsoyun sözlərinə görə Rza Zərrab həbs ediləndən sonra Türkiyə tərəfi onun azad edilməsi məsələsinə çox ciddi yanaşıb:

 

 

“Ancaq artıq görmək olur ki, Rza Zərrab özü məhkəmə ilə razılaşıb. Artıq o, məhkəmə proseslərində şahid qismində iştirak edir. Bundan sonra onun məhkəmə etiraflarına əsasən Türkiyənin keçmiş nazirləri həbs edilə bilər. İstintaqda adı hallanan banklara qarşı böyük cəzalar tətbiq edilə bilər. Ən əsası isə bu məhkəmələr Türkiyə-ABŞ münasibətinə təsir edəcək. Burda ən yüksək səviyyədə rəsmilərin adı hallanır. Ona görə bu insanlara həm siyasi, həm hüquqi problemlər meydana gələ bilər. Bu proses həmçinin Türkiyə maliyyə sistemi, iqtisadiyyatı üçün çox ciddi risk yaradır. Bu məhkəmədə səslənən iddialar, qərarlar onsuz da gərgin olan ABŞ-Türkiyə münasibətlərini daha da gərginləşdirə bilər”.

 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı isə Türkiyə hakimiyyətinin bu məsələyə hüquqi proses kimi yox, siyasi proses kimi yanaşdığı qənaətindədir:

 

 

“Türkiyədə uzun müddətdir belə bir düşüncə var ki, müxtəlif xarici dairələr burada qanuni yolla seçilmiş hakimiyyətə qarşı bəzi əməliyyatlar həyata keçirmək istəyir. Bu məqsədlə daxili qüvvələrdən də istifadə edir. Bu yanaşma da yeni deyil.  İstər CHP-nin hakimiyyəti vaxtında, istərsə də Ədalət və inkişaf Partiyasının iqtidarda olduğu dövrdə oxşar fikirlər səslənib. Düşünülüb ki, hansısa xarici qüvvələrin ölkə daxilində sabitliyi pozmaq yaxud ümumiyyətlə hakimiyyət dəyişikliyi həyata keçirməklə bağlı planları var. Bir çox hallarda bu cür düşüncələr haqlı çıxıb. 


Türkiyədə 2013-cü il 17 dekabr həbsləri, 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhd və indi də Rza Zərrabın həbs olunması bəzilərinə görə  bir-birinin davamıdır. Çoxları düşünür ki, bu planla ya birbaşa prezident Ərdoğanı ya da ümumiyyətlə hakimiyyəti devirmək və Türkiyədə qarışıqlıq yaratmaq istəyirlər.  Bu perspektivdən baxanda istənilən dövlət buna kəskin münasibət bildirər. Türkiyə də Rza Zərrabın ABŞ-da olan məhkəmə prosesini  məhz bu çərçivədə dəyərləndirir. Fikirləşirlər ki, bütövlükdə bu məhkəmə sifarişlidir.  Zərrabın ABŞ-a getməyinin özü belə təsadüfi olmayıb. Düşünürlər ki, bu özü də planın bir hissəsidir. Hətta sadəcə gedişi yox, ondan əvvəl Türkiyədəki  müəyyən fəaliyyətləri də guya böyük bir planın parçasıdır. Mənim fikrimcə, davam edən proseslər Türkiyə və ABŞ münasibətlərinə pis təsir edəcək. Sadəcə bir məqam var ki, bu məqam münasibətlərin kəskin pisləşməsinə mane olur. Türkiyədə bəziləri eləcə də prezident Ərdoğan düşünür ki, bu proseslər Trampın iradəsi ilə həyata keçmir. Burda başqa məqamlar, kənar dairələr var. Ərdoğanın da, digər rəsmi şəxslərin də açıqlamalarından görürürk ki, onların ABŞ-dakı tərəf müqabilləri Trampdır. Digər hüquqi və hərbi müstəvidə olan arzuolunmaz stratejilər onları üzsə də, bunlara etiraz etsələr də, kəskin münasibət bildirsələr də  bütün körpüləri yandırmırlar. Çünki deyirlər Türkiyənin bir nömrəli tərəf müqabili ABŞ-ın prezidentidir. Onunla bağlı vəziyyət daha ümidvericidir". 

 

Araz Aslanlımnın fikrincə Rza Zərrabla bağlı proses Türkiyənin bank sektoruna və iqtisadiyyata mənfi təsir edə bilər: "Türkiyə iqtisadiyyatı əvvəlki dövrlərdən fərqli olaraq bir qədər şaxələnib. Ölkəyə valyuta axını və s. tək mənbədən asılı deyil. Türkiyənin bank sektoru yalnız Qərbə bağlı işləmir. Təbii ki ciddi təsiri olacaq ancaq bu təsir 80-90-cı illərdə, hətta  2001-ci ildəki kimi olmayacaq. O zaman çox ciddi böhranlar olmuşdu. Əgər məhkəmədə Türkiyənin böyük bankları haqda qərarlar olsa ölkənin bank sektoruna və iqtisadiyyatına mənfi təsirlər mütləqdir".

 

"Burda əsas məsələ odur ki, Türkiyə ictimai rəyi bu prosesi necə qəbul edəcək. Həmrəylik nümayiş etdirəcək yoxsa buna sadəcə hakimiyyətin problemi kimi baxacaq. Hələlik görünən budur ki, cəmiyyətin 50 faizindən çoxu həmrəyliyə daha meyllidir” deyə politoloq əlavə edib. 

Mənbə: Müəllif:
Zərrabın, etirafları, Türkiyə-ABŞ, münasibətlərini, hara, aparır?, -, ŞƏRH,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı