Yazarın məqalələri
30 Dekabr 2017 - Şənbə 21:12 723 nəfər oxuyub.
 
Alpinistlər dağa niyə çıxırlar?
Vasif İsmayıl
 
 

Dağa niyə çıxıram?!

 

Biriylə oturub söhbət edirsən. İkinci olmasa da, üçüncü sualında mütləq belə bir söhbət açır: Alpinistlər dağa niyə çıxırlar?

 

Bunu qısa, başdansovdu bir cavabı var: Yuxarıda "kayfdı".

 

Əsl səbəbi isə hər kəsə görə fərqlidir.

 

Ortaq nöqtəsi isə, adı üstündə, ortaqdır:

-Həyatın mənası oradadır.

 

Birinə iş təklif etmək istəyirsiniz, amma adam buna uyğundurmu, heç bir fikriniz yoxdur.

Sizə bir iş təklif ediblər; sizə uyğundurmu, yenə də bilmirsiniz.

 

"Mənim insan kimi qiymətim nədir" sualını elə hey özünüzə verirsiniz. Gedib təriqətlərə qoşulursunuz.

Özünüzü tapmaq üçün.

 

Qorxaqsınız. İçinizi gəmirən bu hisdən qurtulmaq istəyirsiniz.

Tənbəlsiniz. Qoçaq olmaq istəyirsiniz.

Əlinizdən bir iş gəlmir. Bacarıq istəyirsiniz.

 

..........

 

Hamı dağa özünə görə çıxır.

Özünü tanımaq üçün.

 

Diqqət etmisinizmi? Alpinizmlə məşğul olan bir nəfər prezident yoxdur.

Həyatın beş günlük olduğunu yaxşı bilən özünü zada salmaz. Yəni ona.

 
Etiketler: Alpinistlər, dağa, niyə, çıxırlar?,
Yorumlar
Haber Yazılımı