301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Yazarın məqalələri
11 Sentyabr 2020 - Cümə 11:48 389 nəfər oxuyub.
 
Azərbaycanın Ruslaşması
Şahin Əhmədoğlu
 
 

Azərbaycanın Ruslaşması
1918-ci ildə qurulan Azərbaycan Cumhuriyyətinin 1920-ci ildə rus kommunistləri tərəfindən işğal edilməsindən sonra Azərbaycanın ruslaşdırılması üçün çox ciddi addımlar atılmışdır. İstanbulda nəşr edilən “Səbilür-Rəşad” dərgisi (cild 23, sayı 593, ss. 335-336, 1340/1924) bu məsələyə toxunaraq “Yeni Qafqasiya” qəzetindən gələn “Azərbaycanın Ruslaşması” adlı məqaləni yayımlamışdır. Müəllifini müəyyən edə bilmədiyimiz məqalədəki fikirlər müasir dövrümüzdə də öz aktuallığını qoruyur.
Türkiyənin Qırıqqala Universiteti İslami Elmlər fakültəsinin müəllimi, İlahiyyat elmləri doktoru, dosent Şahin Əhmədoğlu “Azərbaycanın Ruslaşması” məqaləsini transliterasiya edərək, sadələşdirib, tərkib və kəlimə mənalarının izahını verib.
 
Azərbaycanın Ruslaşması
“Yeni Qafqasiya” qəzetəsindən
1917-ci yılda, böyük Rusya inqilabından sonra Bakı xalqı - Bakı bizim milli, mədəni, siyasi mərkəzimizdir… deyərkən Rusiya inqilabının elan etdiyi “təyini-müqəddərat” haqqı prinsipinə istinadən muxtariyyət və istiqlal əfkarını (fikirlərini) təbliğ edərkən Rus bolşeviklərinin rəhbərləri bizə “xarabazar Bakı” və`d ediyor və muxtariyyət fikrindən vaz keçməmizi əmr ediyorlardı. Rus milliyətçiləri isə “Bakı və Abşeron yarımadasından başqa hər yeri bizə tərk etmək” arzusunda idilər.
1923-cü yılın yazında Bakıyı ziyarət edən Müttəhid Şuralar Cumhuriyyəti İcraiyyə Komitəsi divan rəyasəti ə`zalarından (üzvlərindən) (Yaroslavski) və (Petrovski) icra etdikləri təftiş və təhqiqat haqqında Moskvaya məruzədə bulunurkən “Bakı bir Türk şəhəri deyil ki onun türklərə məxsus milliləşdirilməsi icra edilsün. Bu mümkün deyil, zira Bakı, beynəlmiləl bir şəhərdir. Oradaki millətlərin heç biri əksəriyyət təşkil etmiyorlar.” deyür və bu fikri Moskva hökuməti ilə Moskva rus mətbuatı təbrik edərək Yaroslavskinin dili ilə Bakıda yeganə lisani-rəsminin (rəsmi dilin) “Oktyabr lisanı” ola biləcəyini ortaya sürüyorlardı. Bu da ruslaşdırmanın “inqilabi” bir şəklidir. Zira “Oktyabr” lisanı denilən şey rus lisanının yeni bir ünvanıdır.
Bütün bu fikirlərə əlavə etməliyiz ki hənüz 1920-1921-ci yıllarda, o zamanlardakı Bakıda əksərən türklər sakin olub ruslar əqəliyyətdə (azlıq) idilər, öylə zamanda təşkil edilən şəhər Şurasının yüzdə yetmişi rus ə`zaları və rəisləri də Krılov nam (adlı) bir rus idi. Bu Şura şimdi də həman tənasüb ilə davam ediyor. Fəqət bugün rus süngüsündən başqa mühacir ruslara dəxi istinad etməklə qəvi (güclü) bir ümidgahi vardır. Bu istinadgah gündən-günə artmaqda və gözəl Bakının milli istiqbalını kəsif istila buludları ilə örtməktədir. Əgər bu hal davam edərsə Bakı və onunla bərabər bütün Azərbaycan bir Türk ölkəsi olmaqdan məhrum qalacaqdır. Azəri Türkləri Bakılarını qeyb ediyorlar. Türk dünyası iqtisadən, mühüm və zəngin bir mərkəzini qaçırıyor, bu təhlükəyi Azərilər bütün vücudları ilə hiss ediyorlar. Fəqət bu müdhiş təhlükəyi Azərilər kimi başqa hiss edənlər dəxi vardır?
Türk Bakı ölüyor!.. Bu imha (yox etmə), İstanbulun, İzmirin və sair Türk məmləkətlərinin düşmən əlinə düşməsinə bənzəməz, Bakı üzərində icra olunan imperializm əməliyyəti bu şəhəri yalnız siyasətən deyil, milliyətcə məhv ediyor… məmləkətin nefti, mədənləri, fabrikaları, vapurları, dəmir yolu” bütün ticari və iqtisadi sənaye müəsssisələri Rusiya əlində olduğundan, sərbəst rəqabət ilə olsa da, Bakının iqtisadi, milli və hərsi (mədəni) istiqlalını mühafizə etmək mümkün deyildir. Bakının xilası bugün Azəri istiqlaliyyətpərvərləri misaqi-millisində (milli andlaşma) ən birinci maddəyi təşkil etməlidir. Qırmızı rus, türk milliyətpərvərliyi daimi surətdə öldürmək içün, Azərbaycan istiqlali-milliyəsini həmişəlik “gömmək” məqsədi ilə Bakıyı ruslaşdırmaq siyasətini ciddi surətdə mövqei-icrayə (icra etməyə) qoymuşdur. Bugün Bakı, iqtisadi, siyasi, mədəni, milli, lisan və nüfus cəhətlərindən ruslaşmaqda olduğı kimi, qiyafət və qılıqca da ruslaşmışdır. Bakının sokaklarını bir dəfə nəzərdən keçirək: başdan başa rus inqilabçılarının adıyla təsmiyə (isimləndirmək) olunmuşlardır: Zinovyev, Trotski, Lenin, Kalinin, Kamenov, Stalin, Şaumyan, Çaparidze, Qazqanov, Fiolotov, Raduq və ilaxır… iştə Bakı caddələrinin “Oktyabr” lisanı ilə təsmiyə olunmuş qızıl lövhələri!
Bakının ruslaşması, Türk xəritəsindən silinməsi, Azərbacyan Türklərinin bu mühüm mərkəzinin qeyb olması, Türküstana, Dağıstana, Qırğızıstana, xülasə şimal və şərq Türk dünyasına gedən yolun şahrahını (əsas yolunu) təşkil edən bu türk qalasının məhv olması bütün türk əqvamının (qövmlərinin) istixlası (qurtuluşu) məsələsinə bir zərbə, həm də bir ölüm zərbəsi məsabəsində (dərəcəsində) olduğundan Bakının müqəddəratı bugün ümumcahan Türklərini düşündürməlidir.
Bakı Türklük içün qeyb olursa nə olur?
Bakı Türk aləminin iqtisadca mühüm və zəngin bir xəzinəsidir. Bakı qərb ilə şərq Türklərini yekdiyərinə vəsl edən (birləşdirən) bir qaladır. Bakı şərqi və şimali Türk dünyası ilə qərbi və cənubi türk aləmini birləşdirən bir tranzit yoludur. Bakı Xəzər dənizi üzərində duran və bu dəniz ətrafına sərilmiş bulunan Türküstan, Qırqızıstan, Tatarıstan, Dağıstan kimi Türk və İslam ölkələrini birləşdirən bir liman və bir qərargahdır.
Bakı kimin əlində olursa Azərbaycan sərvəti də onun əlində, Xəzər dənizi də onun təsərrüfində (istifadəsində), Türküstan, Tatarıstan, Qırqızıstan, Dağıstan və sair Türk ölkələri də onun siyasi, iqtisadi, mədəni, əsgəri nüfuzı (təsiri) altında bulunacaqdır.
Bu nöqtei-nəzərdən Bakının bugünkü müqəddəratı, Bakının bugünkü vəziyyəti bütün cahan türklərini düşündürməlidir. Türklər bilməlidir ki ruslar Bakımızı əlimizdən almaqla böyük türklük məfkurəsini öldürmək, Türküstan və sair türk ölkələrinin istiqlalı hərəkətlərinə xatimə çəkmək (son vermək) istəyirlər. Çünkü bu türk ölkələri ancaq müstəqil Azərbaycan, müstəqil türk Bakısından və onun vasitəsi ilə müavənət (yardım, dirçəliş) görəcəklərdir.

 
Etiketler: Azərbaycanın, Ruslaşması,
Yorumlar
Haber Yazılımı