Yazarın məqalələri
21 Avqust 2017 - Bazar ertəsi 20:50 1149 nəfər oxuyub.
 
Bəy də bunu arzulayırdı...
Anar Əsədli
esedovanar@yahoo.com
 
 

Sabah mərhum prezident Əbülfəz Elçibəyın vəfatının on yeddinci ildönümüdür.

 

Əbülfəz bəy təkcə dövlət başçısı deyildi, həm də ideolojı hərəkatın lideri, ideoloqu, ilhamverici qüvvəsi idi. Məhz buna görə də onun fəaliyyəti hər zaman suallar yaradırdı. Hətta vəfatından sonra da səngimək bilməyən suallar...

 

Elçibəy kim idi, nə arzulayırdı, bu cəmiyyətə nə vermək istəyirdi? Bu suallar  adekvat olaraq başqa suallara meydan açırdı: Biz kimik, tarixdəki yerimiz nədir və bu gün nə istəyirik?

 

Bütün bu suallara cavablar verilir, doğru və ya yanlış mövqelər, obyektiv və ya da subyektiv yanaşmalar olur.  Onların bəziləri səmimi,  bəziləri sifarişli, bəziləri qərəzli, əksəriyyəti sevgi doludur. Amma ən əsası, bütün cavablar axtarışdır.

 

Son günlərdə Güntay Gəncalpın da belə cavab axtarışları silsiləsindən bir məqaləsini oxudum. Məqalə “Sabir Rüstəmxanlıya cavab” adlanır. Yazının adından da göründüyü kimi, müzakirəyə çıxarılmış tarixi mövzu şəxslər arasında mübahisəyə çevrilib, hətta qütbləşmə də mövcuddur.

 

Müəllifin mülahizələrində müəyyən tarixi gerçəkliklər öz əksini tapıb və o, istənilən mübahisədə bunları isbatlaya  bilər. Lakin məsələ başqadır. Məsələ müəllifin izlədiyi ideolojı xəttidir. Güntay Gəncalp (elə onunla həmfikir olan digərləri də) tarixi faktlardan həqiqəti üzə çıxarmaq məqsədilə yox, insanları manipulyasiya etmək üçün yararlanmaq istəyirlər.

 

Onun demək, çatdırmaq istədiyi ancaq və ancaq budur: Azərbaycan türklərinin cəmiyyəti yararsız bir toplumdur, indiyə qədər heç bir aydın yetişdirə bilməyib, tarix boyu bütün liderləri (Şeyx Xiyabani, Səttarxandan tutmuş M.Ə.Rəsulzadəyə, Ə.Elçibəyə qədər hər kəs) qüsurlu və satqın, ən yaxsı halda səfeh olublar. Onların heç biri, ümumiyyətlə, yerində deyilmiş. Şərqdə ilk cümhuriyyəti elan etmiş, qadına seçmə və seçilmə hüququ vermiş bir toplum bütün bunları bədahətən edib, yəni bu mühiti yetişdirən heç bir ideoloji, mədəni zəmin olmayıb. Bu toplumun XX əsrdə etdiyi azadlıq üsyanları, çevrilişlər kimlərəsə xidmət məqsədi daşıyırmış və bu ölkəyə, bəşəriyyətə heç nə verməyib.

 

Güntay Gəncalp nəinki siyasi liderləri, eyni zamanda, Axundovu, Sabiri, Zərdabini, Üzeyir bəyi, Haqverdiyevi, Əli bəy Hüseynzadəni, Cəlil Məmmədquluzadəni də bir qələmlə silib. Və qaranlığın içindəki işığı görməməsini öz korluğu ilə deyil, günəşin doğmaması ilə əlaqələndirir.

 

Ancaq müəllif “unudur” ki, qüsursuz lider yoxdur. Bu dünyada gəlmiş-keçmiş bütün liderlərin qüsurları, yoldan sapmaları olub və var. Bu, təbiidir! Lakin bütün xalqlar özgüvənlərini qorumaqdan ötrü siyasi liderlərinə sahib çıxıblar, onların bəşəri xidmətlərini önə çəkiblər.

 

Öz liderlərinin, tarixi şəxsiyyətlərinin yalnız qüsurlarını önə çıxaran xalqın natamamlıq kompleksi yaranır, vətəndaşları özünə güvənmir, fərdlər ümumilikdə yararsız bır topluma çevrilir.

 

Biz demirik ki, qüsurlar gözardı edilməlidir, onları dilə gətirmək və nəticə çıxarmaq lazımdır. Ta Axundovdan, Sabirdən, Məmmədquluzadədən üzübəri bunu görürük. Lakin bu proses qətiyyən aşağılamaq xarakteri daşımamalıdır, natamamlıq kompleksinə aparan xətt üzrə getməməlidir.

 

Nədənsə Gəncalp azadlıq uğrunda güllələnən Əhməd Cavadın, əqidəsinə xəyanət etməyən Hüseyn Cavidin adını çəkmir. Rəsulzadənin misilsiz xidmətlərini deyil, xırda qüsurlarını qabardır. Elçibəyin nəinki Azərbaycan türklərinin taleyindəki, eləcə də postsovet məkanındakı nəhəng rolunu, işığını görə bilmir. O, tarixi özünün bəsit düşüncələri ilə ölçməyə çalışır, opponentlərini də ağılsız kimi  qələmə verır.

 

Çox heyif! Güntay bir vaxtlar yanında olduğu Elçibəydən çox az şey öyrənibmiş.

 

Elçibəy cəmiyyətə fikir müxtəlifliyinin vacibliyini  aşılamaq istəyirdi. Ona görə ki, bir məsələyə, problemə fərqli yanaşma sonda düzgün nəticənin əldə olunmasına gətirib çıxarır.

 

Elçibəyin vəfatının ildönümündə bir daha bu məsələlərin qabardılması, məncə, müsbət bir haldır. Mövqeyindən, baxış bucağından asılı olmayaraq, belə söz-söhbətlər, müzakirələr, fikir mübadilələri əvvəl-axır düzgün nəticəyə gətirib çıxaracaq. O da bunu arzulayırdı…

 

Ruhun şad olsun, Bəy! 

 
Etiketler: Bəy, də, bunu, arzulayırdı...,
Yorumlar
Yazarın Arxivi
23 Sentyabr 2017 - Şənbə - 00:15 | Küləyə qarşı yürümək...
21 İyul 2017 - Cümə - 16:42 | EVİMİZİN DAMINDAKI JİRİNOVSKİ
23 May 2017 - Çərşənbə axşamı - 22:46 | Hər zaman Atilla olmaq
11 Mart 2017 - Şənbə - 10:40 | Medianı yeyən “əjdaha”
20 Yanvar 2017 - Cümə - 10:20 | 20 Yanvar - Türkün dirilişidir!
03 Aprel 2016 - Bazar - 10:20 | Barış savaşın son nöqtəsidir
27 Noyabr 2015 - Cümə - 10:19 | Aktivləşən Bombalar
13 Noyabr 2015 - Cümə - 10:18 | Boş qalmış meydan
02 Noyabr 2015 - Bazar ertəsi - 10:17 | Gələcəyi deyil, hüzuru seçən Türkiyə
29 Oktyabr 2015 - Cümə axşamı - 10:17 | İşğalın görünməyən tərəfləri
11 Sentyabr 2015 - Cümə - 10:16 | Qaranlığı aydınlada bilməyən ziyalılar
29 Avqust 2015 - Şənbə - 10:15 | Qaranlığın gücsüzlüyü və ya “güclü Rusiya” əfsanəsi
17 Avqust 2015 - Bazar ertəsi - 10:15 | Cəhalətin qurbanları
29 İyul 2015 - Çərşənbə - 10:14 | Barış üçün savaşan Türkiyə
21 İyul 2015 - Çərşənbə axşamı - 10:13 | Sovetin can verib ölməyən ənənəsi: fəxri adlar
25 İyun 2015 - Cümə axşamı - 10:12 | Qonşuların savaşı və barışı
11 May 2015 - Bazar ertəsi - 10:11 | Mümkünmü ayırsın bizi “İncil” ilə “Quran”?
16 Aprel 2015 - Cümə axşamı - 10:11 | Avropa Türkiyəyə qarşı yeni, rəsmi xaç yürüşünə başladı
13 Mart 2015 - Cümə - 10:10 | Möhkəm Çiyinlərin Sadə Sahibləri
23 Yanvar 2015 - Cümə - 10:08 | Bu gün o gün deyil!
29 Dekabr 2014 - Bazar ertəsi - 10:07 | Yeni ilə yeniliklərlə
18 Noyabr 2014 - Çərşənbə axşamı - 10:06 | Şəkil qardaşlığı
13 Oktyabr 2014 - Bazar ertəsi - 10:05 | Dövlətçilik ənənəsi, yoxsa məzhəbçilik?
22 Sentyabr 2014 - Bazar ertəsi - 10:02 | Avropa "ailəsindən" Türk "ailəsinə"
06 Sentyabr 2014 - Şənbə - 10:01 | NATO Zirvəsi və ya İŞİD-in silah qaynaqları hardandır?
25 Avqust 2014 - Bazar ertəsi - 09:56 | Yorğun deyil, çılğın demokratlar olaq!
Haber Yazılımı