301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Yazarın məqalələri
16 Oktyabr 2020 - Cümə 12:59 234 nəfər oxuyub.
 
Bizi gözləyən Turan
Anar Əsədli
esedovanar@yahoo.com
 
 

Bu yazı Böyük fikir adamı - Həsən Bəy Zərdabiyə və silahdaşlarının əziz xatirəsinə ithaf olunur...

Qırğızıstana son səfərim məni bəzi mövzular barədə dərindən düşünməyə məcbur etdi. İndiyə qədər bu ölkə haqqında məlumatımız yalnız kitablardan oxuduqlarımızla məhdudlaşıb. Qırğızlarla azərbaycanlıların ortaq köklərə sahib olması, adət və ənənələrində böyük türk tarixini özünəməxsus şəkildə bu gün də yaşatmaları, üstəlik 70 il eyni ittifaqın tərkibində mövcud olmaları məndə belə bir fikir yaratmışdı ki, Azərbaycan cəmiyyətinə xas bir çox özəlliyi Qırğızıstanda görəcəm. Lakin doğru deyiblərmiş ki, çox oxuyan yox, çox gəzən çox bilər. Gözümlə gördüyüm bugünkü Qırğızıstan indiyə qədər gəldiyim qənaətləri alt-üst etdi.
Birincisi, uzun illər eyni ittifaqın tərkibində olmağımıza baxmayaraq, rusların milli psixologiyaya təsiri bizdə və qırğızlarda eyni səviyyədə deyil.
Azərbaycanda milli kimlik məsələsi heç vaxt assimilyasiya qorxusu altında olmayıb.  Rusların bütün cəhdlərinə baxmayaraq, Azərbaycan türkü öz tarixinə, ənənələrinə sahib çıxmağı bacarıb.
Əlbəttə ki, bu, bir toplum olaraq, xalqın 300 ilə yaxındır, yetişdirdiyi fikir adamlarının nəhəng əməyinin nəticəsidir. Azərbaycanda bütün dövrlərdə milli kimliyin itməyinə səbəb olacaq faktorlarla mübarizə aparan fikir adamları olub.
Məsələn, iki əsr əvvələ qədər milli kimliyin itməsinə səbəb kimi islam ümməti faktoru var idi və o zaman ziyalılarımızın yenmək və milli kimliklə qarşı-qarşıya qoymaq istədiyi məsələ, məhz, bu idi. Axundovun, Zərdabinin başlatdıqları və öz dövrünə görə  qəhrəmanlıq sayılacaq işlər Azərbaycanda türk milli kimliyini ümmətə qarşı qoya bildi.  
Əlbəttə ki, Üzeyir bəyin, Sabirin, Mirzə Cəlilin, Ömər Faiq Nemanzadənin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun və digərlərinin gətirdiyi böyük ideyalar, fikirlər XX əsrin əvvəlində Şərqdə  ilk dəfə Cümhuriyyət qurmağımıza zəmin oldu. Bəziləri deyirlər ki, Rəsulzadə Cümhuriyyəti sanki spontan şəkildə, özünün də xəbəri olmadan yaranıb. Elə bil, həmin 28 may günü tarixi labüdlük Cümhuriyyəti yaradıb. Bunu deyən insanların, Cümhuriyyətin böyük bir ideologiyaya, fikrə söykəndiyindən xəbərləri yoxdu.
Fikir olmadan əməl də olmur. Cümhuriyyətimizin əsas nailiyyətlərindən biri o idi ki, o öz varlığında Axundovdan və Zərdabidən gələn müasirləşmək ideologiyası ilə turançılıq, türk milli kimliyi ideyasını bir araya gətirmişdi. Azərbaycanın üçrəngli bayrağı nəhəng bir ideologiyanın təcəssümüdür.
Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri həm də o idi ki, ürəklərə azadlıq sevgisini səpə bilmişdi və uğrunda öləcək neçə-neçə ziyalı yetişdirmişdi qısa müddətdə.
Hüseyn Cavidlərin, Əhməd Cavadların, Mikayıl Müşfiqlərin, Güntəkinlərin və başqa repressiya qurbanlarının həyatları heç də göründüyü kimi hədər getmədi.
Onlar ölümləri ilə türk milli kimliyini qorudular. Bütün bu sadaladıqlarımız onunla nəticələndi ki, XX əsrin sonunda azadlıq ideologiyası yenidən vüsət tapdı və onu gizli-gizli yaşadanlar açıq-aşkar meydana gətirdilər. 
Demək ki, fikir ölməyibmiş. Məhz Böyük Fikirlər yaşadığı üçün Elçibəy və onun həmfikirləri, təməli XX əsrin əvvəllərində qoyulmuş o böyük fikrin – müasirləşməklə milli kimliyin qorunmasının bir arada olması - vacibliyini çox gözəl başa düşürdülər. Başladıqları yol da, məhz, buna söykənirdi: demokratiya və milli azadlıq. Onlar yaxşı başa düşürdülər ki, bir millətin var olması üçün  hər iki fikrin bir arada gerçəkləşməsi labüddür.
Tarixin axışından asılı olaraq siyasi hadisələr  və hətta hakimiyyətlər tez-tez dəyişə bilər. Lakin bir dövlətin var olması, bir millətin özünü ifadə etməsi üçün mütləq milli fikir olmalıdır. Ruslar ona görə Azərbaycanda milli kimliyə qarşı çıxa bilmədilər ki, sovet hakimiyyəti qurulanda artıq müsavatçılıq ideologiya kimi ortada idi. XX əsrin sonlarında da hakimiyyət dəyişikliyinə baxmayaraq xalq hərəkatının gətirdiyi milli azadlıq sevdası beyinlərdən silinməyəcək.
Doğrudur, manqurtlaşma problemi ilə bizim cəmiyyət də qarşılaşdı, lakin bu qırğızlarda olduğu qədər qorxulu tendensiyaya çevrilmədi. Qırğızlarda gördüyüm siyasi-mənəvi mənzərə acı bir həqiqəti ortaya qoydu. Uzun əsrlər mövcudluğunu milli fikir olmadan sürdürən bir xalq hər yeni siyasi ideologiyaya adaptasiya olur və hər dəfə milli kimliyini bir az da unudur. Məhz, buna görə boş bir zəmin üstündə qurulan sovet hakimiyyəti Aytmatovun əsərində deyildiyi kimi "əsir götürdüyü qırğızların beyinlərini daha tez yuya bildi".
Aytmatov bunu gördü, yazdı, lakin qarşı çıxmadı. Azərbaycan fikir adamlarından fərqli olaraq, Aytmatovun əsərləri məhv edilmədi. Tam əksinə, geniş miqyasda yayımlandı və müxtəlif dillərə tərcümə edildi. Əlbəttə, Aytmatov 30-cu illərdə yaşamırdı, lakin elə 60-cı illərdə də sovet senzurası çox güclü idi və rejim üçün qorxulu olan hər şey qadağan olunurdu. Demək ki, Aytmatovun şəxsiyyətində və yaradıcılığında sovet rejimi üçün qorxulu heç nə yox imiş. O özü də həmin manqurtlaşan cəmiyyətin bir üzvü idi, sadəcə başqalarından fərqli olaraq bunu görür və dərk edirdi.
Bu gün Qırğızıstanda sovet ideologiyasını müasir demokratik cəmiyyət fikri əvəz edir. Müasir Qırğızıstanın siyasi mənzərəsi demokratik, azad və ədalətli seçki, azad biznes imkanları, liberal yaşam tərzi və s.-dən ibarətdir. Bəli, qırğızlar yeni fikrə yaxşı uyğunlaşsalar da, eyni zamanda  həm də daha çox assimilyasiya olurlar. Öz milli kimliyini yavaş-yavaş unudan qırğızların qurduqları demokratik cəmiyyət gələcək nəslə növbəti boş zəmin buraxır. Millət sevdası olmayan yerdə azadlıq və demokratiya fikri də irreal görünür.
Demək ki, hər millətin millət kimi var oluşu onun tarixində gəlib keçmiş fikir adamlarının səyi və əməyi nəticəsində baş verir.

 
Etiketler: Bizi, gözləyən, Turan,
Yorumlar
Yazarın Arxivi
25 Oktyabr 2020 - Bazar - 13:06 | Etnik birləşmədən millətə doğru
07 Oktyabr 2020 - Çərşənbə - 18:51 | Vicdanın labüd etdiyi savaş
03 Oktyabr 2020 - Şənbə - 14:34 | Qərb üçün sülh Qərb üçündür
27 Sentyabr 2020 - Bazar - 22:20 | Barışın yolu Savaşdan keçir!
19 Sentyabr 2020 - Şənbə - 14:07 | AMEA–nın qarajdan başlayan inkişafı
14 Sentyabr 2020 - Bazar ertəsi - 11:11 | "Fortuçkaları" bağlayaq, Pəncərələri açaq!
09 Sentyabr 2020 - Çərşənbə - 09:16 | Dialoq xəyanət deyil
30 Avqust 2020 - Bazar - 22:57 | BİZ ZƏFƏRƏ İNANIRIQ!!!
28 Avqust 2020 - Cümə - 11:44 | Brutdan Siyavuşa, Beriyadan Mehdiyevə və ya nə əkərsən, onu da biçərsən...
18 Avqust 2020 - Çərşənbə axşamı - 10:10 | Dərsimiz DEMOKRATİYA...
16 Avqust 2020 - Bazar - 10:41 | 70 İLİN XARABALIĞINDA CÜCƏRƏN DEMOKRATİYA FİDANLARI
06 Yanvar 2018 - Şənbə - 00:13 | Birləşmək zamanı bu gündürmü?
23 Sentyabr 2017 - Şənbə - 00:15 | Küləyə qarşı yürümək...
21 Avqust 2017 - Bazar ertəsi - 20:50 | Bəy də bunu arzulayırdı...
21 İyul 2017 - Cümə - 16:42 | EVİMİZİN DAMINDAKI JİRİNOVSKİ
23 May 2017 - Çərşənbə axşamı - 22:46 | Hər zaman Atilla olmaq
11 Mart 2017 - Şənbə - 10:40 | Medianı yeyən “əjdaha”
20 Yanvar 2017 - Cümə - 10:20 | 20 Yanvar - Türkün dirilişidir!
03 Aprel 2016 - Bazar - 10:20 | Barış savaşın son nöqtəsidir
27 Noyabr 2015 - Cümə - 10:19 | Aktivləşən Bombalar
13 Noyabr 2015 - Cümə - 10:18 | Boş qalmış meydan
02 Noyabr 2015 - Bazar ertəsi - 10:17 | Gələcəyi deyil, hüzuru seçən Türkiyə
29 Oktyabr 2015 - Cümə axşamı - 10:17 | İşğalın görünməyən tərəfləri
11 Sentyabr 2015 - Cümə - 10:16 | Qaranlığı aydınlada bilməyən ziyalılar
29 Avqust 2015 - Şənbə - 10:15 | Qaranlığın gücsüzlüyü və ya “güclü Rusiya” əfsanəsi
17 Avqust 2015 - Bazar ertəsi - 10:15 | Cəhalətin qurbanları
29 İyul 2015 - Çərşənbə - 10:14 | Barış üçün savaşan Türkiyə
21 İyul 2015 - Çərşənbə axşamı - 10:13 | Sovetin can verib ölməyən ənənəsi: fəxri adlar
25 İyun 2015 - Cümə axşamı - 10:12 | Qonşuların savaşı və barışı
11 May 2015 - Bazar ertəsi - 10:11 | Mümkünmü ayırsın bizi “İncil” ilə “Quran”?
16 Aprel 2015 - Cümə axşamı - 10:11 | Avropa Türkiyəyə qarşı yeni, rəsmi xaç yürüşünə başladı
13 Mart 2015 - Cümə - 10:10 | Möhkəm Çiyinlərin Sadə Sahibləri
23 Yanvar 2015 - Cümə - 10:08 | Bu gün o gün deyil!
29 Dekabr 2014 - Bazar ertəsi - 10:07 | Yeni ilə yeniliklərlə
18 Noyabr 2014 - Çərşənbə axşamı - 10:06 | Şəkil qardaşlığı
13 Oktyabr 2014 - Bazar ertəsi - 10:05 | Dövlətçilik ənənəsi, yoxsa məzhəbçilik?
22 Sentyabr 2014 - Bazar ertəsi - 10:02 | Avropa "ailəsindən" Türk "ailəsinə"
06 Sentyabr 2014 - Şənbə - 10:01 | NATO Zirvəsi və ya İŞİD-in silah qaynaqları hardandır?
25 Avqust 2014 - Bazar ertəsi - 09:56 | Yorğun deyil, çılğın demokratlar olaq!
Haber Yazılımı