301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Yazarın məqalələri
23 Avqust 2020 - Bazar 11:23 902 nəfər oxuyub.
 
Elçibəyə necə baxmalıyıq?
Nazim Cəfərsoy
 
 

Bu gün Əbülfəz Elçibəyin vəfat edişinin 16-cı ili tamam olur. Sadəcə tarix yazan deyil, həm də tarix yaradan şəxsiyyətlərdən olan, Azərbaycanın milli azadlıq hərəkatının lideri, gerçək Türk milliyətçisi və demokrat olan mərhum prezident Əbülfəz Elçibəyi rəhmət və minnətlə xatırlayıram.
Məkanı Cənnət olsun!!!
Bizim cəmiyyətimizin Elçibəyə baxışı iki əsas cəbhədə toplanıb: Ya Elçibəy ideallaşdırılır, ya da ümumiyyətlə büyük ölçüdə mənfi qiymət verilir. İkisi də Elçibəyi düzgün anlamayanların yanaşmasıdır. Mən hər ikisinin də həm Elçibəyin özü, həm də millətimizə çox zərərli olduğunu düşünürəm. 
Bilən bilir insanları ideallaşdırmaram. Hərkəsin və hətta ən büyük liderlərin, peyğəmbərlərin belə səhvləri olub.Bu barədə mənim iki kriterim olub : 
1. O liderin tutduğu yol o cəmiyyəti hara aparıb vəya aparır? 
2. O lider bunun üçün hansı fədakarlığı edib? 
Bu mənada Elçibəy mənim üçün öz millətini doğru yola aparmağa çalışan bir şəxsiyyət olub. Elçibəy "bir çətən külfətim" var deyənlərin mütləq və əzici çoxluğu təşkil etdiyi bir cəmiyyətdə xalqının azadlığı üçün öz azadlığından vaz keçən, bir metr torpaq vəya 5 manat pul üçün qanlı bıcaqlı ola bilən cəmiyyətimizdə siyasi iqtidarından fədakarlıq edən, xırda bir vəzifə sahibinin belə öz ailəsinə kar əldə etməyə çalışdığı siyasətin çirkli dənizində inandığı dəyərlər adına təmiz qalmağı bacara bilən və hər şeyə rəğmən "mən bu millətin əsgəriyəm" deyən biri kimi hər zaman dəyər olaraq qalacaq!!! 
Elm adamı kimliyimlə bəzi addımlarını strateji və ya taktik baxımdan səhv hesab etsəm də bu daima belə olacaq.
Rəsulzadə və silahdaşlarının missiyası bizə bir bayraq və modern milli dövlət nümunəsi vermək olub, Elçibəy və silahdaşlarının missiyası isə müstəqillik təmin etmək, birbaşa Rus işğalını bitirmək və Bütöv Azərbaycan missiyasını gündəmə gətirmək olub. Bizim və gələcək nəsillərin önündə isə ərazi bütövlüyünü təmin etmək, demokratiyamızı və rifahımız təmin etmək, parçalanmışlığımızı sona çatdırmaq və dünyada da hörmətli bir yerdə qərarlaşmaq və s. var. 
Bütün problemlərimizi Elçibəyin üstünə yıxaraq, ya da onun ideallaşdıraraq həll edə bilməyəcəyik. 
Amma ona haqq etdiyi dəyəri vermək borcumuz var!!! 
Hətta ondan daha büyük iş gördüyünə inananların belə bu borcu vardır.
Çünki bu hər ağıllı, vicdanlı və milli şüurlu insanın etməsi gərəkən bir borcdur.
Hərkəsə həm də Elçibəyin arzularının ifadəsi olan ABAD (Azad, Bütöv, Adil ve Demokratik) Azerbaycan yolunda uğurlar arzulayıram!
Dr. Nazim Cəfərsoy

 
Etiketler: Elçibəyə, necə, baxmalıyıq?, ,
Yorumlar
Yazarın Arxivi
Haber Yazılımı