Yazarın məqalələri
30 Dekabr 2017 - Şənbə 00:13 509 nəfər oxuyub.
 
Ermənistanı bu hala salan Qarabağın işğalı deyilmi?
Prof.Qafar Çaxmaqlı
 
 

Erməni məşhurlar sadəcə “tüpürüm soyqırımına” deyib keçmirlər...

 

Bir müddət öncə erməni əsilli məşhur fransız müğənni-şansonye Şarl Aznavur Ermənistana getmişdi. Keçən il bir müsahibəsində  “tüpürüm soyqırımına” deyəndən sonra onun bu gəlişi zamanı, doğrusu,  Ermənistanda nələr yaşanacağını maraq etmişdim. Bu ifadəni işlədənə qədər Aznavur başqa erməni məşhurlar kimi Türkiyə və Azərbaycanın əleyhinə aparılan ideoloji kampanyalarda yer almışdı. Bu kəlməni işlədəndən sonra Ermənistanın İsveçrədki səfiri postunu zor-xoş tərk etmişdi. Onu bu posta ona görə qoymuşdular ki, nüfuzundan istifadə edib “erməni soyqırımı”nı tanıtmaqla bağlı fəaliyyət göstərsin,  dünyada tanınmasından istifadə edərək erməni millətinə xidmət etsin. Bu fəaliyyətlərin mənasızlığını anlayan Aznavu,  nəhayət, görmüşdü ki, bu saxta “soyqırımı” ideologiyasından bir şey çıxmır, mövqeyini bir qədər dəyişmişdi.  Hətta belə bir fikir də ortaya atmışdı, Türkiyəyə müraciətində demişdi: "Əgər soyqırımı kəlməsindən xoşunuz gəlmirsə, istədiyiniz başqa bir  söz seçin; amma gəlin bu sorunu artıq çözəlim".

 

İndi Ermənistana gəlişi zamanı  nə deyəcəkdi? Əlbəttə, o, yenə ən yüksək səviyyədə qəbul olundu. Prezidentlə bir araya gəldi. Erməni televiziyaları  bu görüşlə bağlı rəsmi xəbərdən başqa heç bir şey yazmadılar. Fransanın “Novel d’Armeni” qəzetində bu görüşlə bağlı yazıya rast gələndə maraqlı fikirlərin yer alacağını düşündüm.  Bu yazıda Aznavurun Serj Sarkisyana nə dedikləri diqqətçəkicidir. Əvvəlcə deyir ki, biz çox gözəl ölkəyə sahib olmuşuq (!). Onu inkişaf etdirməli olduğumuz halda, elə bir durum yaranıb ki, bizim bu gözəl ölkənimiz yox ola bilər, onu  itirə bilərik. Məğlubiyyət üçün isə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək, çünki bu ölkədə gördüklərim məni şaşırdır. İki yumurta oğurlayan illərlə həbsdə yatır, amma milyonları talayan quldurlar ən hörmətli adamlara çevriliblər...

 

Sonra deyir ki, ölkənin başında duran adamlar çox yazıq adamlardır, intellektual səviyyələri çox aşağıdır, onları qınamıram, nə fikirləşirlərsə onu da söyləyirlər...

 

Əcəba Aznavur nəyi nəzərdə tutur? O, ilk dəfə deyil ki, Ermənistanın korrupsiyaya uğramış hökuməti haqqında sərt açıqlamalar verir. Aznavur Ermənistanın İsveçrədəki səfiri olanda da, rəsmi şəxs kimi  və dünyanın yüksək  səviyyəli adamları ilə qarşılaşdığında özünü necə narahat hiss etdiyini də dilə gətirir və ən önəmli fikir odur ki, Ermənistanın erməniləri əllərində olan bu ölkəni dövlət edə bilmirlər, buna qabiliyyətləri çatmır: “Ən ağrılı isə, onlar bu ölkəni dövlət edə bilmədikləri bir yana,  deyirlər ki, millətin özünün səviyyəsi dövlət qurmağa çatmır, milləti günahkar bilirlər.  Anlamırlar, demokratiyanın təməl hədəfi odur ki, ölkədə çox  yoxsul və çox varlılar olmamalıdır, sərvətlər hamıya aiddir, bunları mənimsəyib üstündə oturanlar dövlət qura bilməzlər. Bəs  Ermənistan milli sərvətlərlə necə davranılır? Vəhşicəsinə!

 

Mədənlərdən qızıl və mis çıxarılır və dövlətə kiçik vergi ödəyirlər. Şəbəkə infrastrukturları Rusiya şirkətlərinə hədiyyə edilib. Bir başqa milli sərvət – su, müxtəlif qrupların maraqlarına xidmət edir, kəndlilərin daim suvarma suyuna ehtiyacı var. Torpaq becərməli olan insanlar Rusiya üçün çalışırlar. Dövlət Qızıl Fondunu satıb, üstəlik borca düşüb. Ermənistan sərhədləri Rusiya sərhədçiləri tərəfindən idarə olunur və son zamanlar ölkənin  havadan müdafiə sistemi də Rusiyanın nəzarətinə verildi. Bu nədir, dövlətdir?”

 

 Aznavur müsahibəsində bunları Serj Sarkisyana üzünə söylədiyini deyir. Bizi də ən çox maraqlandıran Qarabağ məsələsində bu məşhur erməninin nə dedikləri idi. 

 

Deyək ki,  hakimiyyətinin 10-cu ilində o, Qarabağın Madrid prinsiplərinə uyğun həll olunmasının qarşısını aldı. Bu isə dövlət idarəçiliyi deyil, məsələ həll olunmamış qalır. Amma əslində, hökumətin rolu nə qədərdir? Hökumət orduya ordan-burdan adam toplayıb  ön cəbhəyə göndərmək deyil, pul silah toplamaq deyil, heç   komandirlərə əmr vermək də  deyil,  hər kəs 2016-cı ildəki “Aprel döyüşləri”ni yaxşı  xatırlayır. Bu olay bir müddət də davam etsəydi, insanlar Ermənistanda əsl demokratik bir hökuməti quracaqdılar.

 

Ən kritik məqamlarda Ermənistanda hakimiyyət olmayıb. Bu, necə prezidentdir? Sonra  Serj Sarkisyanın özü etiraf etdi ki, o bilmirdi  Moskvada Ermənistan və Azərbaycan baş qərargah rəisləri hansı məsələni müzakirə ediblər. Həmin anda o özü harda olub?

 

İndi baxın deputatlar Xosrov Harutyunyan və başqaları deyirlər ki, baş nazir kimi Serj Sarkisyandan başqa heç kəsi bu vəzifəyə layiq bilmirlər. Heç kəsi, onlar belə deyirlər. Əlbəttə, ortada olanlar milli sərvətləri talan edən adamlardır, başqası yoxdur ki…

 

Aznavur bu fikirdədir ki, Sarkisyanın getmək zamanı çatıb. Bir zamanlar onun özünün Ter-Petrosyana və Koçaryan etdiyi təklifi onun özünə etmək lazımdır.  

 

Ermənistan insan ölümlərinin sayına görə dünyada birinci yerdədir. Dünyada işğalçı dövlət kimi bilinir. Bu, bəs deyimli? Ş.Aznavur Ermənistanın “xoşbəxt ölkələr” sırasında axırıncı yerlərdən birində, 122-ci yerdə qərarlaşmasını da şərh edib: “Ermənistan Mozambik və Somali ilə müqayisə olunursa, bizim yaşamağa haqqımız yoxdur”. Bütün bunların əlbəttə ki, səbəbi var. Bəlkə, Qarabağın işğalıdır?  Şovinist bir ölkədə bu dilə gətirilməsə də, onun  bu duruma gətirilməssinin tək səbəbinin bu olduğu hər kəs tərəfindən qəbul edilməkdədir.

 

 
Etiketler: Ermənistanı, bu, hala, salan, Qarabağın, işğalı, deyilmi?,
Yorumlar
Haber Yazılımı