301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Yazarın məqalələri
29 Aprel 2021 - Cümə axşamı 10:47 5846 nəfər oxuyub.
 
İnsancasına yaşamaq
Şahin Əhmədoğlu
 
 

İnsanın ortalama ömrü 60-70 ildir. Gəlirsən bu dünyaya, addımlayırsan həyat yolunda və bir gün köç edib gedirsən. “Bir yandan dolub, bir yandan boşalan dünyadır”, - dədələrimizin sözüylə. 

 

Tale elə gətirib ki, Qafqazların ən gözəl yurdu Azərbaycanda dünyaya gəlmişik. Tanrı bu vətənə, bu elə hər şeyi artıqlaması ilə bəxş edib. Yeraltı, yerüstü sərvətləri kifayət qədərdir. Bir sözlə vətən başdan başa münbit bir şəraitdədir. Şərait demişkən, elə “oğlanlar var şərait yoxdur” sözünü də bizdən əvvəlkilər deyiblər. Bu söz ehtimal ki, vətəni sevən, onun üçün hər cür fədakarlıq edib canını verən, ancaq bunun müqabilində istədiyi, haqq etdiyi yerdə olmayan vətən oğulları üçün deyilib. 

 

Pandemiya dövrünün ən ağrılı günlərini yaşayırıq. Heç nə qayda-qanunları müəyyən edilməyən, tətbiq edilən qadağaların məntiqlə izahı olmayan bir cəmiyyətdə yaşamaq qədər çətin ola bilməz. 

 

İnsan varlıq olaraq bu dünyadakı hər şeydən dəyərlidir, əvəzedilməzdir. Onun aliliyi, ülviliyi hər zaman göz önündə olmalı, ona, sırf insan olduğu üçün davranılmalıdır. İnsan daxilən əziyyət çəkir, bu qədər varlıq içində darlıq çəkənləri görəndə. Qısa müddətliyinə gəldiyimiz, qonaq olduğumuz bu dünyada nədir bu çəkdiklərimiz, İlahi? 

 

Biriləri zəngin olacaq deyə, niyə biriləri aclıqdan ölməlidir? Belə bir ədalət və insanlıq anlayışı hansı kitabda yazılıb? Gördüyünüz kimi suallar çoxdur. Cavablar isə az, bəlkə də yoxdur. 

 

Bəzən baş verənləri anlamaqda çox çətinlik çəkirəm. Axı mənim dövlətimin on milyonu yox, iyirmi milyonu yaşadacaq qədər sərvəti var. Deməli, bir problem var. O da ölkə insanına olan etinasızlıqdır, dəyərsizlikdir. Bəlkə bu yazı, oxucularıma bir az bədbin xarakterli bir yazı kimi görünə bilər. Ancaq inanın ki, hər sabah vətən haqqında xəbərləri oxuyanda, istər istəməz insanın nəfəsi daralır, ürək döyüntüləri artır. Kaş, bizim ölkədə və eləcə də bütün dünyada hər şey insanların ən yaxşı şəkildə yaşamaları üçün planlansaydı. Kaş, bütün sərvətlər ədalətli şəkildə paylaşılaydı...

 

Yaxşı, bəs bunlardan bir qurtuluş yolu yoxdurmu? Əlbəttə var. Birincisi öz mənliyimizi qorumalıyıq. İkincisi hər şeyi sıfırdan başlamalıyıq. Bu dünya yaxşı ilə pisin, mənfi ilə müsbətin, nurla, qaranlığın mübarizəsidir. Əzəldən də belə olub. Əsas odur ki, biz hansı tərəfdə yer alacağıq. Biz qorxmadan, yorulmadan var gücümüzlə yaxşı və ədalətli insanların sayını çoxaltmalıyıq. Beləcə dünya qaranlıqdan xilas olacaq, günəşli sabah daha nurlu, daha işıqlı parlayacaq.

 
Etiketler: İnsancasına, yaşamaq,
Yorumlar
Haber Yazılımı