Yazarın məqalələri
28 Avqust 2017 - Bazar ertəsi 11:59 759 nəfər oxuyub.
 
İnsanları tərifləyə-tərifləyə itirdik
Müşfiq Ötgün
 
 

"Xarizma barədə düşüncələr"

 

Cavi Dan yazmışdı səhifəsində: “Eybəcər kişilərə niyə xarizmatik deyirlər ki?”

Doğrudan da, az eşitmədiyimiz, bəzən isə asanlıqla sağa-sola səpələnən “xarizma” təyinin arxasında nə durur? Xarizmatik insanlar kimlərdir? Və niyə insanların çoxu xarizmatik ola bilmirlər?

 

Sondan başlayıram: xarizma – özü olmağın cazibəsidir, mənə görə. Özü olan, ola bilən, olmağa daxili azadlığı və cəsarəti çatan hər kəs və hər şey xarizmatikdir.

 

İnsanlar tərbiyə, təhsil, mədəniyyət dolayısı ilə təbii xarizmalarını itirmiş olurlar. Körpələrin hamısı xarizmatikdir. Hərəkətləri, emosiyaları həqiqilik, xalislik, ləyaqət və möhtəşəmliklə doludur. Cəmiyyətin əli toxunmamış hər şey xarizmatikdir: körpələr, heyvanlar, çiçəklər, hətta daşlar belə.

 

Mədəniyyət və təhsil keçmişin xarizmatik şəxsiyyətlərini təbliğ edə-edə uşaqların təbii xarizmalarını pozur. Özgəsini (hətta xarizmatik birisini belə) yamsılamağa məcbur edilən insan, heç zaman xarizmatik ola bilməyəcəkdir, sadəcə özgələşəcəkdir. Xarizmanın boy, qaşlar, gözəl üz, sərt danışıq, geniş savadla əlaqəsi yoxdur. Bir daha xatırladım: bu, bütün hallarda özü olmaq sənətidir. Təəssüf ki, bizi mədəniyyət və təhsillə tanış edənlərin böyük əksəriyyəti – valideynlərimiz, müəllimlərimiz, böyüklərimiz, xadimlərimiz... – nə etdiklərinin fərqində olmurlar çox zaman. Ən çətin işlərdən biridir əslində, keçmişdə yaşamış böyüklərin (xarizmatiklərin, özlərini tapmışların) təqdimi.

 

Həkimlərdə görmüşəm. Bəzən bir xəstəliyi sağaltmaq üçün güclü antibiotik təyin edirlər pasientə, kursun sonunda isə həmin antibiotiklərin orqanizmə zərərini neytrallaşdıra biləcək əlavə dərman da verirlər. Təhsildə, mədəniyyətdə isə bunu edən yoxdur. “Büt”lərinin üzərinə toz qondurmağa qoymurlar. Və biz tarixi “bütqıranları” belə bütləşdirməyi öyrəndik.

 

 

Təhsil bütün hallarda “başqasının” uşağa təqdim edilməsidir. Bilik başqası ilə təmasdan yaranır. Lakin bu proses təqdimatçıdan böyük ustalıq tələb edir. Böyükləri bütləşdirməmək və uşağın özümlüyünü dağıtmamaq üçün öyrədilən şəxsiyyəti öyrənən şəxsiyyətə dərin hörmət iqlimində tədqim etmək gərəkir.  Klassikləri, tarixi müqəddəsləri təqdim edərkən arxa planda  “filankəs olmaq gözəldir!” yox, “özü olmaq gözəldir!” fikri duyulmalıdır. Tarixi böyüklərdən özü olmaq dərsi çıxarmalıdır öyrəncilər. Əks təqdirdə bütün mədəni çabalarımız bizi özümüzdən küsdürməyə, özümüzdən uzaqlaşmağa, özümüzə yadlaşmağa yönələcək. İnsanlar savadlandıqca, kiçiləcək, kölələşdiriləcəklər. Kölələrin xarizması olmur.

 

Biz xarizmamızı xarizmatik insanları öyə-öyə, tərifləyə-tərifləyə, yamsılaya-yamsılaya itirdik. Böyüklük kultu balacalaşdırdı bizi.

 

Xarizmanı haqlı olaraq cəsarət, gözəllik və müdrikliklə bağlayırlar. Lakin bu, özü olmaq cəsarəti, gözəlliyi, müdrikliyidir, başqa heç nə.

 
Etiketler: İnsanları, tərifləyə-tərifləyə, itirdik,
Yorumlar
Yazarın Arxivi
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort