Yazarın məqalələri
23 Sentyabr 2017 - Şənbə 00:15 1069 nəfər oxuyub.
 
Küləyə qarşı yürümək...
Anar Əsədli
esedovanar@yahoo.com
 
 

Tez-tez bu sualla qarşılaşıram: Hansı kitabı, kimi oxuyum ki, başarılı ola, uğura tez çata bilim? Açığı, bu suala cavab olaraq konkret hansısa yazıçını və kitabı məsləhət görməyi doğru hesab eləmirəm. Çünki üslub, hansı əsəri kimin yazdığı, bu əsərin kimə necə təsir edəcəyi məsələsi var. Amma yenə də uzun zamandır, bu barədə oxuduqlarımı cəmləşdirərək dostlara bu sualın cavabını tapmaqda kömək etmək istəyirəm. Necə deyərlər, bilgi paylaşdıqca zənginləşir...

 

Onu da deyim ki, bu mövzuda fikir yürütmək, yazmaq həm də mənəvi ehtiyacdan yaranır. Son günlər ətrafımda baş verən hadisələri, bir çox insanın yaşadıqlarını, düşdüyü durumu müşahidə etdikcə bunları yazmağa mənəvi ehtiyac duydum.

 

"Başarılı olmaq" sözü Türkiyə türkcəsindədir, bacarmaq, uğurlu olmaq deməkdir. Bəs başarılı insan ola bilməyin, bacarmağın sirri nədir? Bu barədə oxuduğum fikirlərin içərisində daha çox qəbul etdiyim bu oldu: Uşaqlığımızda hər birimizin uğursuz olduğu vaxtlar olur və bu ilk təcrübələr yaddaşımızda uğursuzluq məlumatları kimi toplanmağa başlayır. Bu mənfi bilgi yükü zamanla cəsarəti, özgüvəni və motivasiya hissini məhv edir. Bu da bizə uğursuzluğun düzəldilə bilən tərəfinin olduğunu göstərmir, əksinə, uğursuzluq bizim xarakterimizə güc gəlir, bizi bütövlükdə uğursuz bir insana çevirir. Məsələn, “indi pulum yoxdur” deməklə “mən kasıb adamam” demək arasındakı fərq kimi. Birinci halda pulunun olmadığına, amma ola biləcəyinə, vəziyyətin düzəldilə biləcəyinə işarə verirsənsə, ikinci halda isə başarısız olduğunu, hər zaman kasıb qalacağını vurğulayırsan və bunu özün üçün bir kimlik halına gətirirsən.

 

Əgər bir şey insanın kimliyinə çevrilirsə, beyin özündə bu istiqamətdəki bilgilərə yer edir və digər örnəkləri gözdən qaçırır. Beləcə, uğursuzluq daim sizinlə bərabər olar. Zaman-zaman uğursuz ola bilərik, amma bu, səbəbsiz deyil. Kimimiz təbiətimizə uyğun olmayan hədəflərin arxasınca qaçdığımız, kimimiz hədəfə necə çata biləcəyimiz haqqında yetərincə məlumatlı olmadığımız, bəzilərimiz səbrsiz olduğumuz, bəzilərimiz tam nəticəyə çatarkən uğura nə qədər yaxın olduğumuzu görə bilmədiyimiz üçün yenilirik və başarılı ola bilmirik. Bu isə o deməkdir ki, uğursuz olan biz deyilik; zamanlamamız, metodumuz, hədəfləməmiz başarısızdır! Hər zaman bunun fərqində olmaq lazımdır, nəinki uğursuz tərəflərinizin üzərində hədəflənmək. Çünki uğursuz olduğunuzu düşünsəniz, bu, ruhunuzda dərin bir iz buraxacaq. Ona görə də bir an belə itirmədən bu “yüklərdən” qurtulmaq lazımdır.

 

Sizi uğura ağır yüklərlə yüklənməmiş bir beyin, inamınız, ruhunuz apara bilər. Yəni bunlar olmadan nə oxuduğunuz kitablar köməyinizə çatar, nə əzbərlədiyiniz fikirlər, aforizmlər. Hər şey, məhz, sizdən başlayır, özünüzə və bacaracağınıza olan inamdan. Belə olanda siz mövcud şəraiti, vəziyyəti də dəyişməyə qadir ola bilərsiniz.

 

Mövcud şərait demişkən, mənə elə gəlir ki, başarıya, bacarmağa inam, pozitiv düşüncə tərzi həm də bir az doğulduğun yerdən, coğrafi məkandan, sənin mühitindən asılı olur. Yəni doğulduğun, böyüdüyün, yetişdiyin məkan, mühit sənin düşüncə tərzini, özgüvənini formalaşdırır. Bu mənada Şərq insanı çarəsizliyə, ümidsizliyə, pessimizmə daha meyillidir. Şərq insanı özünə inanmır, nəyisə dəyişməyə qadir olduğuna inanmır, arzularının, hədəflərinin arxasınca var gücüylə qaçmır, tez yorulur, tez ruhdan düşür, əzm göstərmir, mübarizə aparmır. Uduzur Şərq insanı, çünki o özü buna meyillidir. İnamı, enerjisi, uzaqgörənliyi, səbri çətinliyə qalib gəlmir, çünki o, bütün bunların fərqinə vara bilmir. Əslində, bunun günahı onun özündə də deyil. Bu onun genefondundan, ondan əvvəlki nəsillərin yazdığı, ona ötürdüyü ədəbiyyatdan, çəkdiyi filmlərdən, onların verdiyi mesajlardan irəli gəlir. Onun ataları, babaları bu cür düşünüb, bu cür fikirlər ötürüblər ona. Onu uğursuzluğa inandırıblar.

 

Məhz, bu yerdə demək istədiyimi sizə bir lətifə ilə çatdırmağa çalışacam.  Deməli, Hindistanda bir fil balası tuturlar, qaçmasın deyə qalın zəncirlə böyük bir ağaca bağlayırlar. Bala fil qaçmağa çalışır, amma bacarmır. Zamanla qaçmaq cəhdlərindən əl çəkir, o ağacdan xilas ola bilməyəcəyinə inanır, əsarətə öyrəşir. Bu ərəfədə hindlilər zənciri ağacdan sökərək bir odun parçasına bağlayırlar. Balaca fil hər dəfə yeriyəndə odun parçasının arxasınca gəldiyini görər və hələ də o ağaca bağlı olduğunu düşünərək artıq qaçmağı düşünmür.

 

Bu, nə deməkdir? Əvvəlcə bala filin qaçmağa inamı olur, amma qaçmaq  imkanı olmur. Sonra isə qaçmaq imkanı yaranır, amma indi də qaçmağa olan inancını itirmiş olur. Çarəsizliyə alışır, azadlığının öz əlində olduğunu unudur. İnsan da belədir. Hər birimiz yanılmaqdan qorxduğumuz üçün cəhd etmirik, amma unuduruq ki, zamanla şərtlər dəyişir, biz yenidən, yenidən sınasaq, bacara, uğura çata bilərik. Yorulmaq olmaz! Dayanmaq olmaz! Dayanmadan yürüyün, bütün uğursuzluqlara, çətinliklərə rəğmən, küləyə qarşı yürüyün. Nazim Hikmət necə deyir?

 

En güzel deniz:

henüz gidilmemiş olanıdır,

En güzel çocuk:

henüz büyümedi.

En güzel günlerimiz:

henüz yaşamadıklarımız...

 

 
Etiketler: Küləyə, qarşı, yürümək...,
Yorumlar
Yazarın Arxivi
21 Avqust 2017 - Bazar ertəsi - 20:50 | Bəy də bunu arzulayırdı...
21 İyul 2017 - Cümə - 16:42 | EVİMİZİN DAMINDAKI JİRİNOVSKİ
23 May 2017 - Çərşənbə axşamı - 22:46 | Hər zaman Atilla olmaq
11 Mart 2017 - Şənbə - 10:40 | Medianı yeyən “əjdaha”
20 Yanvar 2017 - Cümə - 10:20 | 20 Yanvar - Türkün dirilişidir!
03 Aprel 2016 - Bazar - 10:20 | Barış savaşın son nöqtəsidir
27 Noyabr 2015 - Cümə - 10:19 | Aktivləşən Bombalar
13 Noyabr 2015 - Cümə - 10:18 | Boş qalmış meydan
02 Noyabr 2015 - Bazar ertəsi - 10:17 | Gələcəyi deyil, hüzuru seçən Türkiyə
29 Oktyabr 2015 - Cümə axşamı - 10:17 | İşğalın görünməyən tərəfləri
11 Sentyabr 2015 - Cümə - 10:16 | Qaranlığı aydınlada bilməyən ziyalılar
29 Avqust 2015 - Şənbə - 10:15 | Qaranlığın gücsüzlüyü və ya “güclü Rusiya” əfsanəsi
17 Avqust 2015 - Bazar ertəsi - 10:15 | Cəhalətin qurbanları
29 İyul 2015 - Çərşənbə - 10:14 | Barış üçün savaşan Türkiyə
21 İyul 2015 - Çərşənbə axşamı - 10:13 | Sovetin can verib ölməyən ənənəsi: fəxri adlar
25 İyun 2015 - Cümə axşamı - 10:12 | Qonşuların savaşı və barışı
11 May 2015 - Bazar ertəsi - 10:11 | Mümkünmü ayırsın bizi “İncil” ilə “Quran”?
16 Aprel 2015 - Cümə axşamı - 10:11 | Avropa Türkiyəyə qarşı yeni, rəsmi xaç yürüşünə başladı
13 Mart 2015 - Cümə - 10:10 | Möhkəm Çiyinlərin Sadə Sahibləri
23 Yanvar 2015 - Cümə - 10:08 | Bu gün o gün deyil!
29 Dekabr 2014 - Bazar ertəsi - 10:07 | Yeni ilə yeniliklərlə
18 Noyabr 2014 - Çərşənbə axşamı - 10:06 | Şəkil qardaşlığı
13 Oktyabr 2014 - Bazar ertəsi - 10:05 | Dövlətçilik ənənəsi, yoxsa məzhəbçilik?
22 Sentyabr 2014 - Bazar ertəsi - 10:02 | Avropa "ailəsindən" Türk "ailəsinə"
06 Sentyabr 2014 - Şənbə - 10:01 | NATO Zirvəsi və ya İŞİD-in silah qaynaqları hardandır?
25 Avqust 2014 - Bazar ertəsi - 09:56 | Yorğun deyil, çılğın demokratlar olaq!
Haber Yazılımı
kaçak iddaa