Yazarın məqalələri
10 May 2017 - Çərşənbə 18:46 4041 nəfər oxuyub.
 
Özünə görə sev, özünə görə tamamlan
Leyla Qasımova
 
 

Sən məhz olduğun kimi sadə şəkildə mükəmməlsən. 

 

Əziz oxucu, bu sual üzərində dayanıb doğrudan da düşünməyini istəyirəm. Çünki görürəm ki, özünü aldatdığın anlar, özünə icazə vermədiyin anlarından yaranır bir nöqtədə ilişib qalmaq, irəli gedə bilməməyin. Bir şeyləri qəbul edə bilməyəndə də edirsən bunu, bir şeyə həddindən çox inananda da. Özünü bir şeylərə həsr edirsən, illərini, gecəni və gündüzünü verirsən və bir gün o işi ömrünü də qatmadan səndən daha yaxşı edən biri ilə qarşılaşırsan və inanmırsan, aşağı görürsən, dəyərli ola bilməz deyir içindəki sən. Dəyərli olmağa layiq deyil deyirsən. Özünü yüksəltmək üçün başqalarını aşağı endirirsən. Halbuki anlamırsan əsl yüksəkliyin, başqalarının uğurlarını olduğu kimi qəbul etmək və onlar adına sevinməsən belə ən azı neytral qala bilmək olduğunu.

 

Sənə bir məlumat verirlər, onu düşünmədən, hətta bəzən dinləmədən nə demək istənildiyini anlamadan üzdən görünən mənası ilə mühakimə edirsən qarşındakını, həzz alırsan bundan. Uduzduğundan xəbərin olmadan. Özünü təsdiq etməyə çalışırsan hərəkətlərinlə, dediklərinlə, baxışlarınla. Anlamırsan ki, özlüyünündə  bütöv  olan insanlar təsdiqə ehtiyac duymur. Bu səfər də “fake” olursan, çünki bütöv görünməyə çalışırsan daxilində həqiqətən də bütünləşmək əvəzinə. İnsanlar üçün yaşayırsan. Məni sevsinlər, hörmət etsinlər deyirsən, ancaq özünün özünü görməyə gözün yoxdu. Sonra da heç kimə danışmadığın əzabların yeyir daxilində səni, bunun da əvəzini başqalarını alçaltmaqla çıxırsan. Bəzən də özünü. Qorxursan. Kimsə sənə açıq söhbət təklif edəndə müdafiəyə keçirsən, qaçırsan. Üzləşmək ən böyük kabusun olur. Düşünürsən və hər şey sənə o qədər çətin görünür ki! Və bilirsən səni yıxan şey əslində nədi? Bir şeylərin asan olmağını istəməməyin, bir şeylərin asan ola biləcəyinə inanmamağın. Dərdlərinin belə. Durumunun belə. Asan olsa axı sərf etmir sənə, maraqlı olmur ya da asan olsa yaşanılası bir şey olmur, özünü qurban psixologiyasına salıb həzzini ala bilmirsən axı. Bəsit şeylərə yuxarıdan aşağı baxırsan, problemlərinin heç vaxt həll olmayacağını, vəziyyətlərinin kökünü tapmayacağını, tapsan belə həll edə bilməyəcəyini düşünürsən. Sənə “mürəkkəb” həll yolları təklif edirlər və səni inandırırlar ki sənin “vəziyyətin” “mürəkkəbdi”. Sən də inanırsan. Çıxa bilmərəm deyirsən. Halbuki bilmirsən ən dərin problemlərinin çox asan həll yolları olduğunu. Bunu eşitməyin belə sənə gülməli gəlir, o qədər inandırmısan ki, özünü, o qədər inandırıblar ki, səni. Kənardan bir şey sadə görünürsə, mükəmməl deyil, keyfiyyətsizdi obrazı yaradırlar, kitab yazırlar, içində də anlamadığın N qədər cümlə. Soruşanda da deyirlər ki, hamı tərəfindən anlaşılmaq həvəsində deyiləm. Başa düşmürlər ki, əsl güclü və dünyagörüşlü o vaxt olursan ki, yazdığın kitabı hamı başa düşür. Leksiya deyirlər, dedikləri o boyda mətndən sadəcə 3-4 cümlə çıxarış edə bilirsən. Həkimə gedirsən terminlərə boğur səni, psixolooqa gedirsən, sırf illərini sərf edib deyə çox ağıllı olduğunu “ifadə edə bilmək” üçün sənin vəziyyətinin mürəkkəb olduğuna inandırır səni. Yazığım gəlir bütün bu sistemə, əziz oxucu. İnsanlar necə bir şəbəkədə olduğundan xəbərsiz, sanki yuxudadırlar kimi gəzirlər. Ayıltmağa çalışırsan, bu səfər də səni məhv edirlər bəsitliyin gözəlliyini təbliğ edirsən deyə. Axı “mürəkkəb” görünmək onları hamıdan fərqli edir, xüsusi hiss etdirir.

 

Deyilsiniz. Heç kimdəən fərqli deyilsiniz. Hər kəs olduğu kimi fərqlidi, özəldi, xüsusidi. Sən də məhz olduğun kimi sadə şəkildə mükəmməlsən. 

 

Bilməyini istədiyim əsas şeyləri də deyirəm.

 

 – Bəsit olanı sevməyin, sadə olanı olduğu kimi qəbul etməyin sənə görə bilmədiyin bütün həll yollarının qapılarını açacaq;

 

– Həyat, həyatın, problemlərin asandı, həll oluna biləndi, həll etmək də asandı. İcazə vermə ki kimsə səni bunun əskinə inandırsın. Özünün belə. Əks halda öz dairəndə dövrə vurmağa davam edərsən indiyə qədər etdiyin kimi.

 

- Kimsə sənə nəyisə mürəkkəb biçimdə başa salmağa çalışır ya da vəziyyətinin çətin olduğuna səni inandırırsa, bil ki, qurban psixologiyasındadı, ağıllı  görünməyə çalışır və əzab çəkməkdən nəsə qazanır, ya ehtiyacı olan diqqəti, qayğını toplayır ya da başqa bir şeyləri;

 

 – Bir şeyi biləndə ilk reaksiyan sadəcə dayanıb dinləmək ya da həqiqətən baxmaq, anlamaq olsun, “sən” olmadan amma. Kənardan sadəcə qəbul elə informasiyanı, dirənc göstərmək, sənə tərs düşdüyünü sübut etmək əvəzinə. Ağlında saxla, anla və burax. Öz fikrini bağıra-bağıra bildirməyinə ehtiyac yoxdu. Bu, onu göstərir ki, sən hansısa dairədən çıxa bilmirsən.

 

– Kimisə həqiqətən dinlə. Dinlə, imkan ver sözünü bitirsin, imkan ver özünü ifadə eləsin. Sonra bax gör sən bir şeylər demək istəyərsənmi, ümumiyyətlə?

 

– Kiminsə səndən nədəsə üstün olduğunu hiss edirsənsə və bu səndə təhdid yaradırsa, pisləmək əvəzinə bir bax bəlkə həqiqətən də səndən üstündü və onu olduğu yerində qəbul et. Bax gör sənin yolundakı nədi, sən öz yolunda nədə üstünsən?

 

– Hər şeyi birinci özün üçün et. Tamamlan özünə görə, bilgilərin olsun özünə görə, sev, yenə özünə görə. Sən ilk özün üçün edəndə başqalarına da tam verə biləcəksən enerjini, bilgilərini, sevgini.

 

Yeni vərdişlər yarat, yeni üfüqlər açmağı özünə peşə et. Gözlüklərini geri taxma. Həyata öz gözlərinlə baxmaq sənə həyatın daha orijinal və içində “sən” olan halını verəcək. Sadəliyi və mükəmməlliyi. 

 
Etiketler: Özünə, görə, sev,, özünə, görə, tamamlan,
Yorumlar
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort