Yazarın məqalələri
08 Sentyabr 2017 - Cümə 19:44 189 nəfər oxuyub.
 
Qadın sədaqəti necə meydana gəlib və axırı nə olacaq?
Vasif İsmayıl
 
 

Sədaqət nədir? Kişilər bərabər olduqları qadınlardan niyə sədaqətli olmağı tələb edirlər? 

 

Yəqin ki, çoxunuz bu sualı özünüzə... verməmisiniz.

 

Məncə, bu sual heç ağlınıza gəlməyib, zira bu, o qədər təbii, o qədər sadə qavramdır ki, “elə belə də olmalıdır” deyə düşünmüsünüz.

Haqlısınız.

Qismən.

 

Çünki qadın sədaqəti hər zaman əsas tələb kimi ortada olmayıb. Bu məfhum təkamüllə formalaşıb.

 

Ümumiyyətlə, başlanğıc üçün insanın məğzinin bir heyvan olduğunu xatırlamaq lazımdır. Əlbəttə, digər heyvanlardan bir az fərqliyik. Amma inanın, bu qədər fərq digər heyvanların arasında da mövcuddur. Məsələn, yarasa tülküdən nə qədər fərqlənirsə, insan da ayıdan o qədər fərqlənir.

 

İşin digər tərəflərindən biri də nəsilartırmadadır.

 

Necə yəni?

 

Bu dünyada bütün canlılarda, hətta primitiv viruslarda belə öz nəslini, öz genlərini ətrafa yaymaq məntiqi mövcuddur. Bu hiss həyatın fəlsəfəsində var. 

 

Canlılarda davranış modellərini 2 böyük qrupda nəzərdən keçirə bilərik:

1. Övlad böyüdülməsində ata qayğısı az olanlar.

2. Övlad böyüdülməsində ata qayğısı böyük olanlar.

 

İnsan cinsi (sadəcə insan növü deyil) ata qayğısı böyük olan davranış ortaya qoyur.

 

Bu davranış modelində gələcək nəslin nümayəndələrinin atanın nəzarəti və dəstəyi ilə boya-başa çatması halı müşahidə edilir.

 

Burada qadın və ya dişi "sədaqəti" niyə rol oynayır?

Çox sadə.

 

Bildiyimiz insan növü Homo Sapiens, təqribən, 25 000 illik keçmişə sahibdir. Ondan əvvəlki Homo cinsi nümayəndələri də, müasir Ağıllı İnsan da (Homo Sapiens)  hər zaman qıt resurslarla qarşı-qarşıya olub.

 

Düşünün, insanlar ancaq ovçuluq və təbiətdən meyvə, giləmeyvə, köklər toplamaqla keçiniblər. Bizon ovlayanda, əlbəttə, yemək bol olur. Amma hər gün  bizon ovlya bilmirsən, axı, deyilmi?

 

Qida, geyim, yaşayış məkanı imkanları zəif olduğu üçün insan sahib olduqlarının qədrini bilir, bu imkanları ancaq ÖZ nəslinə ötürmək istəyirdi.

Təbii istəkdir.

 

Amma insanaqədərki heyvanların hamısında bu təbii istək eyni dərəcədə inkişaf etməmişdi. Heç insanların özündə də bu tələb indiki qədər deyildi.

 

Sənə övlad dünyaya gətirən qadının ancaq səndən övlad sahib olması, ancaq sənin övladlarına baxması istəyi zamanla təkamül nəticəsində inkişaf edib və möhkəmlənib.

Bu hadisə necə baş verib?

Yenə də çox sadə.

 

Öz qadın partnyorunu qoruyan, ona başqa erkəkləri yaxınlaşdırmayan kişilərin övladı daha çox olub. 

Bir erkək öz qadın partnyorunu qorumurdusa, onun partnyoru başqa kişidən övlad qazanıb, böyümə və baxım zəhmətini uşağın öz atası yerinə o an birlikdə olduğu kişinin boynuna yıxırdı.

Burada başqa məqam da var.

 

Qadınlar da öz övladını və öz partnyorunu qoruyan kişilərə daha çox üz verirdilər: yenə də, dolayısıyla qadın partnyoruna qarşı diqqətli olan kişilərin daha çox övladı olurdu.

 

Zaman keçdikcə, minillər boyu bu davranış bərkiyərək quldarlıq dövründə öz zirvə nöqtəsinə çatdı.

İndi nə olacaq?

 

Əslində bu tendensiya indi, yəni son 2 000 ildə xeyli yumşalıb.

Səbəbi isə altruizmdir.

Yəni özünü fəda etmə. Öz əməyini bağışlama. Qarşılıqsız zəhmət.

 

Təkamül çox maraqlı mexanizmdir. Qonşu qəbilədən kişiləri tutub yeyən, əvvəlki kişidən olan övladı tutub öldürən insanın zamanla ürəyi yumşalıb, mehribanlaşıb.

Bunun səbəbi isə ancaq qadınlardır.

 

Mərhəmətli, mehriban kişilər get-gedə  qadınların daha çox xoşuna gəlməyə başladılar. Bir növ mərhəmət dəbi başladı.

 

Nəticədə, mərhəmətli və mehriban kişilər daha çox ailə qurmağa başladılar, daha çox övlad sahibi oldular.

 

Sonra bu mərhəmət anlayışı müxtəlif formalarda qorunmağa və möhkəmlənməyə başladı. Dini inanc da bu qəbil davranış modellərindən, institutlardan biridir.

 

Müasir dövrdə qida, geyim, yaşayış yeri və səhiyyə resursları nisbətən əlçatımlı olduğu üçün altruistik, yəni özünü fəda etmə, əməyini bağışlama tendensiyası, yəni mərhəmət, mehribanlıq artır və gedərək daha da artacaq.

 

Qadın sədaqəti isə təməl instinktlərdən, təbiətin fəlsəfəsinə uyğun bir tələb kimi indiyə qədər olmub və gələcəkdə də olacaq.

 

 
Etiketler: Qadın, sədaqəti, necə, meydana, gəlib, və, axırı, nə, olacaq?,
Yorumlar
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort