301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Yazarın məqalələri
22 Avqust 2020 - Şənbə 15:06 1027 nəfər oxuyub.
 
Qocalar Ölməzlər!
Leyla Novruzi
 
 

Oldmen Never die (Qocalar Ölməzlər) filmi Riza Cəmalinin ilk uzun metraj bədii filmidir. Filmin hekayəsi bir kənddədir. O kənddə illərdir, kimsə ölmür və  oranın qocaları özlərini öldürməyə qərar verirlər, amma hər dəfə biri onların canlarını qurtarır...

Riza Cəmali 1978-ci ildə Ərdərbil şəhrində anadan olub ve 20 ildən çoxdur ki, film sahəsində çalışır. Qısametrajlı filmləri dünyanın bir çox festivalından ödül qazanıb. O ilk çalışmalarından etibarən filmlərini Azərbaycan Türkcəsində çəkirdi. Halbuki o illərdə daha çox ekonomik nədənlərdən dolayı rejissorlar Farsça film çəkməyi tərcih edirdilər. Riza bəy filmlərinin hekayəsini yerli mövzulardan və xarakterlərilə  oyunçularını yerli xalqdan seçdiyi üçün filmlərin də yerli bir dilə sahip olması gərəkdiyini vurğulayır. Gerçəkdən də onun filmlərinin tamaşaçıyla səmimi olmasının ən böyük nədənlərindən biri də yerli xalqın oynadığı rollardır. 

Riza Cəmali təxminən 20 il qısa film təcrübəsindən sonra uzun film çəkməyə cəsarət edib. O deyir, bu filmimi qısa flmlərimdən etkilənərək çəkmişəm. O əslində illər öncə bu adda çəktiyi qısa filmini uzun metraj filmə çevirib. Ana hiekayə eyni olsa da, olaylar çoxalıb. Həmçinin janrda da dəyişiklik görürük. Onun qısa metraj filmlərinin ana düşüncəsi nə qədər dram da olsa, komik bir dil ilə qarıştırıb təqdim edirdi. 
Amma uzun metraj filmində komediyanı azaldıb və  bunun yükününün ağırlığını görüntüyə tapşırıb. Rejissor Tokio film festivalında filmin komedilya ilgili olan suala belə cavab verir: Filmin qonusu acı və qara olduğu üçün komediya dili iə onun acılığını azaltmaq istədim. 

Bu məsələylə ilgili bəlkə Riza bəyin filmlərini Eymir Kastarikanın filmləriylə qarşılaştırmaq olar. Hər ikisinin də əsərində komedi dilin böyük bir rolu var və filmin önəmli bir xarakteri olaraq görünür. Ayrıca, rejissorun imzasına da yardım eləyir. Amma komediya deyil. 
Riza Cəmali də "Qocalar Ölməzlər" filmində çalışıb ki,  bu tarazlığı qorusun. Əslində  film gerçəkci olsaydı, tarazlıq qorunmazdı, ama gerçəkci deyil. Belə bir kənd yoxdu. Varsa da, rejissor abardaraq, təzədən yaradıb və olayları kand əhalisinin düşündüyü kimi ekranlaşdırıb. Halbuki filmin xarici dünyasında ordakı soruların cavabı var. Sehirli reallıq desək, daha yaraşır! 
Bir neçə qoca kişi intihar etməyə çalışır. Edə bilməyəndə bir-birlərini suda böğmaq istəyir.
Film bunların Əzrayılın artıq kəndərinə gəlməyəcəyi düşüncəsilə intihar çabalarını göstərirkən tamaşaçı onların ölməməyinin elmi nədənini anlayır


Qocalar Ölməzlər 2019-un filmidir və indiyə qədər fərqli beynəlxəlq festivallarda iştirak edib.
Filmin yapımcısı Səlman Əbbasi,  görüntü yönetməni isə Vəhid Biyutədir. Oyuncuları Nadir Mehdilu və Vilayət Xubdeldir. Film pandemiya səbəbindən kinoteatrlarda göstərilməyib. 
 
Leila Noroozi

 
Etiketler: Qocalar, Ölməzlər!,
Yorumlar
Yazarın Arxivi
Haber Yazılımı