Yazarın məqalələri
10 Dekabr 2017 - Bazar 20:21 204 nəfər oxuyub.
 
Urmu gölünün vəziyyətini dünyaya duyuran Gəmiçi
Leyla Novruzi
 
 

 

Uzunmetrajlı “Gəmiçi” filmi Məcid İsmaili Parsanın rejissorluğuyla Güney Azərbaycanda ilk dəfə Ərdəbil şəhərində göstərildi və tamaşaçıların diqqətini qazandı. Bu filmin hekayəsi Urmu gölünün susuzluğundan bəhs edir, duzda oturmuş bir gəmi haqqındadır. Belə ki, göl quruyandan sonra digər gəmilər kimi  aradan çıxır və yavaş-yavaş unudulur. Hər kəs Urmu gölünü və gəmilərini tərk edib şəhərə köçür.

 

Bu gölün gəmiçilərinin hamsı bu durumla tanışdılar və dəfələrcə gəmilərinin satmaq xəbərin eşitmişik. Keçmişdə bu gəmilər turistləri göldə və onun adalarında gəzdirirdilər. Ancaq indiki halda duz onların ayaqlarını bağlayıb və əgər bu duruma bir şeir kimi baxsaq, təkcə bir qorxunc şəkil görmək olur: duz fırtınası və onun zərəri Əcəbşir, Azərşəhr, Urmiyə, Təbriz və başqa şəhərlərdən əlavə, İranın mərkəzinə qədər, hətta qonşu ölkələrə də gedir. Ən önəmlisi də bu sualı yaradır: Nə vaxta qədər suyumuz var?

 

“Gəmiçi” bu müşküllərin hekayəsidir. Bir gənc oğlan - Mehdi Muhacirinin gözəl oyunuyla ailəsinin qarşısında durub gəmini tərk etmir və təkbaşına onu qoruyur. Bu ümidlə ki, bir gün atası dönəcək və onun dönüşüylə göl yenidən sulu olacaq. Amma Nitsşe demişkən, ümid ən son pislikdir, ümid pisliklərin ən pisidir, çünki işgəncəni uzadır. Hərçənd, film bitəndə hələ də ümid vardı. Bu gəncin yanında başqa oğlan da var, İranın diğər coğrafiyası olan Güneydən. Bu xarakter rejissorun yaratdığı bir simvoldur, Xuzistandan, oranın susuzluğu və torpaq fırtınası iki coğrafiyanın bir dərdə şahid olmasına səbəb yaradır. Biri İranın güneyində, biri də quzeyində. Bu filmin cazibəli hekayəsindən əlavə, iki aktyorun gözəl oyunu, həmçinin urmiyalı operator Məhəmməd Fəkurinin işi səbəb olur ki, tamaşaçı filmi seyr edəndə ətraf mühitə aid olan ekran işi yox , incəsənət və sinemayla qarşılaşsın. Əsərin digər mesajları filmin gizli qatlarında hiss edilir.

 

Və gözləmək... Neçə il əvvələ kimi Urmu gölü bir təhlükəsizlik məsələsiyidi və onun haqqında film çəkməyə icazə verilmirdi. Amma xoşbəxtlikdən son 4- 5 ildə bu gölün haqqında bir neçə qısa uzunmetrajlı və sənədli film çəkildi və onun durumu İran və dünya xalqına sinema diliylə çatdırıldı. “Gəmiçi”sərhədsiz bir hekayə ilə Urmu gölünün vəziyyətindən filmin ehtiyacı olan qədər istifdə edib və onu tamaşaçının xatirində yerləşdirir. Bu film iki il öncə operatoruna beynəlxəlq ödül qazandırdı və bu, Leonardo Di Kapriyonun onu görməyinə və gölün haqqında məşhur İnstaqram postunu paylaşmağına səbəb oldu. Bununla da gölün durumu bütün dünyaya yayıldı. Bir işi ki heç idarə və təşkilatlar görə bilməmişdi, amaa sinema dili bu problemi dünyaya duyurdu.

 

Картинки по запросу Gəmiçi filmi urmu gölü

 

Ancaq burada problem filmin dili və yerli əməkdaşların olmamasıdır. Filmin coğrafiyası bir türk məkanıdır və gərək xarakterlər də türk dilində danışaydılar.  Əcəba türk xarakterinin bir hekayəsi var ki, biz onu başa düşməmişik? Yaxud  filmin İranda göstərilcəyi ümidiylə onu farsı dilində çəkib? Dildən əlavə, digər şeylərdə də Urmu coğrafiyasını görmək olmur, rəqs və oxumaqdan başqa.

 

 

Digər bir məsələ isə, tamaşaçı Urmu gölünün ətrafında yaşayanların həyatıyla tanış olursa, onların geyim tərzlərini də bilməlidir. Filmin ilk xarakterinin geyimi türk üslubundadır, Cənubda yaşayanların geyiminə bənzəyir. Yəni bu xarakterin geyimi heç Azərbaycan da yaşayanların geyimlərinə bənzəmir. Bunu biz o zaman qəbul edərik k, məqsəd gölün gələcək durumun göstərsin: Urmu gölünün yerinə bir düzənlik var və hava da çox istidir. Amma indiki zamanda, xüsusilə Urmunun xalqı hələ gölün sulanmasına ümidləri var.  Bunu mən özüm dəfələrlə onların özündən eşidib, gözlərindən oxumuşam. Psisoloji baxımdan məntiqli deyil və bu xalq ümidləri olduğu üçün hələ geyim tərzin dəyişməyib.

 

Ümid edirəm ki, “Gəmiçi” filmini  daha çox insan izləyər və Urmu gölünün gələcəyindən agah olar, bu barədə düşünər.

 
Etiketler: Urmu, gölünün, vəziyyətini, dünyaya, duyuran, Gəmiçi,
Yorumlar
Haber Yazılımı